Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Erkən nikahları yaradan əsas amil savadsızlıqdan doğan cəhalətdir PSİXOLOQ

By Vüsal Rafiqoğlu
10.02.2021 5 Min Read

Son günlərin əsas müzakirə mövzularından biri də erkən nikahlar və onun gələcəkdə yaradacağı faciələrdir. Əfsuslar olsun ki, hələ də bu faciələrə ciddi yanaşmayan ailələr var ki, illərdir davam edən bu dəhşətli “tendensiyanı” davam etdirməkdən çəkinmirlər. Bəs, erkən nikahlar və onun fəsadları haqqında mütəxəssislər nə düşünür?

ARANTV.AZ bu mövzu ilə bağlı “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə müsahibəni təqdim edir.

-Təranə xanım, erkən nikahların hansı mənfi təsirləri var?

-Mövzu günümüz üçün aktual olmaqla yanaşı qəzet səhifələrinə, hətta qalın-qalın kitablara sığmayacaq qədər geniş və əhatəlidir. Bizə verilən imkanlara uyğun olaraq fikrimi konkret suallar ətrafında cəmləşdirmək istəyirəm. Erkən nikah – ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Yeniyetmələr arasında bağlanan erkən nigahdan təsadüfi deyil ki, bir sıra ədəbiyyatlarda “Yeniyetmə nikahı” olaraq da bəhs edilir. Bu tip nigahlar əksər hallarda, xüsusən də, yaşadığımız regionda valideynlərin təkidi ilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil, eyni zamanda qohumların, dostların, bir sözlə sosial çevrənin də rolu böyükdür. Erkən nikah faciədir, erkən nikah acı sonluqdur. Hələ bu nikahlardan dünyaya gələn uşaqlar hansı travmaları yaşayır, bu da məsələnin ciddi sual doğuran başqa bir tərəfidir. Yəni, ailə həyatına həm maddi, həm də mənəvi-psixoloji hazırlıq olmadan uğurlu nikahdan danışmaq doğru olmaz.

-Erkən nikahların yaratdığı psixoloji  problemləri necə təhlil edərdiniz?

– Erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları nəzərə almaq lazımdır. Bu hallardan ən çox təsadüf edilənlər Obsessiv-Kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Erkən nikahın səbəb olduğu Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və inandığı bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər. Onu da qeyd etmək olar ki, OKP iyrənmə nəticəsində də təzahür edir. Sözü gedən hallar adətən qadınlarda daha sıx müşahidə olunur. Bəzən erkən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Ailə üzvləri tərəflərə bir-birlərini kifayət qədər tanımağa şərait yaratmırlar. Bu da öz növbəsində gələcəkdə tərəflər arasında ünsiyyət azlığı, ailə daxili rolların düzgün mənimsənilməməsi, yeni mühitə adaptasiya ola bilməmək, konfliktli situasiyaların yaranması, şiddət, dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarı ilə tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.
Erkən nikah zamanı müəyyən problemlərin vaxtaşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik ataklar formasında  özünü biruzə verir.

– Erkən nikahlar gələcəkdə hansı fəsadlara yol açır?

-Bəzi hallarda azyaşlı qızlar könüllü şəkildə ailə qurmağa can atırlar. Yəni, bunu könüllülük kimi ifadə etmək də müəyyən qədər doğru olmazdı. Xüsusən bölgələrdə avtoritar ailələrin qızları ata-ana, böyük qardaş basqısı altında yaşamaqdan bezir. Yorucu və cansıxıcı həyatdan can qurtarmaq üçün nəticənin nə olacağını düşünmədən “səni sevirəm” deyən biri ilə izdivaca girir. Burada artıq “yağışdan çıxıb yağmura düşmək” faciəsi başlanır. Oğlanın ailəsi qızı evlərinə qəbul etmir, qızın valideynləri onları ayaqlayıb keçən qızlarından üz döndərirlər. Heç bir işi-gücü olmayan, hələ maddi cəhətdən  valideynindən asılı olan, tüfeyli həyat sürən “ər” və üzləşdiyi vəziyyət qarşısında qalan “qadın”. Sonuc dəhşət saçır. Əli hər yerdən üzülən yeniyetmə qızın bir yolu qalır, həyatına qəsd etmək. Erkən nikahların yaratdığı faicələr barədə saysız misallar çəkə bilərik.

-Bəzən valideynlər qızlarını erkən nikaha, özlərindən çox böyük şəxslərlə nikaha məcbur edirlər. Bu barədə fikirləriniz necədir?

– Problemin mənəvi-psixoloji tərəfi ilə yanaşı tibbi-bioloji tərəfli də var. 13-15 yaş arası yeniyetmə qızın orqanizmi dünyaya uşaq gətirməyə, beyin analıq duyğusuna hazırdırmı? Əlbəttə ki, cavab müsbət ola bilməz. Ailə həyatına fizioloji, bioloji, mənəvi-psixoloji hazırlıq olmadığı halda mütləq şəkildə stress və travmalar yaşanacaq. Hər birimiz həyatımızda hansı yaşda olmağımızdan asılı olmayaraq stresslə üzləşirik, psixoloji- mənəvi zədələr alırıq. Yaşadığımız müasir dünyada bunlar qaçılmazdır. Belə hallarda əsas məsələ həyəcan və emosiyaları, duyğuları tənzimləyə bilmək, yəni, psixoloji dayanıqlılıqdır. Hələ yetkinlik yaşına çatmayan, ailə, övlad qayğısı çəkməyə məcbur olan yeniyetmə həyata tutunmaq, yaşama gücü tapmaq üçün buna hazırdırmı? Təbii ki, yox. Nəticədə nə baş verir? Üst-üstə yığılan gərginliklər, ailə münaqişələri, anlaşılmazlıqlar psixoloji problemlərə yol açır. Zamanında qarşısı alınmayan, dərinləşən psixoloji travmalar isə bir çox halda qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Yeniyetmə qızların hətta öz ataları yaşda olan yaşlı kişilərlə ailə qurması yaxın çevrə, cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da belə evliliklərə can atanlar var. Azyaşlı qız təbii olaraq ata-ananın basqısı ilə bu həyatı qəbul edir. Bəs, 25 yaşlı qız niyə özündən 20-25 yaş böyük insanla ailə qurur? Düşünürəm ki, hər iki halda maddiyyat öndə gəlir. Birinci halda valideyn öz qızı üçün rahat hesab etdiyi həyatı seçir. Bu rahatlıq isə təbii ki, maddi təminatla bağlıdır. Burada bir neçə məqam var. Övladı yaşında qızla evlənən kişinin düşüncəsi və kürəyini “yağlı qapı”ya söykəyəcək qız anasının düşüncəsi. Maddi çətinlik yaşayan valideyn el arasında “qız yükü, duz yükü” deyilən ağırlıqdan xilas olur.  Həm də qızları yemək-içmək qayğısı çəkməyəcək. Valideyn bir növ övladı üzərində olan borcunu yerinə yetirmiş hesab edir, bundan sonra məsuliyyət daha ərin üzərindədir. Varlı kişini “gəlincik”lə evlənməyə vadar edən nədir? Burada onların özləri üçün haqlı bildikləri bir çox səbəb olur. Lakin gənc qız nə düşünür, onun həyatı necə olacaq, atası yaşında olan bir adamla necə bir yastığa baş qoyacaq, bunu fikirləşən yoxdur. Nəticə etibarilə sözügedən üçlüyün heç biri istədiyi mənəvi-psixoloji rahatlığı tapmayacaq. Valideyn də, övlad da, “yaşlı aşiq” də hər biri ayrı-ayrılıqda fərqli psixoloji travmalar alacaq. Ən çox zərər çəkən isə təbii ki, yeniyetmə olacaq.

– Ailələrin övladlarının gələcək həyatında rolu nədir?

-Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Hər şeydən öncə ata-analar bəlli bir yaşdan sonra övladlarını gələcək ailə həyatına hazırlamalıdırlar. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Yəni, öz ailələrinin nümunəsində. İlk örnək ata-ananın qarşılıqlı münasibətidir. Ailədə uşaqlar arasında cinsi ayrı-seçkilik yolverilməzdir. Oğlan uşaqlarına ailə tərəfindən göstərilən xüsusi diqqət, qız uşaqlarında mənfi emosiyalara səbəb olur. Mental dəyərləri unutmamaq şərtilə ailə içində yaşından, cinsiyyətindən asılı olmayaraq hər kəsin hüquq və bərabərlikləri nəzərə alınmalıdır. Bir çox ailələrdə qadınlara, qızlara söz haqqı verilmir, onlar hər zaman əzilən tərəf olurlar. Öz hüququnu bilməyən, haqqını müdafiə etməyən ana təbii ki, qız övladını da mütiliyə öyrədəcək. Unutmayaq ki, oğul və qızı böyüdən, tərbiyə edən ailədir. Yəni, ilkin mərhələdə bünövrə ailədə qoyulur. Sonrakı mərhələlərdə təbii ki, bağça, məktəb və cəmiyyətin rolu gəlir. Uşaqlar təhsildən uzaqlaşdırılmamalı, onların hüquq və azadlıqları əlindən alınmamalıdır. Erkən nikahları yaradan əsas amillərdən biri də savadsızlıqdan doğan nadanlıq və cəhalətdir.

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda narkotacir ələ keçdi – FOTO/VİDEO

Next

FHN-dən uşaq təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət – Video

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv