Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Biz ömür borcluyuq elə – Vətənə!..

By Vüsal Rafiqoğlu
19.02.2021 4 Min Read

Müzəffər ordumuzun şanlı qələbəsini duyb düşündükcə insanın qəlbi riqqətə gəlir. Heyrətimiz böyüyür, sevincimizin həddi – hüdudu olmur. Vətənin başının üzərini qara buludlar alanda neçə – neçə polad sinəli igid oğullarımızın qəhrəmanlığının şahidi olduq.

Bəli, biz ömür borcluyuq elə – Vətənə, igidlər gərəkdir belə Vətənə! Vətənin əsgər oğullarından neçə – neçə məqalələr, şeirlər yazmışam, yenə yazıram. Sinəsini düşmən gülləsinə sipər edən oğullardan yazmaq  qələm adamına şərəf gətirir.

Torpaqlarımız düşmən tapdağından azad olunanda neçə – neçə anaları ağlaya – ağlaya sevinən gördük. Əsgər  analarının üzünün nuru – qüruru gözlərim önündən getmir. Şəhid olmaq, qazi olmaq  tale qisməti, alın yazısıdır. Şəhid analarının, qazi analarının dözümü sözə sığmaz, təsvirə gəlməz. Əsgər analarının ağılı, bayatılı səsi – sədası bir – birinə qovuşub ürəklərə hopub.

Ana torpağın uğrunda vuruşan oğullarımız dədə – baba əmanəti, el – oba qeyrətidir. Müqəddəs torpaq uğrunda vuruşan, Qarabağın düşmən işğalından azad edilməsi  uğrunda igidliklə savaşa atılan qorxmaz oğullarımızdan biri də qazi Rövşən Uğurludur. O, 1994 – cü ildə Sumqayıt şəhərində anadan olub. Əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndindəndir.  Rövşənin özü hələ dünyaya gəlməmişdən çox – çox illər əvvəl, rəhmətlik  babası Uğurlu Hüseynovu tanımışam. O, uzun illər Faxralı kənd sovetinin sədri və kənddəki üzümçülük sovxozunun direktoru işləyib. Uğurlu dayı çalışdığı sahədə  səmərəli fəaliyyəti, xeyirxah əməlləri və gördüyü yaxşı işlərlə yaddaşlarda qalıb. El – obasının qayğıları ilə yaşayan insan olub. Onun adı elimizdə ehtiramla yad edilir. Uğurlu dayının nəvəsi Rövşənin də Vətən sevgisi  candan, qandan və gendən gəlir. Ona görə qəlbində Vətən sevgisi yüksəkdir.

Rövşən Uğurlu ibtidai təhsilini Sumqayıt şəhərindəki 28 saylı məktəbdə, orta təhsilini isə Bakı şəhərinin Suraxanı rayonundakı 278 saylı tam orta məktəbdə alıb.

Daha sonra Qafqaz Universitetində ( indiki Bakı Mühəndislik Universiteti) kompüter mühəndisliyi ixtisasına yiyələnib. 2017 – 2018 – ci illərdə Azərbaycan Ordusu sıralarında   müddətli həqiqi hərbi xidmətdə olarkən əsgəri borcunu vicdanla yerinə yetirib. İkinci Qarabağ müharibəsi başlayanda hərbi səfərbərliyə cəlb olunub.

Qazi Rövşən Uğurlu döyüş səngərlərində vuruşarkən, 27 oktyabr, 2020 – ci il tarixində müxtəlif dərəcəli  bədən xəsarətləri alıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Füzulinin işğaldan azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Rövşən cəbhə gündəliyindən söhbət açanda dedi:

Sübh tezdən  düşmən bizi mina atan atəşinə tutdu. Yaxınlığımızda çox sayda  döyüş texnikası var idi. Gecələdiyimiz yüksəklikdə sipər vəziyyətinə keçdik. Mövqelərimiz düşmən tərəfindən vuruldu. Qaya parçaları üstümüzə yağırdı. Həmin anda dəbilqəmə ağır daş parçasının dəydiyini hiss etdim. Gözlərimə qaranlıq çökdü. Gözlərimi açanda ayağa qalxdım və ətrafa boylandım. Daha sonra əşyalarımı toplayıb qarşı tərəfdəki yüksəkliyə doğru hərəkət etməyə başladım. Dönmə sahəsində müvazinətimi saxlaya bilməyib sıldırımdan yıxıldım. Huşumu itirdikdən bir qədər sonra ağrıların təsirindən oyandım. Yuxudan oyansam da  şokun təsirində idim. Fikrimi cəmləşdirməkdə çətinlik çəkdiyimə görə, ağrıların yerini özüm üçün  ayırd edə bilmirdim.

Açıq mövqedə olduğuma görə, yaxınlıqdakı əsgər yoldaşlarım mənə səslənirdilər. Daha sonra yan ətraflarıma baxdım. Sağ ayağım funksiyasını tamamilə itirmişdi. Ayağımdan tutmuş, düz onurğa beynimə qədər şiddətli ağrılar var idi. Onurğa beynimdə də zədələnmələr olmuşdu. Tez – tez nəfəsim kəsilirdi.

Mən özüm manqada tibb xidməti atıcısı olduğuma görə ayaqqabımın bağları ilə ayağımı sıxıb ağrıları azaltmağa çalışırdım. Yaxınlıqdakı əsgər yoldaşım məni sipərə çəkib digər əsgər yoldaşlarımızdan kömək istədi. Döyüş yoldaşlarımın köməyi ilə mövqeyi dəyişdim. Yenidən bir – iki saat mina atəşlərinin altında qaldıq. Daha sonra komandirlərimin və döyüş yoldaşlarımın köməyi ilə həmin mövqeni də tərk etməli olduq. Atəş səsləri isə kəsilmək bilmirdi. Meşəlik ərazidə qradatəşinə məruz qaldıq. Həmin dəqiqələrdə komandirlərimə və əsgər yoldaşlarıma dedim:

Mənsiz yolunuza davam edin… Lakin onlar mənim təkidlərimə baxmadılar və təxliyə maşınına qədər mənə öz köməkliklərini göstərdilər.

… Hospitalda həkimlər onurğamda yırtıq, eyni zamanda kəllə – beyin travması və ayaq bağlarımda zədələnmələrin olduğunu bildirdilər. Xəsarətdən səkkiz həftə sonra ordudan tərxis olundum. Hazırda müalicəmi davam etdirirəm.

Yaralarının, ağrılarının çoxluğuna baxmayaraq, Rövşən ordumuzun əldə etdiyi qələbə sevinci, qələbə əhval – ruhiyyəsi ilə yaşayır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyir və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən əsgərlərimizin sırasında olmaqdan qürur duyur. Deyir ki, Vətənin keşiyində dayanmaq müqəddəs borcumuzdur. Xalqımız bizə güvənir, öz oğullarına arxalanır.

… Nə yaxşı ki,Vətənin keşiyində dayanan dağ vüqarlı oğullarımız var. Vətənini sevən, ona bütün varlığı ilə bağlı olan əsgərlərimizin döyüş qüdrəti qəlbimizi iftixar hissi ilə doldurur. Belə igid oğullarımızın sayəsində müzəffər ordumuz düşmənə qalib gəldi, torpaqlarımız düşməndən azad edildi.

Unudulmaz Xalq şairi Mirvarid Dilbazi dünyaya igid oğullar gətirən analarımıza xitabən gözəl deyib:

Səngərdir, sipərdir – dincliyi saxlar,
Kişisiz Vətəni düşmən ayaqlar, –
Kişi anası ol, ana olanda!

Həzi Həsənli,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Şair – publisist.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dəniz obyektlərində çalışan neftçilərin peyvənd olunmasına başlanılıb

Next

Dövlət Komitəsi yanında İctimai şuranın 11 nəfərdən ibarət yeni tərkibi açıqlandı – SİYAHI

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv