Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Böyük Qayıdış”ın ilk addımları

By Vüsal Rafiqoğlu
19.02.2021 3 Min Read

Fevralın ikinci ongünlüyünün Azərbaycan üçün ən əhəmiyyətli hadisəsi kimi ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərini qeyd etmək olar.

Təbii ki, bu, sıradan bir səfər deyildi və dövlət başçısı işğaldan azad olunmuş torpaqlardan kifayət qədər ciddi mesajlar verdi, təməlqoyma mərasimlərinə qatıldı, mühüm obyektlərin açılışında iştirak etdi. Əslində bunu “Böyük Qayıdış”ın ilk addımları kimi dəyərləndirmək olar.

Səfərin digər əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Prezidenti ölkə vətəndaşlarına, ilk növbədə dədə-baba yurdlarından didərgin düşən yüz minlərlə insana bölgədə yaranmış vəziyyətlə bağlı məlumat verdi, görülən və görüləcək işlərdən söhbət açdı, hansı yeniliklərin həyata keçiriləcəyindən danışdı.

Məlum olduğu kimi, ölkə başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasiminə qatıldı. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti çox böyükdür. Çünki bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara gediş-gəlişin təminatında mühüm rol oynayacaq. Digər tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqələrinin yaranmasına səbəb olacaq. Səfər boyu işğaldan azad olunan kəndlər barədə məlumat verən dövlət başçışı Zəngilanda olarkən, bildirdi ki, məhz burada – Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bununla yanaşı, Üçüncü Ağalı kəndində də “ağıllı kənd” layihəsi reallaşacaq. Kənddə layihənin icrası əsasən beş komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri.

Yada salaq ki, ölkə başçısı əvvəlki çıxışlarında da azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini demişdi. Bunu dövlət başçısının “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına da aid etmək olar. Diqqət çəkən məqamlardan biri isə budur ki, inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ mənbələrindən istifadə ilə əlaqədardır. Azərbaycan Prezidentinin bu səfəri Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı ilə də yadda qalacaq.

Dövlət başçısının təbirincə desək, Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş artıq burada su elektrik stansiyası istismara verilir.

Onu da vurğulamaq lazımdır ki, sözügedən SES-in istifadəyə verilməsi tarixi əlamətdar hadisədir. Bu, işğaldan azad olan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihədir. Sözügedən stansiya 8 meqavat gücündədir və təxminən 7000 nəfər əhalini elektrik enerjisi ilə təmin edəcəkdir.

Bəlli olduğu kimi, erməni vandalları 30 il ərzində Qarabağın ekoloji cəhətdən zəhərlənməsi üçün hər cür iyrənc hərəkətlər törədiblər, o cümlədən Bəsitçay Dövlət Qoruğunda. Mənfur düşmən qoruğun meşəlik ərazisinin yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına ciddi zərbə vurulub. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın adıçəkilən qoruqda çinar ağacları əkmələrini, həmçinin Bəsitçaya balıq buraxmalarını bölgədə ekoloji məsələlərin öz həllini tapacağı kimi dəyərləndirmək olar.

Bölgədə kifayət qədər çaylar var: Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və sair. İndi qürurla demək olar ki, bu çaylardan xalqımız istifadə edəcək. Prezident səfəri zamanı kənd təsərrüfatı ilə bağlı görüləcək işlərdən də danışdı: “Tapşırıq verilib ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilsin. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Evləri də, təbiəti də bərpa edəcəyik. Eyni zamanda göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın. Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərbər etmişik və 7 min hektarda əkin işləri aparılmışdır”.

Qeyd edək ki, azad edilmiş torpaqlarda bitkiçiliyin, bağçılığın, heyvandarlığın sürətli inkişafı nəzərdə tutulur. Bir sözlə, qarşıdakı dövrdə bizi nəhəng layihələr, nəhəng işlər gözləyir. Təbii ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsi ən vacib məsələlərdən biridir və hazırda bu sahədə işlər davam etdirilir. “Böyük Qayıdış”a artıq start verilib. İşlər sürətlə aparılır. Çox keçməz ki Qarabağ torpaqları yenidən dirçələr və cənnət məkanına çevrilər.

Əliabbas Salahzadə, millət vəkili

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qarabağda strateji əhəmiyyətə malik dəmiryolu xətti çəkilir – AÇIQLAMA

Next

Bakıda özünü 20-ci mərtəbədən atan gənc qız avtomobilin üzərinə düşüb

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv