Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Erməni faşizminin baş qaldırmasına bir daha imkan verilməyəcək

By Vüsal Rafiqoğlu
19.02.2021 2 Min Read

Terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistanın sabiq prezidenti, Xocalı qatili Serj Sarkisyan ölkədəki xaotik durumdan istifadə edərək yenidən siyasi meydana qayıtmağa çalışır. O, sərsəm fikirləri, qalmaqallı müsahibələri ilə gündəmdədir. Eks-prezident “Armnews” telekanalına verdiyi müsahibəsində vaxtilə rəhbərlik etdiyi dövlətin terrorçu olduğunu etiraf edib. O, Nikol Paşinyanı yaxşı terrorçu olmamaqda qınayır. Bildirir ki, niyə Ermənistanın baş naziri Azərbaycan əsgərlərinin kütləvi toplandığı əraziləri hədəfə almaq üçün “İsgəndər” raketindən istifadə etməyib. Bu azmış kimi, Sarkisyan Azərbaycanın reallaşdırdığı beynəlxalq enerji layihələrinin raketlə vurulmamasını qəbahət hesab edir. Onun fikrincə, neft-qaz layihələrini hədəfə almaq lazım idi. Bədnam Eks-prezident unudur ki, neft-qaz kəmərləri həm də Avropanın enerji təhlükəsizliyi məsələsidir. Bununla da Ermənistanın təkcə Azərbaycan deyil, bütövlükdə region üçün təhlükə olduğunu sübut edir. Sarkisyan Gəncəyə, Bərdəyə və döyüş bölgəsindən yüz kilometrlərlə uzaqda yerləşən digər şəhərlərə raket zərbələrinin məqsədli şəkildə endirildiyini də etiraf edir. Hətta o, Gəncədə aeroportun vurulması əvəzinə mülki obyektə zərbə endirilməsini  qeyri-dəqiqlik hesab edir. Etirafları ilə kimliyinə aydınlıq gətirən Serj Sarkisyanın terrorçu mahiyyəti bir daha təsdiqlənmiş olur.

Görünür, Sarkisyan bu cür revanşist açıqlamaları ilə ölkədə itirdiyi reytinqini bərpa etmək üçün xal qazanacağını düşünür. Bununla da Sarkisyan erməni cəmiyyətində fikir formalaşdırmağa çalışır: “Mən hakimiyyətdə olsaydım Paşinyanın etdiyi səhvləri etməzdim, məğlub da olmazdıq”. Amma görünən odur ki, S.Sarkisyan Nikol Paşinyanın səhvindən də nəticə çıxara bilmir. Anlamır ki, Azərbaycan  1992-ci ildəki Azərbaycan deyil.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra nitqində bir daha Ermənistanda revanşist qüvvələrin baş qaldırmağa çalışdığını bildirməklə düşmənə növbəti xəbərdarlığını etdi: “Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb”. Ölkə başçısının dəfələrlə dediyi kimi, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, məhz 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur.

Son açıqlamalarından da aydın olur ki, Serj Sarkisyanın mövqelərində heç nə dəyişməyib. Hətta onun səsləndirdiyi fikirlər bu insan qatilinin terrorçu kimi mühakimə edilməsi üçün də əsas verir. Qoy dünyada antiterror koalisiyasından, beynəlxalq terrorizmə qarşı birgə mübarizənin aparılmasından danışanlar bugünədək dəstəklədikləri, başına sığal çəkdikləri Ermənistanın həyata keçirdyi siyasətin əsl mahiyyətini etiraf etsinlər və beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirsinlər. Cinayətkar, terrorçu cəzasız qaldıqca daha böyük cinayət əməlləri, terror aktları törədir. Yaxın günlərdə 29-cu ildönümünü qeyd edəcəyimiz Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı olmaqla yanaşı, erməni vəhşiliyinin təzahürüdür. Dünya 44 günlük İkinci Qarabağ müharibəsində bu soyqırımının davamı olaraq Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində terror aktlarının şahidi oldu və susdu. Xalqımız tam əmindir ki, 30 ilin işğalına son qoyan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın cinayətkar əməllərinə beynəlxalq hüquq çərçivəsində qiymət veriləcək  və dünyaya bir daha sübut ediləcək ki, Ermənistana dəstək olmaq işğalçılığı, terrorizmi, faşizmi dəstəkləmək deməkdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Laçında əsgərlərlə görüş keçirilib

Next

Sarkisyanın müharibə çağırışları ac toyuğun yuxuda darı görməsinə bənzəyir

Xəbər lenti

  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv