Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Özümə söz vermişdim ki, nə vaxt müharibə olsa ilk özüm gedəcəm – MÜSAHİBƏ

By Vüsal Rafiqoğlu
22.02.2021 6 Min Read

Elvin Məhərrəmov: Döyüş meydanında müharibə bitsə də, informasiya müharibəsi davam edir. Gənclər bu məsuliyyətli işdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə davam etməlidir

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

ARANTV.AZ Azərbaycan gəncliyinin simalarından biri,  torpaqlarımızın və hüquqlarımızın müdafiəçisi Elvin Məhərrəmovla müsahibəni təqdim edir. 

– Elvin bəy, söhbətimizə ilk olaraq özünüz haqqında təqdimatla başlamaq istərdik.

– Mən, Məhərrəmov Elvin Zamin oğlu 1993-cu ildə Bakı şəhərində anadan olmuşam. 2001-2008-ci illərdə 286 nömrəli tam orta məktəbdə, 2008-2011-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində olan “Gənc İstedadlar” liseyində təhsil almışam. 2011-ci ildə 646 balla BDU-nun hüquq fakültəsinə daxil olmuşam. 2015-ci ildə universiteti bitirərək hərbi xidmətə yollanmışam. Hərbi xidmətimi Füzuli-Xocavənd istiqamətində yerinə yetirmişəm. 2016-ci ildə baş vermiş və bugünkü Zəfər günümüzün əsası olan Aprel döyüşlərinin iştirakçısıyam. 2016-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışam. 2016-2018-ci illərdə BDU-da Avropa hüququ üzrə ingilis bölməsində magistr təhsili almışam. Təhsil həyatım haqqında bu qədər. Peşəkar iş fəaliyyətim 2016-cı ildə “GFS legal consulting’  şirkətində aparıcı hüquqşünas olaraq başlayıb. Daha sonra Yasamal rayon İcra Hakimiyyətində hüquqşünas olaraq davam etmişəm. Daha sonra öz şirkətimi qurmağı düşünürək bütün iş təkliflərindən imtina edib müstəqil hüquq xidmət göstərməyə başladım. 2020-ci ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olundum. Hazırda vəkil kimi şirkətlərə və vətəndaşlara  peşəkar hüquqi yardım göstərirəm. Eyni zamanda, qeyd edim ki, Vətən müharibəsi iştirakçısıyam. “Cəbrayılın azad olunması”, “Qubadlının azad olunması” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. Bu fəaliyyətimə görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət heyətinin qərarı ilə Vəkilliyin 100 illiyi Yubiley Döş Nişanı ilə təltif olunmuşam.

– Gənclərimizin ötən il göstərdiyi şücaəti, fədakarlıqları necə dəyərləndirirsiniz?

-2020-ci il həm dünya, həm də  Azərbaycan tarixində mühüm il oldu. 30 ilə yaxın davam edən işğala, Qarabağ həsrətinə son qoyuldu. Bu, Ali Baş Komandan cənab İlham Əliyevin “dəmir yumruğu” nəticəsində mümkün oldu. Gənclər həmin “dəmir yumruğ”un hissələri oldular. 10 minlərlə gənc bu döyüşlərdə iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanmışdı. Həmin gənclər döyüşlərdə böyük şücaət göstərdi. Mən bunun real şahidi olmuşam. Hər kəsdə böyük ruh yüksəkliyi mövcud idi. Yaralı olduqları halda düşmənin üzərinə getmək, onlarla əlbəyaxa döyüşmək və məhv etmək, yaralı yoldaşlarını çiyinlərində daşımaq və s.. bütün bunları bizim Azərbaycan əsgəri, gəni etmişdir. Hər kəs əlindən gələni edirdi ki, Zəfər bizim olsun. Ön cəbhə ilə yanaşı, arxa cəbhədə də eyni fəaliyyət mövcud idi. Düşmən mülki əhalini atəşə tutanda mülki əhali qorxmadan hərbçilərə dəstək olurdu. Daim hərbçilərə sovqat göndərirdilər.  Mən buradan xüsusilə həkimlərə öz təşəkkürümü bildirmək istəyirəm. Həkimlər həm müharibə dövründə, həm pandemiya dövründə böyük şücaət göstərdilər. Hərbçilər ön xətdə düşməni məhv etdi, həkimlər isə inşallah arxa cəbhədə gözəgörünməz düşməni məhv edəcək. Pandemiya dövründə işlə məşğul olmaq mümkün olmur. Bu səbəbdən gənclər evdən onlayn qaydada yeni fəaliyyət sahələri yaradaraq həm özlərinə, həm də dövlətimizə xeyir verirlər.

– Elvin bəy, İkinci Qarabağ mürahibəsinin iştirakçısı olmusunuz. Necə oldu ki, müharibəyə yollandınız?

– Tovuz döyüşləri zamanı minlərlə gənc kimi mən də könüllü olaraq ordu sıralarına yazılmışdım.  Mənim üçün Vətən her şeydir, namusdur, qeyrətdir… Aprel döyüşləri qısa zaman davam etmişdi. O vaxt özümə söz vermişdim ki, nə vaxt müharibə olsa ilk özüm gedəcəm. Bu qisas hissi 90-cı illərdə baş verən hadisələrə görə yaranmışdı. Bizim qan yaddaşımızı unutmaq olmaz. Şükür ki, qisaslmız aldıq. 27 sentyabrda müharibə başladığını biləndə dəfələrlə Səfərbərlik xidmətinə yollanmışdım. Şükür ki, mən də çağrıldım. Böyük ruh yüksəkliyi ilə döyüş meydanına yollandım. Cənab Ali Baş Komandan əmr etdi, Vətən çağırdı və bizlər bir yumruq kimi səfərbər olub qan yaddaşımızı silməyə yollandıq. Artiq gələcək nəsillər yeni tarixi əzbərləyəcək. Azərbaycan Ordusu tarix yazdi. Allah şəhidlərimizə rəhmət eləsin və qazilarimizə şəfa versin.

– Müharibə xatirələrinizi bizimlə bölüşərsinizmi?

– Biz Cəbrayıl istiqamətindən Qubadlı istiqamətinə yerdəyişmə edərkən düşmən bizim kalonu gördü və artilleriya atəşinə məruz qaldıq. Eyni hadisə Qubadlı ərazisində olarkən də təkrarlandı. Dəfələrlə belə hadisə oldu. Biz artıq mərmi səslərinə öyrəşmişdik. Bilirdik ki, hansı istiqamətə düşəcək, amma qorxu yox idi. Çünki biz gənclər ölümü gözə alıb getmişdik. Ən əsası da öldürməyə getmişdik.  Bir dəfə də erməni diversant qrupu bizim əraziyə daxil olmağa cəhd etdi. Təbii ki , ayıq-sayıqlığımız nəticəsində həmin diversiya qrupu geri çəkildi. Onlar bizi artilleriya ilə məhv etməyə çalışırdılar. Müxtəlif istiqamətlərdən atəşə tuturdular. Həm yerimiz əlvesirli olduğu üçün, həm də peşəkar zabit heyəti sayəsində biz onları məhv edirdik.

– Müharibə iştirakçısı kimi tarixi Zəfərimizin qazanılmasını şərtləndirən əsas amillər haqqında nə deyə bilərsiniz?

– Hesab edirəm ki, burada bir çox amillər oldu. Mənim fikrimcə, birinci amil Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bütün sahələri əhatə edən uğurlu daxili və xarici siyasətdir. Xüsusilə ordu quruculuğu sahəsindəki siyasəti qeyd etmək istərdim. Digər amillər kimi Ulu öndər Heydər Əliyevin davamçısı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti, dövlətimizin mehriban qonşuluq siyasətini, Azərbaycanın dünya arenasında güclü  dövlət olmasını, hərbi sahədə müasir hərbi texnikanın idxalı və peşəkar kadrların hazırlanmasını, gənclərin uzun zaman gözlədiyi qisas hissini, xalqda olan böyük ruh yüksəkliyini, gənclərin dövlətə, dövlətin gənclərə olan etimadı, ölkədə daim mövcud olan sabitliyi və xalq-iqtidar-ordu birliyini qeyd edə bilərəm. Müharibə dövründə cənab Prezidentin xarici media orqanlarına verdiyi müsahibələri xüsusi olaraq qeyd etmək vacibdir.

– Azərbaycan tarixi həqiqətlərini, erməni vəhşiliyinin bütün detallarının dünyaya çatdırılmasında gənclərimizin rolu və məsuliyyəti nə qədərdir?

– Erməni vəhşiliyi nəticəsində minlərlə vətəndaşımız öz dədə-baba yurdlarında məhrum olmuş, yüzlərlə günahsız insan öldürülmüşdü. Bütün bu vəhşiliklər gənclərdə qisas hissi yaratmışdı. Gənclər müharibənin olmasını, torpaqlarımızın işğaldan azad olunmasını, qisasin alınmasını səbrsizliklə gözləyirdilər. Eyni zamanda gənclər bu vəhşiliyin dünyaya çatdırılmasında da fəaldırlar. Xaricdə yaşayan, təhsil alan, işləyən soydaşlarımız bu vəhşilikləri müxtəlif yollarla həmin ölkələrin vətəndaşlarına, vəzifəli şəxslərinə çatdırırlar. Bu sahədə dövlətin gənclərə böyük dəstəyi var. Hazırkı dünya rəqəmsal dünyadır. İnsanların bir-biriləri ilə kommunikasiyası daha rahatdır. Gənclərimiz bundan məharətlə istifadə edərək ermənilərlə informasiya müharibəsində üstünlük əldə edirlər. Vətən müharibəsi zamanı da tarixi həqiqətlər faktlarla dünyaya çatdırıldı. Biz informasiya müharibəsində üstünlük əldə etdik. Döyüş meydanında müharibə bitsə də, informasiya müharibəsi davam edir. Hesab edirəm  ki, bütün gənclər bu məsuliyyətli işdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə davam edəcək.

– Elvin bəy, gələcək hədəfləriniz və arzularınız nədir?

– Hazırda Azərbaycan Vəkillər Kollegiyasının üzvü olaraq vəkil kimi fəaliyyət göstərirəm. Gələcək hədəflərim daha çox bu sahədə əməkdaşlıq etdiyim  şirkət portfelimi genişləndirməkdir. Həm də yeni bir fəaliyyət sahəsi yaranıb – Mediator. Həmin fəaliyyət sahəsi ilə məşğul olmaq üçün sertifikat almağı düşünürəm. 2021-çi ilin yay aylarından “Mediasiya haqqında” qanun qüvvəyə minəcək. Bundan sonra ailə, əmək və s. mübahisələrdə şəxslər məhkəmədən qabaq Mediatordan rəy almadan məhkəməyə müraciət edə bilməyəcəklər. Həmin fəaliyyətlə də məşğul olmağı planlaşdırıram. Təhsil sahəsində isə hüquq üzrə doktoranturaya qəbul olmağı planlaşdırıram.

– Elvin bəy, müsahibəmizi Azərbaycan gəncliyinə müraciətiniz və çağırışınızla yekunlaşdırmaq istərdik.

– Hesab edirəm ki, gənclər vaxtlarını səmərəli işlərə sərf etməlidir. Əgər, uğurlu bir gələcək istəyirlərsə, o zaman gənc yaşlarda bu haqda ciddi düşünməlidirlər. Diplom xətrinə ali təhsil almasınlar. Bir il gec ali təhsil almaq olar. Amma əsas məsələ peşəkar mütəxəssis olmaq, ixtisaslaşmaqdır. Bu prinsip iş sahəsində də tətbiq olunmalıdır.  Özünü harada görürsənsə, orada da işləməlisən. Xarakterin biznes sektoruna uyğundursa,  o sahədə də irəliləmək lazımdır. Dövlət sektoruna aiddirsə həmin sahədə. Hər bir gəncə mütləq xarici dil öyrənməyi məsləhət görürəm. Bu hal hazırda davam edən informasiya müharibəsində çox vacibdir. Hər kəsə uğurlar arzulayıram.

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“AZAL”ın 50 yaşdan yuxarı əməkdaşları koronavirusa qarşı peyvənd edilirlər – FOTO

Next

Rusiyada koronavirusdan daha 337 nəfər öldü

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv