Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

By Vüsal Rafiqoğlu
26.02.2021 3 Min Read

29 il öncə dinc əhalinin, o cümlədən uşaqların, qadınların və ahılların kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnmiş Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanın aparıcı gənclər təşkilatları bəyanat veriblər.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, insanlığa qarşı yönəlmiş bu cinayətə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməməsinə, bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunmamasına etiraz edən gənclər təşkilatları bu haqlı tələbləri dəstəkləməsi üçün dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və tərəfdaş qurumlara müraciət ediblər.

Bəyanatda deyilir: “Bu gün Azərbaycan tarixinin ən faciəvi günlərindən biri – Xocalı soyqırımının növbəti anım günüdür.

1992-ci il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı misli görünməmiş vəhşilik törədilmişdir. 3 minə yaxın əhalisi olan şəhər mühasirəyə alınaraq, saatlarla ağır artilleriya silahları və tanklardan atəşə tutulduqdan sonra dinc əhaliyə qarşı qətliam törədilmişdir. Cəmi bir neçə saatın içərisində sırf milli mənsubiyyətinə görə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini ağlasığmaz amansızlıqla qətlə yetirilmiş, 500-ə yaxın insan, o cümlədən 76 uşaq isə ağır yaralanmışdır. Həmin gecə sağ qalan 1275 nəfər girov götürülərək, dəhşətli işgəncələrə məruz qalmışdır. 68 qadın və 26 uşaq daxil olmaqla 150 əsirin taleyi hələ də məlum deyil.

Münaqişə zamanı mülki insanlara qarşı ağır cinayətlərin törədilməsi Ermənistan hakimiyyətinin bütün tarixi dövrlərdə həyata keçirdiyi dəyişməz dövlət siyasətidir. 90-cı illərin əvvəlində Ermənistanın hərbi təcavüzü ilə başlayan müharibənin gedişatında və sonrakı 26 il ərzində atəşkəs dövründə olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində vüsət alan müharibə dövründə də dinc əhaliyə qarşı cinayətlər davam etmişdir. Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasından yüzlərlə kilometr uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərin qadağan olunmuş silahlarla bombalanması nəticəsində 93 nəfər mülki vətəndaş qətlə yetirilmiş, 400-dən çox insan yaralanmışdır.

Biz, bu bəyanatı imzalayanlar – ətrafında on minlərlə gənci birləşdirən gənclər təşkilatları olaraq 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı aşağıdakıları bəyan edirik:

XX əsrin sonunda Avropada, dünyanın gözü qarşısında ən ağır beynəlxalq cinayət törədənlərin bugün Ermənistanda qəhrəmanlaşdırılması və cəzasız mühitdə yaşaması qəbuledilməzdir! Xocalı şəhərində yüzlərlə dinc sakinin amansız qətliamının təşkilatçıları və icraçıları olan və bunu dəfələrlə öz müsahibələrində, çıxışlarında heç bir vicdan əzabı çəkmədən etiraf edən Robert Köçəryan, Seyran Ohanyan, Serj Sarqsyan, Zori Balayan, Vitali Balasanyan və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar!

Bütün ölkələrin parlamentarilərini, beynəlxalq təşkilatları Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməyə və gələcəkdə belə hadisələrin bir daha təkrar olunmaması naminə insanlıq əleyhinə yönəlmiş bu cinayəti qətiyyətlə pisləməyə səsləyirik!

Ermənistan hökumətindən Xocalıda törədilən soyqırımına görə rəsmi şəkildə üzr istəməsini və bu cür cinayətləri bir daha törətməyəcəyi ilə bağlı dövlət səviyyəsində zəmanət verməsini tələb edirik!

Artıq münaqişə tarixdə qalmış, Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir. İndi 30 ildir ki, bu münaqişədən əziyyət çəkən regionumuzda sülhün və təhlükəsizliyin bərqərar edilməsi vaxtıdır. Lakin sülhün, erməni və azərbaycan xalqlarının birgəyaşayışının təmin edilməsi üçün ədalət öz yerini tapmalı, müharibə cinayətkarları, o cümlədən Xocalı qatilləri məsuliyyətə cəlb edilməlidir. Ədalət sülhün təməl daşıdır!

Regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olması, Xocalı soyqırımı qurbanlarının dəstəklənməsi, cinayətkarların beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb olunması naminə milliyyətindən, dinindən, cinsindən və yaşından asılı olmayaraq bəşəri dəyərlər və humanizm prinsiplərinə sadiq olan hər kəsi – dünya liderlərini, ictimai aktivistləri, jurnalistləri, bloqqerləri, idmançıları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün səylərini əsirgəməməyə, soyqırımı qurbanları ilə həmrəylik nümayiş etdirməyə çağırırıq!”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bəşəriyyətə qarşı bu cinayəti unutmadıq, unutmayacağıq – Mövlud Çavuşoğlu

Next

Texasdakı şaxtaların ABŞ iqtisadiyyatına vurduğu zərər hesablanıb

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv