Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Tarix yazmış Azərbaycan xalqı

By Vüsal Rafiqoğlu
01.03.2021 3 Min Read

Prezident İlham Əliyev ötən gün Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı zamanı bir çox vacib məqamlara toxunmuş, ölkədə bugünə qədər aparılan sosial siyasətlə bağlı açıqlamalar vermiş və müharibənin Azərbaycan üçün qaçılmaz variant olduğunu bildirmişdir. Ölkə başçısının nitqində toxunduğu məsələlərdən biri də Ermənistandakı mövcud ictimai-siyasi vəziyyətlə bağlı olmuşdur.

Ölkə başçısı xarici nümayəndələrin hər zaman Ermənistan cəmiyyətinin birlik nümayiş etdirməsi ilə bağlı fikirlər səsləndirdiyini bildirmiş və əlavə etmişdir ki,  indi biz həmin milli birliyin harada olduğunu görürük. Bu məğlubiyyətlə birlikdə  Ermənistandakı mövcud sistem belə demək olar ki, yerlə yeksan oldu. Bütün hakimiyyət orqanları və güc strukturları bir-birilərini ittiham etməyə, günahlandırmağa başladı və nəticədə kütləvi həbslər başladı. Həqiqətən də Ermənistanın bugünkü vəziyyəti hər baxımdan acınacaqlıdır. Xalqın seçilmiş hakimiyyətə güvənməməsi, ordunun öz səlahiyyətlərindən kənar olaraq baş naziri istefaya səsləməsi, hər gün paytaxt İrəvan küçələrində etiraz aksiyalarının, polis-vətəndaş qarşıdurmalarının baş verməsi, hələ də itkin uşaqlarının cəsədlərini axtaran valideynlərin etirazları bugünkü Ermənistanın acınacaqlı simasıdır. Ancaq təəssüf ki, beynəlxalq qurumlar hələ də buna səs çıxarmır, Ermənistanda baş verən qanunsuzluqlara susmağa davam edir.

Bəli, Vətən müharibəsindən sonra bədnam qonşumuzun istər siyasi elitasında istərsə də hakimiyyətdaxili qüvvələri arasında narazılıqlar səngimədən davam edir. Ancaq bu bizim üçün təəccüblü deyil. Yaxın tarixə qısa nəzər salsaq görərik ki, hələ  2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun Ermənistanın Ohanyan səddini otuz dəqiqəyə yarıb keçməsi, strateji əhəmiyyətə malik iki yüksəkliyi düşməndən azad etməsi Azərbaycan ordusunun gücünü Ermənistan ictimaiyyətinə göstərmişdi. Həmin dövrdə Ermənistan şok içində idi. Onlar 30 ilə yaxın bir zaman kəsiyində qurmuş olduqları bütün müdafiə sistemlərinin Azərbaycan ordusu tərəfindən yarılacağını gözləmirdilər. Döyüşlərdən sonra o vaxtkı baş nazir Serj Sarkisyan Müdafiə Nazirliyinin rəhbəriliyini dəyişmiş, bir neçə generalı məhkəməyə vermiş, onlarla bağlı cinayət işləri açılmışdı. Hətta həmin dövrdə belə Azərbaycan ordusunun istifadə etdiyi müasir silahlardan bütün dünyada danışırdı. 44 günlük Vətən Müharibəsində də analoji hal təkrar olundu. Azərbaycan ən yeni texnolgiyalarla, minimum insan itkisinə hesablanmış döyüş apardı. Və nəticədə Ermənistan tərəfinin məğlubiyyəti qaçılmaz oldu. 44 günlük müharibədə Azərbaycan Ordusunun nümayiş etdirdiyi rəşadət Ermənistanın Ordusu ilə bağlı yaratmağa çalışdığı “yenilməzlik” mifini darma-dağın etdi və bu, nəticədə Ermənistandakı vəziyyəti təmamilə dəyişdi.

Son vaxtlar isə Ermənistanda elə hadisələr baş verir ki, ilk baxışda bu ölkənin beynəlxalq münasibətlər sisteminin subyekti olduğuna şübhələr yaranır. Belə ki, hazırda reallıqları qavrama hissini itirən, dünyada gedən proseslərdən özünütəcrid edən məğlub ölkədə siyasi vakum yaranıb. Bizə məlumdur ki, Ermənistanda Azərbaycan torpaqlarının işğalı faktoru bütün əsas idealogiyanı təşkil edirdi. Qarabağın işğaldan azad olunması isə Ermənistan cəmiyyətini ağır bir depressiyaya düçar etdi. Orduya sonsuz güvənən Ermənistan xalqı üçün daha bir şok isə fərarilik edən 10 minlərlə əsgərlərlə bağlı oldu. Müharibə dövründəki fərariliyin ardı bugünkü mövcud hakimiyyətin və silahlı qüvvələrin içərisində də davam edir. Artıq Ermənistanda heç bir şəxs, heç bir valideyn öz övladını və ya yaxınını sərhəd ərazilərə xidmət üçün göndərməyə razılıq vermir. Əlbəttə ki, bu başadüşüləndir. Müharibə ordudakı bütün çatışmazlıqları ortaya çıxartdı və illərdir yaradılan mifi darmadağın etdi. Xalq arasında orduya olan inamı sıfıra endirdi.

Həqiqətən də cəmiyyətin orduya inamı olsaydı bu qədər fərarilik və yayınma halları olmazdı. Çünki, müharibə dövrü bir çox cəmiyyət üçün, o cümlədən Azərbaycan üçün xalqın ordu və cəmiyyətlə birlik nümayiş etdirdiyi, ümumi düşmənə qarşı yumruq kimi birləşdiyi bir dövrdür. Ölkə başçısının da dəfələrlə dediyi kimi, müharibə dövründə Azərbaycan Ordusunda bir nəfər belə fərari yox idi. Əksinə, ordu sıralarına könüllü olaraq qoşulmaq istəyən gənclər Səfərbərlik xidmətlərinin qarşısında daim hazır vəziyyətdə gözləyirdi. Könüllülərin sayı o qədər çoxluq təşkil etmişdi ki, səfərbərlik xidmətlərində ehtiyac olduğu halda dövlət səviyyəsində qərar veriləcəyi xalqa bildirilirdi.

Müharibənin başladığı ilk gündən etibarən siyasi əqidəsindən asılı olmayaraq hər kəsin vahid amal naminə birləşməsi isə güclü xalq olduğumuzu bir daha təsdiq etdi. Bütün dünya Azərbaycan dövlətinin, xalqının və fərqli ölkələrdə yaşayan dünya azərbaycanlılarının gücünü, əzəmətini bir daha gördü. Və bütün bunların nəticəsi olaraq Azərbaycan Vətən müharibəsində zəfər qazandı. Qələbə ilə tariximizin səhifələrinə Azərbaycan xalqının mübarizliyinin, birliyinin növbəti nümunəsi  həkk olundu. Biz, hər birimiz bu müharibədə göstərdiyi şücaətə, əzmkarlığa və qətiyyətə görə xalqımızla, Ordumuzla və əlbəttə ki Ali Baş Komandanımızla fəxr edirik.

Şəbnəm Eldarova,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xaricdə Azərbaycanın bu qeyri-neft məhsullarına tələbat daha çoxdur

Next

Sağlamlığa ziyan vuran geyimlər

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv