Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

Kasıblıqdan qorxmaq haqqında

By Vüsal Rafiqoğlu
02.03.2021 3 Min Read

Uca Allah bu dünyada qullarını müxtəlif bəla və müsibətlərlə imtahan edir. Bu imtahanlardan biri də kasıbçılıqdır. Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver” (əl-Bəqərə, 155). Kasıblıqdan qorxan insan özünün və ya ailəsinin maddi ehtiyaclarını təmin edə bilməyəcəyi haqda ciddi narahatlıq keçirir, bundan daha pisi isə haram əməllərə (yalan, oğurluq, rüşvət və s.) meyl edir. Uca Allah buyurur: “Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir.” (əl-Bəqərə, 268)
Əbu əd-Dərdə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə biz kasıbçılığı zikr edib ondan qorxduğumuz barədə danışarkən Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanımıza gəldi və dedi: “Kasıbşılıqdan qorxursunuzmu? Əsla qorxmayın! Canım əlində olan Allaha and olsun ki, dünya nemətləri sizin başınızdan elə aşıb-daşacaq ki, sizlərdən biri dünya malına görə haqdan dönəcək. Allaha and olsun ki, sizi gecəsi ilə gündüzü seçilməyən işıqlı bir yola yönəltmişəm” (İbn Məcə, 5). Yəni mübarək dinimiz insanın bu dünyada qarşılaşa biləcəyi bütün problemlərin həlli yolunu göstərmişdir. Kim çətinliklər zamanı bu dinin ədəblərinə, nəsihətlərinə və buyurduqlarına əməl etməyə müvəffəq olarsa, düşdüyü çətinlik nə olursa olsun, ondan çıxış yolunu mütləq tapacaqdır. Odur ki, hər bir çətinlikdə və sıxıntıda Uca Allaha pənah aparıb, Ona dönmək lazımdır.

Kasıblıqdan qorxmamaq üçün nə etmək lazımdır?

Mömin bilməlidir ki, onun ruzisini verən hansısa məxluq yox, Uca Allahdır. “Ey insanlar! Allahın sizə verdiyi nemətini xatırlayın. Allah­dan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq varmı?!” (Fatir, 3). “Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya bağlıdır.” (Ta Ha, 132). Uca Allah insanlara ruzi verməyi öz üzərinə götürmüş, onlardan isə ibadət etməyi tələb etmişdir. Odur ki, insan Allahın buyurduğu ibadətləri yerinə yetirməli və Allahın onu ruzisiz qoymayacağını bilərək ruzi qazanmaq üçün çalışmalıdır.

Kim Allahdan qorxaraq, haramlardan çəkinərək Ona layiqincə təvəkkül edərsə, Allah ona gözləmədiyi yerdən ruzi qapılarını açar, ruzi qazanmağı onun üçün asanlaşdırar. Uca Allah buyurur: “Kim Allahdan qor­xarsa, Allah ona hər sıxıntıdan bir çıxış yolu nəsib edər və ona gözləmədiyi yerdən ruzi bəxş edər. Kim Allaha tə­vək­kül etsə, Allah ona kifayət edər” (ət-Taləq, 2-3). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Əgər siz Allaha layiqincə təvəkkül etsəz O, sizi quşları yedizdirdiyi kimi yedirər. Quşlar səhər ac qarına yuvalarından çıxıb, axşam tox qarına yuvalarına qayıdırlar” (Əhməd, 205).

Əsl kasıb kimdir?

Bir çox insanlar kasıblıq dedikdə yalnız maddi imkanın zəifliyini nəzərdə tuturlar və bundan qorxurlar. Halbuki mənəvi kasıbçılıq maddi kasıbçılıqdan daha pisdir və bu növ kasıbçılıqdan daha çox qorxmaq lazımdır. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ondan soruşdu: “Ey Əbu Zərr, səncə zənginlik çox mala sahib olmaqdırmı?” Əbu Zərr: “Bəli, ey Allahın Elçisi”– deyə cavab verdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yenə soruşdu: “Ey Əbu Zərr, səncə kasıblıq az mala sahib olmaqdırmı?” Əbu Zərr: “Bəli, ey Allahın Elçisi”– deyə cavab verdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Əslində zənginlik, qəlbin zəngin olması, kasıblıq isə qəlbin kasıb olmasıdır” (İbn Hibban, 685).

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xocavəndin Düdükçü kəndinin görüntüləri – VİDEO

Next

Bakıda AĞIR QƏZA: Ana və uşağı maşın belə vurdu – VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv