Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Məşhur generalın qardaşı barədə yenidən cinayət işi başlandı

By Vüsal Rafiqoğlu
02.03.2021 2 Min Read

Dövlət Sərhəd Xidmətinin tabeliyində olan “Sərhədçi” İdman Kompleksinin keçmiş rəis müavini, polkovnik-leytenant Elxan Nağıyev haqqında yenidən cinayət işi başlanıb.

ARANTV.AZ  Yenisabah.az-a istinadən xəbər verir ki, dələduzluqda suçlanaraq 2020-ci ilin noyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən polkovnik haqqında bu ilin fevralında yenə eyni ittihamla cinayət işi başlanıb. Çünki birinci cinayət işinin istintaqı yekunlaşandan sonra yeni şikayətlər ortaya çıxıb.

Adıçəkilən polkovnik Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, ötən ilin mayında həbs olunub avqustda buraxılan, daha sonra müharibədə iştirakına görə “Qarabağ” ordeni ilə mükafatlandırılan general Əfqan Nağıyevin qardaşıdır.

Nağıyev 6 illik həbs hökmündən apellyasiya şikayəti versə də, təmin olunmayıb. Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimov hökmü qüvvədə saxlayıb. Fevralın 12-də isə hərbi prokurorun müavini Fuad Məmmədovun qərarı ilə onun barəsində dələduzluq və rüşvət verməyə təhrik ittihamları ilə yenidən cinayət işi başlanıb.

İddia olunur ki, Nağıyev rəis müavini işlədiyi dövrdə – 2019-cu ilin iyulunda birgə biznes qurmaq adıyla “Sərhədçi”nin binasında Asif Qurbanovdan 100 min, DSX-də gizir kimi işə düzəltmək üçün Əlamət Bəşirovdan 6 min, tikinti ilə bağlı tenderdə qalib olmaqdan ötrü Ağayar Süleymanovdan 10 min manat pul alıb.

“Elxan Nağıyevlə görüş zamanı o bizdə elə böyük bir təəssürat yaratdı ki, sanki həmin şəxs, həqiqətən də, öz kiçik kabinetində oturub bütün Azərbaycanı idarə edir. Prezident Administrasiyasının məsul şəxsləri, nazirlər, icra başçıları ilə yaxın münasibətləri olduğunu, istənilən problemi həll edə biləcəyini deyirdi”, – Zərərçəkmiş qismində tanınan şəxslərdən Asif Qurbanov belə deyir.

Onun sözlərinə görə, Nağıyevə verdiyi puldan 55 min qaytarılıb – bir dəfə 40 min, ikinci dəfə 15 min: “Maaş kartını da mənə verib demişdi ki, içində 10 min pul var. Amma kartı itirdim. Xahiş etdim ki, yenisini çıxarıb versin, eləmədi”.

O, general Nağıyevə də müraciət edərək qardaşına verdiyi pulları sələmlə götürdüyünü vurğulayıb. Qalan 45 min manatın qaytarılması üçün yardım istəyib:

“Bilirəm ki, Dövlət Sərhəd Xidmətində vəzifənizə bərpa olunmusunuz. Xahiş edirəm, pulun qaytarılmasına kömək edin. Faiz, borc içində batıram…”

Təqsirləndirilən polkovnik özünü qismən təqsirli bilib. O, müəyyən adamlardan pul aldığını təsdiqləsə də, kimsəni aldatmaq niyyəti olmadığını vurğulayıb.

Ə.Nağıyev 2020-ci ilin mayında CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3 (külli miqdarda rüşvət alma) maddələri ilə suçlanaraq həbs edilib. O, avqustda həbsdən buraxılıb.

Prokurorluq onun cinayət məsuliyyətindən azad edilmədiyini, sadəcə, barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzləndiyini açıqladı. Oktyabrda AzadlıqRadiosu general Nağıyev haqqında cinayət işinə xitam verildiyi haqda məlumat əldə etsə də, Baş Prokurorluq bunu təkzib etdi. Bildirildi ki, Nağıyev haqqında cinayət işinin istintaqı davam edir. Dekabrda isə prezidentin sərəncamı ilə “Qarabağ” ordeni ilə mükafatlandırıldıqda məlum oldu ki, ev dustaqlığında olan Nağıyev müharibədə iştirak edibmiş. Daha sonra onun haqqında cinayət işinə xitam verildiyi və DSX-d işini davam etdirdiyi haqda məlumat yayıldı.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq” – Səfir

Next

“Seçicilərin 15 il əvvəlki tələbləri ilə indiki tələbləri tamamilə fərqlidir” – Cavanşir Paşazadə – MÜSAHİBƏ

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv