Hadisə 35 yaşlı qadın intihar etdi By Vüsal Rafiqoğlu 04.03.2021 1 Min Read Salyan rayonunda gənc qadın intihar edib. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Boranıkənd sakini, 1986-cı il təvəllüdlü Şölə Təhmanib qızı İmanova özünü öldürüb. O, yaşadığı evin həyətində özünü asaraq intihar edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.