Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Minalı əraziyə getmək ya ölümdür, ya da ömürlük şikəst olmaq

By Vüsal Rafiqoğlu
04.03.2021 2 Min Read

Təbii ki, dünyaya gəldiyimiz yurd, böyüyüb boya-başa çatdığımız  doğma ocaq şirindir. Biz onlardan ayrı qala bilmirik. Otuz ilə yaxın əzablı həsrət bu həqiqəti bizə daha aydın şəkildə əyani olaraq anlatdı. Azərbaycan Ordusunun müzəffər yürüşü ilə erməni işğalı altında inləyən torpaqlarımız nəhayət, azad edildi. Lakin mənfur düşmənlərimiz torpaqlarımızın hər qarışını minalayaraq  gediblər. Ona görə də dörd ay keçməsinə baxmayaraq hələ də minaları təmizləyib ərazilərimizi təhlükəsiz hala salmaq  mümkün olmayıb. Məğlub ölkənin hərbi rəhbərliyi minalanmış sahələrin xəritəsini müxtəlif bəhanələr gətirərək bizə vermir. Təhlükəni nəzərə alaraq dövlətimiz xəbərdarlıq edib ki, mülki əhali minalardan təmizlənməmiş ərazilərə getməsin. Artıq neçənci dəfədir ki, icazəsiz səfər edənlər minaya düşərək ya həyatlarını itiriblər, ya da ömürlük şikəst həyatı yaşamalı olublar.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz olaraq, nəzarət postlarından kənar yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir. Bu günlərdə mina partlayışından Ağdam Rayon Mexaniki Suvarma  İdarəsinin rəisi Hafiz Əzimzadənin ayağının amputasiya olunması hamımızı məyus etdi. Onun icazəsi olsa da, Novruzlu kəndi ərazisində  iş görmək üçün gedərkən belə bədbəxt hadisə baş vermişdir. Ancaq görünür bəziləri hətta belə hadisələrdən də nəticə çıxarmır, öz həyatlarını təhlükəyə atırlar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 3-ü gecə saat 4 radələrində polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 7 avtomobildə olan 11 nəfər saxlanılmış və aidiyyəti üzrə Füzuli Rayon Polis Şöbəsinə gətirilmişdir.

Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudov, N.Əmirov, C.Məmmədov, Z.Orucov, F.Alışov, A.Quliyev və S.Əsədov olmaları müəyyən edilib. Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.

Bir daha xatırladırıq ki, Azərbaycan və Türkiyə istehkamçıları və minatəmizləyənləri on minlərlə hektar ərazini təhlükəsiz vəziyyətə gətiriblər və bu iş fasiləsiz olaraq davam etdiriblər. Bu mühüm işdə bizə dost Pakistanın da mütəxəssisləri kömək edirlər.

Rusiya sülhməramlı kontingentinin humanitar mina təmizləmə bölüyünün şəxsi heyəti də Qarabağda ərazilərin partlayıcı predmetlərdən təmizlənməsi işlərini davam etdirir.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Göstərilir ki, minatəmizləmə əməliyyatı çərçivəsində Ağdərədə rusiyalı istehkamçılar tərəfindən 30-dan çox 152 millimetrlik qəlpəli-fuqas tipli artilleriya mərmisi zərərsizləşdirilib.

Ümumilikdə 2020-ci ilin noyabrın 23-dən bu günə kimi 1 548 hektar ərazi, 484 kilometr yol, 1 524 bina, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış sursatlardan təmizlənib, 24 994 partlayıcı predmet aşkar edilərək məhv edilib.

Hörmətli soydaşlarımıza məsləhət görürük ki, torpaqlarımız minalardan təmizlənməmiş oralara səfər etməsinlər, özlərini və doğmalarını müsibətə, məhrumiyyətlərə düçar etməsinlər. Yurda köçməyə lap az qalıb, doğma yurd həsrətinə otuz il dözmüşük, bir neçə ay da dözək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hissə-hissə satılan parkdan geriyə qalanlar – VİDEO

Next

İctimai iaşə dövriyyəsi azalıb

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv