Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

“Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımlanıb

By Vüsal Rafiqoğlu
05.03.2021 2 Min Read

Qazaxıstanın dövlət televiziyası 44 günlük Vətən Müharibəsindən bəhs edən “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımlayıb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, filmin çəkilişləri işğaldan azad edilən ərazilərdə aparılıb.

Filmdə Qarabağ münaqişəsinin tarixinə qısa ekskursuya edilir və qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında qətnamələr qəbul edib. Lakin münaqişənin davam etdiyi müddətdə vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Azərbaycanın bütün sülh cəhdləri nəticəsiz qalıb.

Sonda Azərbaycan güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etməyə qərar verib. Ay yarım davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb və 30 illik işğala son qoyulub. Qeyd olunur ki, qısa müddətdə Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarını və Şuşa şəhərini işğaldan azad edib, ardınca 10 noyabr üçtərəfli atəşkəs razılaşması ilə Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz geri alınıb.

Bununla belə Qələbənin asanlıqla əldə edilmədiyi, Azərbaycan tərəfinin qəhrəman hərbçilərinin şəhid olduğu bildirilir. Ermənistan tərəfindən isə itkilərlə bağlı dəqiq rəsmi məlumatın verilmədiyi, ayrı-ayrı mənbələrin yaydığı məlumata əsasən 4500-dən çox erməni hərbçisinin öldüyü qeyd olunur.

Ağdam şəhərinin müharibədən sonrakı mənzərəsindən dəhşətə gəldiyini vurğulayan müəllif buranın əbəs yerə “Qafqazdakı Xrosima” adlandırılmadığını söyləyir və bildirir ki, şəhərin qalıqları içərisində yeganə tikili yarı dağıdılmış vəziyyətdə olan Ağdam məscidi qalıb, başqa heç nə yoxdur.

İşğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yanaşı, Ermənistanın Gəncə, Tərtər və Bərdə şəhərlərinə xain raket hücumu, onlarla dinc sakinin və uşaqların qətlə yetirilməsi filmdə geniş əksini tapır.

Filmin yaradıcı qrupu Vətəni üçün canını vermiş övladların qəhrəmanlıqlarını, şəhid ailələrinin mərdliklə sinə gərdiyi ağrı-acıları və onların kədərə bürünmüş zəfər sevincini böyük peşəkarlıqla tamaşaçılara çatdırır.

Azərbaycanda xeyli sayda fərqli etnik qrupların, dini icmaların nümayəndələrinin bir arada sülh içərisində yaşadığı, onların da Vətən müharibəsində öz ana yurdları üçün qəhrəmanlıqla vuruşduğu və şəhid olduğu qeyd edilir, Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandrın və Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Melih Yevdayevin bununla bağlı fikirlərinə yer verilir.

Filmdə həmçinin, Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyəti, işğaldan azad edilən ərazilərin idarə edilməsi, minalardan təmizlənməsi və bərpa planları haqqında Azərbaycanın rəsmi mövqeyi geniş əksini tapır. Qeyd olunur ki, Füzuli şəhərində beynəlxalq hava limanının tikintisi, Naxçıvan dəhlizi vasitəsilə nəqliyyat yollarının bərpası Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan üçün böyük əhəmiyyət daşıyır.

Avtomobil və dəmir yollarının bərpası nəticəsində Aktau, Almatı, Daşkənd və Bişkek şəhərlərindən Avropaya daha sürətli və rahat çıxışın təmin olunacaq.

Filmdə Azərbaycanın mədəniyyət və musiqi beşiyi Şuşanın, Qarabağın, bütövlükdə işğal altındakı torpaqların azad olunması ilə təkcə iqtisadi deyil, həm də mənəvi-mədəni sferada böyük sıçrayışın gözlənildiyi qeyd olunur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənilər Qarabağda bütün dini abidələri dağıdıblar – Gürcü jurnalist

Next

Müharibə iştirakçılarına ölkəni tərk etməmək barədə tapşırıq verilib?

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv