Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Torpaq çərşənbəsi haqqında bunları bilirdinizmi?

By Vüsal Rafiqoğlu
16.03.2021 2 Min Read

“Çərşənbələr Novruz bayramının ən mühüm atributlarındandır. Hər bir çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilib və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələrin simvolik obrazı formalaşıb. İlin son ayının dörd çərşənbəsi ilaxır çərşənbələr sayılır. Novruz öncəsi qeyd olunan son çərşənbə isə “axır çərşənbə” adlanır”.

Bunu Publika.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil deyib. Alimin sözlərinə görə, su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir: “Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi qədim insanın suya tapınma inancı ilə bağlıdır. Məsələn, qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji təfəkkürünün əsas elementlərindən biridir”.

A.Xəlil ilaxır çərşənbələrin ikincisi olan od çərşənbəsindən də danışıb: “Buna xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci cərşənbə”, yaxud “addı çərşənbə” də deyilir. Od müqəddəs hesab edilirdi. Çox qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla paklayar, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inamın və buna əsaslanan xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır”.

Dosent ilaxır çərşənbələrin üçüncüsü olan yel çərşənbəsindən də bəhs edib: “Xalq arasında bu çərşənbəyə “külək oyadan çərşənbə”, “küləkli çərşənbə”, “yel çərşənbəsi” də deyilir. Yel çərşənbəsi ilə bağlı bir sıra deyim və inanclar var. Onlardan birini deyim, deməli, yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət edirlərmiş və Yel babanı çağırırlarmış. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları sənə toxunsa, diləyin yerinə yetərmiş”.

Ağaverdi Xəlil ilaxır çərşənbələrin sonuncusu olan torpaq çərşənbəsi haqqında bunları deyib: “Qədim adətə görə, axır çərşənbə günündə əcdadların, əzizlərin məzarları ziyarət olunar, onların ruhuna dualar oxunar. Xalqımızın axır çərşənbə ilə bağlı bir adəti də budur ki, həmin çərşənbə axşamında adamlar od üstündən yeddi dəfə o yan-bu yana atılar, bununla da köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyduqlarına inanarlar”.

Ekspertin sözlərinə görə, axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar:

“Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya ifadəni yozub, gələcək barədə müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “başım ağrıyır” və s. kimi sözlər eşidilərsə, pis tərəfə yozulur. Xalqımızın folklor yaradıcılığında çərşənbələrlə bağlı onlarca deyim, sınama, tapmaca, atalar sözü, nəğmə, rəvayət var. Çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini əyani şəkildə nümayiş etdirən əlamətdar hadisələrdir. Onların eramızdan əvvəl başlanan qədim tarixi var”.

A.Xəlilin fikrincə, çərşənbə mərasimlərinin məzmunu yaradılışla bağlı dörd sakral ünsür haqqındakı qədim təsəvvürlərdən, əski xalq inanclarından, arxaik ritual elementlərindən, altı günlük təqvim sistemindən və yazın gəlişi ilə bağlı mövsüm şölənlərindən qaynaqlanır:

“Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən Novruz bayramı mədəni kompleksinə daxildir və bir ay öncədən xalqı böyük bayrama – Novruza hazırlayır, cəmiyyətdə bayram ovqatını səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır”.

Bir sözlə, ilaxır çərşənbə əcdadlarımızın bizə əmanət etdiyi ritual kompleksin tərkib hissəsidir.

Həmişə Publika.az-ın xəbər qapısını pusun ki, xoş xəbər eşidəsiniz.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qadınlar niyə soyuğa daha həssasdır?

Next

Ağstafada 25 yaşlı gənc özünü asmaq istədi

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv