Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Humanizm prinsipləri dövlət siyasətinin əsasında dayanır

By Vüsal Rafiqoğlu
19.03.2021 3 Min Read

Prezident İlham Əliyevin «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Sərəncamı ümumilikdə 625 nəfərə şamil olunub

Azərbaycan dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. İlk dəfə olaraq ölkəmizdə ölüm hökmünün ləğv olunması, Amnistiya aktları və əfv sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəklənir. İqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyi ilə fərqlənən ölkəmizdə elə bir sahə yoxdur ki, orada hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün islahatlar aparılmasın. Demokratiyanın başlıca şərtlərindən olan qeyri-hökumət təşkilatlarına dəstəyin artırılması, söz, mətbuat, vicdan azadlığının təminatı, informasiya əldə etmək imkanlarının genişləndirilməsi üçün mükəmməl konsepsiyaların qəbulu, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, insanlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün nəzarətin gücləndirilməsi, dini və milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan xalqının tərkib hissəsi olan etnik azlıqların, təcridxanalarda saxlanılanların hüquqlarının müdafiəsi kimi mühüm amillər Prezident İlham Əliyevin daim diqqət yetirdiyi istiqamətlər olmaqla insan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planında da önəm verilən əsas məqamlardır. Bu kimi addımlar ölkə əhalisinə, bütünlükdə Azərbaycan xalqına qayğının, haqqın, ədalətin nümunəsi olmaqla qanunun aliliyinə xidmət və hörmətdən, demokratik dəyərlərə sadiqlikdən irəli gəlir.

1995-ci ildən bu günədək ölkəmizdə 60-dan artıq əfv Sərəncamı, 10 Amnistiya aktı həyata keçirilib. Bu addımlar təsdiqləyir ki, xeyirxah niyyətlərin əsasını məhz demokratik islahatlar, insan hüquq və azadlıqlarının qorunması təşkil edir. İmzalanan bu sənədlər insanlara yeni şans verərək onları cəmiyyətimizə qaytarmaqla yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edir. Son Amnistiya aktlarının təşəbbüsçüsü olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirir ki, onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir.

Dövlətimizin başçısı İlham Əliyevin məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq 18 mart 2021-ci il tarixli «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Sərəncamı dövlətimizin siyasətində insan amilinə verilən dəyəri bir daha ortaya qoyur. Əfv Sərəncamı ümumilikdə 625 nəfərə şamil olunub. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Eyni zamanda, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.

Dövlətimizin başçısı İlham Əliyev atdığı hər addımı ilə hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Məlumdur ki, ötən il dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanda cənab İlham Əliyevin yaşı 65-dən yuxarı 176 nəfərin cəzanın çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı imzaladığı Sərəncam ölkə ictimaiyyəti tərəfindən humanizm prinsiplərinə sadiqliyin, böyüklərə hörmətin bariz nümunəsi kimi dəyərləndirildi.

Əvvəldə də qeyd etdiyimiz kimi, şəxsiyyət azadlığına humanist münasibətlərin formalaşdığı ölkəmizdə onlarla əfv Sərəncamı imzalanıb, 10 Amnistiya aktı qəbul olunub. Bu sənədlər əsasında on minlərlə məhbus azadlığa qovuşub. Bu qəbildən olan növbəti Sərəncam bir daha təsdiqləyir ki, Ümummilli Liderin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi olan humanizm prinsiplərinə hörmət və dəyər ölkə Prezidenti İlham Əliyevin siyasətində öz prioritetliyini saxlayır. Humanizm, mərhəmət, böyüklərə hörmət kimi prinsipləri həyata keçiridyi siyasətin önündə saxlayan Azərbaycanın demokratik dəyərlərə sadiqliyi daim beynəlxalq səviyyədə də təqdir olunur. Bu fikir xüsusi vurğulanır ki, atdığı hər addımında xalqını, hər bir vətəndaşını düşünən dövlət başçısına milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyev daim bildirir ki, insanların yüksək rifah şəraitində yaşaması prioritetdir. Mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlərdir.

Bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Hüquqlarımızla yanaşı, vəzifələrimizin də olduğunu unumamalıyıq. Hər kəs cəmiyyəti idarə edən qanunların icrasında fəal iştirak etməli, qanun qarşısında məsuliyyətlərini dərk etməlidir. Dövlət vətəndaşının yüksək rifahını, təhlükəsiz yaşayışının təmin etmək üçün bütün addımları atır. Milli Konstitusiyamızın «Dövlətin ali məqsədi» maddəsində qeyd edilir ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək rifahlarının təmin edilməsidir. Tarixə Zəfər Gününü yazan 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin dünyanın, o cümlədən ölkəmizin COVID-19-la mübarizə apardığı bir ildən artıq dövrdə dövlətin insanlara diqqət və qayğısı göz önündədir. Cənab İlham Əliyev bütün hallarda vətəndaş məmnunluğunu artırmaq üçün zəruri addımlar atır. Bütün bu addımlar Prezident-xalq birliyini, həmrəyliyini özündə ehtiva edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçiləri təbrik edib

Next

Şükürbəylidə yellərin qanadları yorulmamışdı…

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv