Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

F-35 özü özünü vurub, dəymiş zərərin məbləği – $2,5 milyon

By Vüsal Rafiqoğlu
26.03.2021 4 Min Read

ABŞ-ın ən yeni, bahalı və faydasız qırıcı təyyarəsi olan F-35 Lightning II özünün ağlasığmaz “səfehlikləri” ilə müşahidəçiləri heyrətə gətirir və qeyri-kamil hərbi texnika satışı sahəsində Amerika texnologiyalarının müstəsna üstünlüyünü vurğulayır. Belə ki, “gözəgörünməz” təyyarə hətta özünü də vurur.

ARANTV.AZ  Sputnik Azərbaycan-a istinadən bildirir ki, ABŞ dəniz piyadaları korpusuna (DPK) aid olan F-35B qırıcı-bombardmançısı Arizona ştatındakı “Yuma Reync” poliqonunda özündən açılan atəşlə vurulub. Təyyarə topundan atılmış qəlpəli-fuqas mərmisi atəşdən dərhal sonra partlayaraq təyyarənin gövdəsinə ciddi xətər yetirib. Pilot xəsarət almayıb və çətinliklə təyyarəni aviabazaya qaytara bilib. İlkin hesablamalara görə, hadisədən dəyən zərərin həcmi $2,5 milyon həcmində qiymətləndirilir. Bu, çox qəribə və heyrətamiz hadisədir.

Dəniz piyadaları üçün F-35B təyyarəsinə 25 mm-lik GAU-22/A Gatling (GPU-9/A) təyyarə topu təyyarənin altına quraşdırılır. “Yuma Reync” poliqonu üzərində uçuş zamanı PGU-32/B SAPHEI-T tipli yarım zirehdeşici qəlpəli-fuqas yandırıcı-izburaxan sursatlardan istifadə olunub. Adətən bu mərmilərin partladıcısı hədəfə dəydikdən sonra ani gecikmə ilə işə düşür. Dəniz piyadaları korpusunun rəsmi nümayəndəsi kapitan Endrü Vud bildirib ki, hazırda araşdırma aparılır. Versiyalardan biri təsadüfən təyyarəyə gəlib çıxmış keyfiyytəsiz mərmidir. Hər halda mart ayında baş vermiş bu hadisə F-35-də olan kompleks problemlərdən və onun texnoloji cəhətdən qeyri-kamilliyindən xəbər verir.

Lockheed Martin şirkəti tərəfindən işlənib hazırlanmış, “beşinci nəsil” gözəgörünməz çoxfunksiyalı F-35 Lightning II qırıcı-bombardmançısı ehtimal olunan (yüksək texnologiyalara malik) düşmənin radarlarında aydın görünür, daha sürətli və manevr etmə qabiliyyətinə malik 4+ tipli qırıcılarla hava döyüşündə məğlubiyyətə məhkumdur. Təyyarə hələ bir dəfə də döyüş şaraitində yerüstü hədəflərin vurulmasında yüksək səmərəliliyini sübuta yetirməyib.

F-35-in quruluşundakı fundamental çatışmazlıqlar o qədər aşkar və onların aradan qaldırılması o qədər mümkünsüzdür ki, 2000-ci ilin oktyabr ayında təyyarənin ilk uçuşundan keçən iyirmi il ərzində Pentaqon hələ də F-35А (HHQ üçün), F-35В (DPK üçün) və F-35С (HDQ üçün) modifikasiyalarının kütləvi istehsalına sifariş verməyib. Təsadüfi deyil ki, ABŞ-ın Avropadakı müttəfiqləri hər bəhanə ilə bu bahalı və faydasız qırıcıları almaqdan boyun qaçırırlar. Məsələn, Böyük Britaniya “iqtisadi böhran” üzündən mart ayında F-35В təyyarələrinin sifarişini 65% azaldıb.

“Baş gicəllənmədən” doğan fəlakət

Avropa ölkələrindən fərqli olaraq Yaponiya Naqoyedəki Mitsubishi Heavy Industrie zavodunda F-35A təyyarələrinin yığılmasını davam etdirir. Bu, hazır təyyarələrin ABŞ-dan alınması ilə müqayisədə az miqdarda qənaət etməyə imkan verir. Belə ki, əgər “yapon” F-35-in qiyməti $86,3 milyondursa, bu modeldən olan təmiz amerikalı təyyarənin qiyməti $86,76 milyondur. Zavoda $13 milyard dollar dəyərində 147 bu cür təyyarənin yığılması sifariş olunub. Həm də ABŞ Yaponiyaya F-35-in bəzi həssas texnologiyalarını təqdim etməyib. Yaponiya hava özünümüdafiə qüvvələri isə Amerika “gözəgörünməz”inin simasını qorumaq üçün bəzən günahı öz pilotlarının üzərinə atmalı olurlar.

Belə ki, Misava aviabazası yaxınlığında keçirilən təlim uçuşu zamanı dörd ədəd F-35A təyyarəsindən biri 1000 km-saat sürətlə Sakit okeana çırpılmışdı. Nədənsə təcrübəli pilot, mayor Akinori Xosomi katapultdan istifadə edərək təyyarədən atıla bilməmiş və hətta qəza siqnalını da işə salmamışdı. Təyyarə sadəcə olaraq itmişdi. Yalnız bir müddət sonra qəza yeri müəyyən olunmuş, təyyarənin və pilotun qalıqları aşkar olunmuşdu. F-35A Lightning II o dərəcədə dağılmışdı ki, qəzanın səbəbləri haqqında rəy vermək çox çətin idi. Yaponiya HHQ-nin izahı isə ümumiyyətlə təzadlı idi: fəlakətin səbəbi kimi təyyarəçinin başının gicəllənməsi göstərilirdi. Bu, dünyanın istənilən ordusu üçün ağlasığmaz izahatdır – başı gicəllənən qırıcı-təyyarəçi. Digər tərəfdən, bir çox ölkələrdə F-35-in göyərtəsindəki super-kompüterlə problemlər aşkar olunur.

Belə ki, 2020-ci ilin may ayında ABŞ-ın 58-ci qırıcı eskadrilyasının tərkibindəki F-35A qırıcı-bombardmançısı Florida ştatındakı Eqlin bazası yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot təyyarənin idarə olunmadığını bildirib. Çox şıltaq maşındır, deyilmi? Belə bir fikir də var ki, F-35-in kabinəsi və cihazları təyyarəçilər üçün “həddən artıq yüksək səviyədə” texnolojidir. Elə tamlandırılmış reallığı əks etdirən uçuş şlemini demək kifayətdir ($400 mindən baha).

Lockheed Martin şirkətinin təzyiqlərinə rəğmən Pentaqon 2021-ci ilin yanvarında təyyarənin texniki çatışmazlıqları üzündən F-35 gözəgörünməzlərinin kütləvi istehsalını yenidən qeyri-müəyyən müddətə təxirə saldı. ABŞ HHQ-nin bu məsələdə 2017-ci ildən bəri qəti inadkarlığı başa düşüləndir. Təyyarənin hətta sülh dövründə də istismarı təhlükəlidir. Gözəgörünməzin virtual üstünlükləri sərt reallıqlar qarşısında sabun köpüyünə çevrilir: yüksək sürətlə uçarkən F-35 dağılmağa başlayır və o artıq bütün əlamətlərinə görə səsdən sürətli deyil, səsdən az, lakin qısa müddətə səsdən artıq sürət yığa bilən təyyarədir.

Sistemin çökməsi

Hətta təyyarənin qiymətinin 80 milyona qədər aşağı salınmasına rəğmən, HHQ adı çəkilən təyyarəni “etibarlılığı şübhə doğurduğuna, texniki xidmət və istismar xərclərinin çoxluğuna” görə tənqid edirlər. Təyyarənin döyüşə hazır olduğunun bəyan edilməsinə və hələ 2014-cü ildə ordunun istifadəsinə verilməsinə baxmayaraq, o hələ də “yüksək intensivlikli döyüşlərə hazır deyil” və “çətin ki, 2025-ci ilə qədər də hazır olsun”. Həmin vaxta qədər ehtimal ki, Rusiya və Çin altıncı nəsil təyyarələrin istehsalına başlayacaqlar. Xatırladaq ki, F-35 (perspektiv nüvə silahı daşıyan) məhz Rusiya və Çinin hərbi imkanları və geniş ərazisi hədəfə alınaraq hazırlanmışdı. Ötən ilin payızında isə bu təyyarə ABŞ-da NATO-nun Rusiyaya qarşı əsas silahı adlandırılmışdı.

Pentaqonun məlumatlarına görə, F-35-lərin təqribən 2\3-si F135 tipli mühərrik ucbatından uçuşları yerinə yetirməyə qadir deyil. Daha dəqiq desək, “şimşək”lərin yalnız 36%-i tapşırıqların yerinə yetirilməsinə hazırdır .

Amerikalıların ilkin olaraq fizika qanunlarına baxmayaraq bir təyyarədə üç maşını birləşdirmək cəhdi, F-35 Lightning II təyyarəsini sülh dövründə hələ “sərgüzəştlərin” davamına, yüksək texnoloji hazırlıqlı düşmənə qarşı hərbi münaqişədə isə məhvə məhkum edir. “Gözəgörünməz”lərin müttəfiqlərə israrla satılması isə heç olmazsa, maliyyə itkilərindən yaxa qurtarmağa ümid verir. Ardı var.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı, Neftçala, Quba 1919-1925-ci illərdə – FOTO

Next

Novruz bayramı filmlərimizə necə salındı? – Tarixçə

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv