Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İtalyan jurnalist Azərbaycanı gözdən salmaq üçün Ermənistanın yeni siyasi oyunundan yazıb

By Vüsal Rafiqoğlu
27.03.2021 4 Min Read

İtaliyanın “Lo Spessore” analitik portalında italyan tədqiqatçı-jurnalist Domeniko Letizia-nın “Azərbaycanı gözdən salmaq üçün Ermənistanın yeni siyasi oyunu” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Cəbrayıl rayonunun işğalı vaxtı Ermənistan tərəfindən orada qanunsuz olaraq inşa edilmiş “ibadətgah” ilə bağlı erməni tərəfinin yalanları ifşa edilir, həmçinin məsələyə münasibətdə həqiqətlər İtaliya ictimaiyyətinin diqqətinə çatıdırılır.

ARANTV.AZ  Trend-ə istinadən məqalənin tərcüməsini təqdim edir:

“Azərbaycanı gözdən salmaq üçün Ermənistanın yeni siyasi oyunu”

– Azərbaycan məscidlərin və yəhudi mədəniyyətinin abidələrinin, habelə Ermənistanın işğalından azad edilmiş ərazilər də daxil olmaqla bütün ölkə ərazisində xristian kilsələrinin və dini irsin qorunması və etiqad azadlığı ilə dünyada tanınır. Ermənistanla münaqişənin bitməsindən sonra Azərbaycanın Mədəniyyət Nazirliyi bildirmişdir ki, “multikultural və çoxkonfessiyalı bir ölkə olaraq Azərbaycan əsrlər boyu sülh şəraitində yanaşı yaşamış və birlikdə çalışmış bütün xalqların və dinlərin nümayəndələrinin vətəni olmuşdur; dövlət mədəni irsinin mühafizəsinə, bərpasına və yenidən qurulmasına lazımi diqqət göstərir”.

Ölkədə yaşayan italyanlar tərəfindən də vurğulandığı kimi, Azərbaycanın xristian icması Azərbaycan cəmiyyətinin ayrılmaz, fəal bir hissəsini təmsil edir və abidələr, ibadət yerləri və kilsələr dövlət tərəfindən mühafizə edilir və mütəmadi olaraq bərpa olunur. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-ci ilin oktyabr ayında Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirmişdir. Tarixi-dini abidələrin, o cümlədən kilsə, sinaqoqların bərpası və yenidən qurulması Azərbaycan dövlətinin multikulturalizmin təşviqi istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Bu günlərdə Ermənistan işğalından azad edilmiş rayonlardan biri olan Cəbrayılda BBC-nin müxbiri ilə bağlı məsələ Qafqazın incisinə qarşı növbəti saxta xəbərlərin yayılmasına səbəb olub. Ermənistan tərəfindən verilmiş coğrafi koordinatlar əsasında “erməni ibadətgahı” axtaran müxbir onu tapmadığı üçün azad edilmiş ərazilərdə dini binaların Bakı tərəfindən dağıdıldığı qənaətinə gəlib. BBC-nin jurnalisti bu binanı ərazilərdəki “erməni dini irsi”nin bir hissəsi kimi təsnif edərək münaqişəyə dini bir don geyindirməyə çalışıb.

Xatırladaq ki, BMT TŞ-nın qətnamələri ilə təsdiq olunduğu kimi 1993-cü ildən 2020-ci ilin oktyabrınadək Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Cəbrayıl rayonunda işğaldan əvvəl yalnız azərbaycanlılar məskunlaşmışdı. Erməni irsi kimi təqdim olunan bu “ibadətgah” yalnız 2017-ci ildə Ermənistanın hərbi işğalı zamanı, erməni əsgərləri üçün bir hərbi hissənin yanında inşa edilmişdir. Elə məhz 2017-ci ilin oktyabrında erməni mətbuatı ermənilərin uydurma Mexakavan adı verdikləri Cəbrayıl rayonunda bir hərbi hissənin yanında bu “kilsənin” açılması barədə yazmışdı. O dövrün erməni mətbuatının qeyd etdiyi kimi, sözügedən kilsə “torpaqların heç vaxt Azərbaycana qaytarılmayacağının” bir simvolu olmalı idi. Bu səbəbdən də qeyd olunan tikili tarixi memarlıq abidəsi olmamaqla yanaşı bölgənin mədəni və dini irsinin bir hissəsi deyildir və əlbəttə ki, Qarabağda dırnağarası “ermənilərin çoxəsrlik varlığının” sübutu deyildir. Bu, işğal vaxtı Azərbaycan ərazisində inşa edilmiş müasir bir tikilidir və bütün işğal dövründə Ermənistan hökuməti və özəl şirkətlər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilmiş qanunsuz hər hansı bir fəaliyyət kimi bu tikilinin həmin ərazidə mövcudluğu da qanunsuzdur.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ötən cümə axşamı günü “Azərbaycana aid hər şeyi dağıtmaqla bərabər, ibadətgah qurmaq xristianlığın təməl prinsiplərinə ziddir”, deyə tvit edərək hələ 2017-ci ildə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışarkən ermənilərin heç vaxt yaşamadıqları işğal altındakı Cəbrayıl rayonunda qanunsuz hərbi ibadətgahın inşa edilməsinə dair bəyanat verdiyini xatırlatmışdır. Hikmət Hacıyev, həmçinin 2017-ci ildə Azərbaycanın istəyi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin o vaxt işğal olunmuş Cəbrayıla səfər etdiklərini və ibadətgahın inşası faktını qeydə aldıqlarını da xatırlatmışdır. “Missiyanın sonunda, ibadətgahın burada olan əsgərlərin ehtiyacları üçün tikildiyi bildirilir”, deyə yazan Hikmət Hacıyev işğal olunmuş ərazilərin dini və mədəni məhiyyətini dəyişdirmək cəhdinin qanunsuz bir hərəkət olduğunu əlavə etmişdir.

BBC-nin video reportajında göstərildiyi kimi bu “ibadətgahın” qəsdən məhv edilməsi iddialarına gəldikdə isə qeyd etmək lazımdır ki, keçən payızda 44 günlük müharibə zamanı Cəbrayılın azadlığı uğrunda şiddətli döyüşlər getmişdir və bu “ibadətgah” hərbi hissəyə yaxın tikildiyi üçün hərbi əməliyyatlar zamanı onun dağılması mümkün ola bilərdi.

Ermənistanın başlatdığı “geosiyasi oyun”un azlıqların müdafiəsi və fərqli dini konfessiyaların mühafizəsi ilə heç bir əlaqəsi olmadığı, yalnız Azərbaycanı gözdən salmaq üçün edilən bir siyasi oyun olduğu aydın görünür. Bir tərəfdən bu, vətəndaşların çoxsaylı etirazlarına səbəb olan Ermənistanda hökumət tərəfindən diqqəti mövcud daxili siyasi xaosdan yayındırmaq üçün həyata keçirilən siyasi bir paradoksdur. Digər tərəfdən isə Azərbaycana qarşı aparılan bu təbliğatın arxasında erməni xalqında nifrət və intiqam hissləri aşılamağa, bölgədə yeni bir müharibə törətməyə çalışanlar dayanır ki, bu da xüsusilə erməni xalqı üçün daha ağır faciələrə səbəb olmaqla yanaşı, onun varlığını belə təhlükəyə ata bilər.

Azərbaycan torpaqlarının təxminən otuz illik işğalı zamanı Ermənistan bütün gücü ilə məlumatları saxtalaşdırmaqla,19-cu əsr pravoslav kilsələrinin, xüsusilə Ermənistanla heç bir əlaqəsi olmayan, yerləşmə ərazisi indiki Azərbaycanın ərazisi olan torpaqlarda Qafqaz Albaniyasının qədim məbəd və monastırlarının tarixini dəyişməklə işğal olunmuş torpaqlardakı əsrlərdən bəri mövcud olan Azərbaycanın mövcudluğunu silməyə çalışmışdır. Belə ki, “yeni rejimə uyğunlaşdırıla” bilməyən hər şey məhv edilmişdir. Azərbaycanın iki şəhəri – Ağdam və Füzuli ruhlar şəhərlərinə çevrilmişdir, çünki Azərbaycanın torpaqları azad etməsindən sonra bu şəhərlərin və irsinin yerlə bir edildiyi aşkar edilmişdir. Təəssüf ki, bunların heç biri işğal illərində dünya mediasının gündəmində olmamışdır.

Digər tərəfdən, hər bir İtalyan vətəndaşı və dünya paytaxt Bakının mərkəzindəki erməni kilsəsinə getməklə Azərbaycanın erməni irsini necə qoruduğunu anlaya bilər. Münaqişəyə və Ermənistanın işğal etdiyi ərazilərdəki Azərbaycanın mədəni irsinin məhv edilməsinə baxmayaraq, Azərbaycan hökuməti dövlət vəsaiti ilə bərpa olunan və erməni dilində beş minə yaxın kitabın saxlanıldığı bu erməni kilsəsini qorudu. Sözügedən kilsə Azərbaycana gedən bütün turistlər tərəfindən ziyarət edilə bilər. Multikulturalizmin dövlət siyasəti və həyat tərzi olduğu, uzun bir tolerantlıq və dünyəvilik ənənəsi olan Azərbaycanda bu nümunə təəccüb doğurmur. 1918-ci ildə qurulmuş, sovetlər tərəfindən süquta yetirilənə qədər qısamüddətli olmasına baxmayaraq, bütün İslam dünyasında demokratik bir dövlətin ilk nümunəsi olmuş və 1919-cu ildə bir çox qərb ölkələrindən əvvəl qadınlara səs vermək hüququnu tanıyan Azərbaycan Demokratik Respublikasını düşünmək kifayətdir.

Məqaləyə keçid linki:

https://www.lospessore.com/26/03/2021/nuova-mossa-politica-dellarmenia-per-screditare-lazerbaigian/

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda ərzaq malları bahalaşmağa davam edəcək? – İlin ikinci yarısında…

Next

YPG basqın etməyə çalışdı, XTQ hərəkətə keçdi

Xəbər lenti

  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026

Son Yazılar

  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv