Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır

By Vüsal Rafiqoğlu
10.07.2026 4 Min Read

Son illər Azərbaycanda müxtəlif sahələrdə yeni cərimələrin tətbiq olunduğu kimi xəbərlərlə rastaşırıq. Yol hərəkəti qaydalarından tutmuş ekoloji tələblərə, sahibkarlıq fəaliyyətindən vergi pozuntularına qədər demək olar ki, hər sahədə inzibati məsuliyyət sərtləşdirilir, hər gün minlərlə vətəndaş müxtəlif inzibati xətalara görə cərimələnir.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr fiziki, vəzifəli və hüquqi şəxslər üçün fərqli həddə müəyyən edilir. Qanunvericilikdə həm minimum, həm də maksimum cərimə məbləğləri ayrıca tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 25.2.1 və 25.3-cü maddələrinə əsasən inzibati cərimələr şərti maliyyə vahidi (ŞMV) əsasında hesablanır. 1 ŞMV-nin məbləği 4 manat müəyyən olunub. Bu baxımdan fiziki şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan ən aşağı inzibati cərimə 3 ŞMV, yəni 12 manatdır.

Bununla belə, bəzi inzibati xətalar üçün cərimə məbləği ayrıca sabit rəqəmlə müəyyən edilir. Məsələn, sürət həddinin 10–20 km/saat aşılmasına görə tətbiq olunan cərimə 10 manatdır. Bu da onu göstərir ki, praktikada tətbiq edilən ən aşağı cərimələrdən biri məhz bu məbləğdir.

İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə görə maksimum cərimələr aşağıdakı kimidir:

– fiziki şəxslər üçün – 5 000 manat;

– vəzifəli şəxslər üçün – 10 000 manat;

– hüquqi şəxslər üçün – 50 000 manat.

Bu məbləğlər əsasən ciddi ictimai təhlükə yaradan inzibati xətalara görə tətbiq olunur. Məsələn, Xəzər dənizinin sahilboyu zolağından qanunsuz istifadə, terrorçuluğun maliyyələşdirilməsi və s.

Azərbaycan hökumətinin hər il Milli Məclisə təqdim etdiyi dövlət büdcəsi zərflərində yer alan rəsmi məlumatların təhlili göstərir ki, cərimə və müxtəlif maliyyə sanksiyalarından büdcəyə daxil olan vəsait son 15 ildə kəskin dəyişib.

Məsələn, 2010-cu ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 33,1 milyon manat daxil olmuşdusa, növbəti illərdə bu rəqəm sürətli şəkildə artmağa başlayıb:

– 2011-ci ildə 109,4 milyon manata;

– 2012-ci ildə 164,1 milyon manata;

– 2013-cü ildə isə 271,7 milyon manata çatıb.

2016-cı ildə cərimələrdə büdcəyə 377,2 milyon manat daxil olub. Bundan sonra müəyyən azalma olsa da, 2016-cı ildə tarixin ən yüksək göstəricisi qeydə alınıb. Həmin il dövlət büdcəsinə cərimə və sanksiyalardan 377,2 milyon manat daxil olub. Ümumən deyə bilərik ki, 2010-2016-cı illər cərimə və maliyyə sanksiyalarından dövlət büdcəsinə daxilolmaların sürətlə artdığı dövr olub. Lakin 2017-ci ildən etibarən tamamilə fərqli tendensiya müşahidə edilib. Əgər 2016-cı ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 377,2 milyon manat daxil olmuşdusa, növbəti il bu göstərici 211 milyon manata düşüb. Yəni cəmi bir il ərzində dövlət büdcəsinə köçürülən vəsait 166,2 milyon manat və ya 44 faiz azalıb.

Azalma sonrakı illərdə də davam edib:

– 2016 – 377,2 milyon manat;

– 2017 – 211 milyon manat;

– 2018 – 152,5 milyon manat;

– 2019 – 129,7 milyon manat;

– 2020 – 38,9 milyon manat;

– 2021 – 41,7 milyon manat;

– 2022 – 37,5 milyon manat;

Son 10 ildə cərimələrdən büdcəyə 1 milyard 619 milyon manat vəsait daxil olub

2023-cü ildən etibarən yenidən artım başlayıb. Belə ki, 2023-cü ildə dövlət büdcəsinə 85,9 milyon manat daxil olub. 2024-cü ildə isə bu göstərici artıq 380,1 milyon manata yüksəlib. Bu məbləğə 2025-ci il üzrə 166 milyon 992 min manat təşkil edib. Maliyyə Nazirliyinin 2026-cı il üzrə proqnozuna görə, bu il həmin məbləğ 12 faiz azalacaq və 149,1 milyon manat civarında olacaq.

Ümumlikdə qeyd edək ki, rəsmi statistik göstəricilərə görə, 2016-2025-ci illər ərzində dövlət büdcəsinə cərimə və maliyyə sanksiyalarından ümumilikdə təxminən 1 milyard 619 milyon manat vəsait daxil olub. Orta hesabla son 10 ildə dövlət büdcəsinə hər il 161,9 milyon manat cərimə və maliyyə sanksiyalarından vəsait daxil olub.

ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya şərhində bildirib ki, cərimələr hesabına nəyəsə nail olmaq mümkün deyil: “Bu yolla iqtisadi problemləri həll etmək mümkün deyil. Yüksək cərimələr biznesin fəaliyyətini çətinləşdirir, sahibkarların xərclərini artırır və nəticədə qiymətlərin bahalaşmasına səbəb olur. Bu isə iqtisadi aktivliyin zəifləməsi ilə nəticələnir”.

“Bu, əslində cərimə iqtisadiyyatı modelidir. Belə model Avropanın bəzi ölkələrində də mövcuddur. Həmin ölkələrdə iqtisadi göstəricilərin zəifləməsinin əsas səbəblərindən biri məhz həddindən artıq tənzimləmə mexanizmlərinin tətbiqidir. Azərbaycanda da artıq aşırı tənzimləmə iqtisadiyyatı boğan əsas amillərdən birinə çevrilib”, – deyə iqtisadçı bildirib.

N. Cəfərlinin sözlərinə görə, iqtisadi fəallığın artırılması üçün dövlət tənzimləmələri mərhələli şəkildə liberallaşdırılmalı, biznes üzərindəki inzibati yük azaldılmalıdır. O hesab edir ki, həm vergi yükünün, həm də cərimələrin azaldılması sahibkarlığın inkişafına, investisiya mühitinin yaxşılaşmasına və iqtisadi canlanmaya müsbət təsir göstərə bilər.

Maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda inzibati hüquq pozuntularının tənzimlədiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 608 maddə mövcuddur və onların böyük hissəsində pul cəriməsi nəzərdə tutulur. Hazırda bu maddələrin təxminən 500-ə yaxını pul cəriməsi tətbiq edilə bilən inzibati xətaları əhatə edir. Sözügedən cərimələr yol hərəkəti qaydalarının pozulması, ictimai asayişin pozulması, ticarət və xidmət qaydaları, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə tətbiq olunur.

Region ölkələri ilə müqayisədə bizdə cərimələrin sayı olduqca yüksəkdir. Məsələn, Gürcüstanda inzibati qanunvericilikdə təxminən 300 maddə mövcuddur və onların təxminən 250-yə yaxını pul cəriməsini nəzərdə tutur. Ermənistanda isə inzibati xətalarla bağlı qanunvericilikdə təxminən 290 maddə var və onların 220–230-u pul cəriməsi ilə nəticələnə bilər. Türkiyədə isə 200-dən çox inzibati pozuntu üzrə pul cəriməsi tətbiq olunur.

Daha böyük hüquq sisteminə malik dövlətlərdə isə bu rəqəmlər təbii olaraq daha yüksəkdir.

– Məsələn, ABŞ-də federal və ştat qanunlarının çoxluğu səbəbindən 1000-dən çox inzibati cərimə var.

– Almaniyada inzibati hüquq pozuntuları müxtəlif sahə qanunları ilə birlikdə 1000-ə yaxındır.

– Çində müxtəlif dövlət qurumlarının qəbul etdiyi normativ aktlara görə, 900-dən çox inzibati cərimə mövcuddur.

– Fransada isə müxtəlif qanunlar üzrə 700-ə yaxın inzibati cərimə nəzərdə tutulur. Yaponiyada bu rəqəm 600-dən çox, İtaliyada isə təxminən 600-ə yaxındır./Azpolitika.info

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO

Next

İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA

Xəbər lenti

  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv