Dünya Ermənistan ordusunda 150 hərbçi koronavirusa yoluxdu By Vüsal Rafiqoğlu 29.03.2021 1 Min Read Ermənistan ordusunda 150 hərbçidə COVID-19-a yoluxma aşkar edilib. ARANTV.AZ unikal.org-a istinadən bildirir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin hərbi tibb idarəsinin rəisi Saak Ohanyan məlumat verib. Ohanyanın sözlərinə görə, 150 hərbçi koronavirusa yoluxub, 10 hərbçi isə virusdan ölüb.