Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Bir Vətən sevdalısının hünər dolu ömür yolu

By Vüsal Rafiqoğlu
02.04.2021 3 Min Read

Şanlı zəfərimizlə başa çatan Vətən müharibəsində cənnətməkan yurd yerimiz olan Qarabağın  yağı pəncəsindən xilasında Lerik rayonundakı Hovil kəndində dünyaya göz açan İmaməli  Elman oğlu İbrahimov da böyük hünər göstərdi.

Canından artıq sevdiyi  doğma Azərbaycanının  ərazi bütövlüyünün bərpası yolunda uca və müqəddəs şəhidlik zirvəsini fəth edəndə ömrünün ən gözəl, şirin cağlarını – 25-ci ilini yaşayırdı. Fəqət, həyat  yolu  qısa oldu, Vətəni, xalqı üçün elə bir fədakarlıq göstərdi ki, paklıq, saflıq dünyasına dönərək əbədi olaraq milyonların ürəyinə köçdü.

Vətən naminə yaşamaq İmaməlinin taleyinə yazılmışdı.  Həm də  düzlük, halallıq və qurub-yaratmaq vurğunu olan atası Elman kişinin el-obanın sevincini, ağrı-acısını ürəyində yaşatmaqla pillə-pilə ucaldığını  görür. İnsanlığın zinəti  sayılan atanın bu munis dəyərləri  oğlunu Vətəninə daha sıx bağlayır.  Odur ki, orta məktəbi bitirən İmaməlinin birinci amalı xalqına fayda vermək olur.  Təmiz, ülvi duyğularla müstəqil həyata qədəm qoyan yeniyetmə oğlanın gördüyü işlər tez də  yerini insanlar arasında mötəbər edir. Halal əməyi, müqəddəs arzuları, xeyirxah əməlləri  başqalarına işıq olsa da, özü dığaların əsarətində qalan Qarabağın ağrılarına dözə bilmir.  2013-ci ildə  Vətənin daşına, torpağına, havasına, suyuna qurban deyib düşməndən qisas almaq məqsədilə  həqiqi hərbi xidmətə gedir.

Bəli,  İmaməli ön xətdəki hərbi hissələrin birində nümunəvi qulluğu ilə seçilir.  Lap kiçik yaşlardan qəlbinə hakim kəsilən Vətən  sevgisi, torpaq məhəbbəti onu əsgərlərin, komandirlərin yanında başıuca edir. Cəsarəti, səmimiyyəti, saflığı da öz yerində.  Həmişə Qarabağın  taleyini düşünən igid əsgər  bütün  təlimlər zamanı  yüksək rəşadət, şücaət göstərir, hərbin sirlərinə  mükəmməl yiyələnir. Beləcə, köksündə əsl qəhrəman ürəyi daşıyan  İmaməli  yağı düşmənlə  Vətənin haqq işi uğrunda döyüşə hazırlaşır…

İmaməli Vətən qarşısında borcunu verib doğma kəndinə qayıdır. Bir  müddət dinc əməklə məşğul olur. Həyata ağıllı nəzərlərlə baxır, gördükləri elin, yurdun mənafeyi naminə yönəlir.  Bu saf ürəkli cavan oğlanı hamı sevir, onun mərdliyinə, insanpərvərliyinə qibtə edirlər. Bütün bu sevgilər içində İmaməli isə Vətən torpaqları azad görmək  arzusu ilə yaşayır.  Ürəyindəki istək  onu  yenidən ordu sıralarına qaytarır. İmtahan və təlimlərdən uğurla  keçib  MAXE kimi  cəbhə bölgəsinə yollanır.  Nümunəvi xidməti ilə fərqlənir, həm də  əsgər yoldaşlarına təlqin edir ki,   Vətəni, torpağını qorumağı, onların yolunda canından keçməyi hər bir övlad özünə şərəf işi  saymalıdır.

27 sentyabr 2020-ci il  tarixdə Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək  Azərbaycan Ordusunun cəbhə boyu yerləşən mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, müxtəlif artilleriya qurğulardan  intensiv atəşə tutur.  Azərbaycan Ordusu əks-hücum əməliyyatların başlayır.  Canında  vətənpərvərlik, yurd sevgisi qaynayan  İmaməli  ilik gündən düşmənlə ölüm-dirim savaşına girir və  Vətən torpağının hər qarışı naminə son  damla qanına qədər  döyüşməyinə and içir. Bir-birindən ağır müharibə meydanlarında  erməni dığaları  igid Vətən oğlunun  sarsıdıcı zərbələri  qarşısında dayana bilmirlər. İtki verə-verə  döyüş mövqelərini tərk edərək qaçırlar.  Hər dəfə  azad olan torpaqları görəndə  İmaməlinin qollarına yeni güc gəlir,  qələbələr naminə heç nədən qorxmadan irəli gedir.  Cəbrayıldan Laçına qədər şərəfli bir döyüş yolu keçir.  Düşmən neçə-neçə savaşın əsl qəhrəmanı olan kiçik çavuş  İmaməlinin ürəyini  noyabrın 8-də Laçında nişan alır. İgidin   şəhadəti   Azərbaycanın  şanlı qələbəsi olur.  Bununla  İmaməli  böyük bir xalqın, millətin  qürur yerinə çevrilir.  Dövlət də öz qəhrəman oğlunu şərəfli ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”  Cəbrayılın, Qubadlının, Laçının azad olmasına görə medalları ilə təltif edir.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vətən üçün yaşanılan ömürlər unudulmur..

Next

Polkovnik Aprel döyüşlərinin Vətən müharibəsinin sınağı olduğunu söyləyib

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv