Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

“Aprel döyüşlərindən böyük qələbəyə gedən yollar” adlı tədbir keçirilib

By Vüsal Rafiqoğlu
04.04.2021 2 Min Read

Tariximizin şanlı səhifələrindən olan 2016-cı ilin Aprel döyüşlərinin beşinci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.
ARANTV.AZ  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, beş il öncə Ermənistan silahlı qüvvələrinin intensiv təxribatlarına cavab olaraq başlanılan Aprel döyüşlərində qazandığımız qələbə dövlətimizin və ordumuzun qələbəsidir. Xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin qələbəsidir.
Bu qələbə ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir… Biz bu əməliyyatlar nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda – Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını uzaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır”.
“N” hərbi hissəsində keçirilən “Aprel döyüşlərindən böyük qələbəyə gedən yollar” adlı tədbirdə bu barədə daha ətraflı məlumat verilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Aprel döyüşlərindən sonrakı beş il ərzində ordu quruculuğu sahəsində ardıcıl olaraq aparılan uğurlu islahatlardan, ordunun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, silah və texnikaların modernləşdirilməsi, intensiv keçirilən təlimlərin keyfiyyətinin yüksəldilməsi, peşəkar hərbçi kadrların yetişdirilməsi, dünya ordularının təcrübəsindən səmərəli şəkildə istifadə olunması, şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığının müntəzəm olaraq yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət problemlərinin həlli, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının artırılması və bütün bunların nəticəsində 2018-ci ildə “Günnüt zəfəri”nin qazanılması, 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində düşmən təxribatlarının qarşısının mətinliklə alınması və nəhayət 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə barədə ətraflı danışıb.
Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli gənc zabit Şəmsi Kazımlı çıxış edərək bu gün də Ali Baş Komandanın Azərbaycan uğrunda əmrlərinə hazır olduqlarını bildirib.
Respublikanın Xalq artisti Samir Cəfərov və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən Müzəffər Ali Baş Komandana sədaqəti, şəhidlərimizin xatirəsinə ehtiramı, ordu-xalq birliyini və Azərbaycan əsgərinin şücaət və qəhrəmanlıqlarını tərənnüm edən vətənpərvərlik mahnılarının və şeirlərinin ifası ilə tədbirə yekun vurulub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Düşmənin Cəbrayılın Horovlu kəndini erməniləşdirmə üsulu – FOTO

Next

AQTİ peşəkar konsultasiya xidmətləri təklif edir

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv