Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Ermənistan Azərbaycan dövləti minatəmizləmə ilə bağlı problem yaradır

By Vüsal Rafiqoğlu
05.04.2021 3 Min Read

Aparıcı dövlətlər, beynəlxalq humanitar və insan hüquqları təşkilatları, habelə onların Azərbaycandakı nümayəndələri bu məsələyə diqqəti daha çox yönəltməlidirlər

İşğaldan azad edilmiş ərazilər uzun illər Ermənistan tərəfindən sistemli qaydada, Vətən müharibəsi dövründə isə xaotik şəkildə minalanıb. Ərazi hətta “barıt çəlləyi”ni xatırladır. Bu baxımdan vətəndaşlarımız azad edilmiş ərazilərdəki mina təhlükəsinin səviyyəsini aydın dərk etməli və onun mümkün fəsadlarını anlamalıdırlar. İnsanlar azad edilmiş ərazilərə qanunsuz ziyarətlərdən çəkinməlidirlər. Onlar mina təhlükəsi məsələlərinə dair maarifləndirmə və minalardan təmizləmə ilə əlaqədar fəaliyyətə dəstək olmalıdırlar. Çünki Qarabağda minalanmış yerlər geniş coğrafiyanı əhatə edir. Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə icazəsiz getməməlidirlər.

ARANTV.AZ xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a müsahibəsində deyib.

Mina təhlükəsi məsələlərinə dair maarifləndirmə tədbirlərinə toxunan hərbi ekspert vurğulayıb ki, 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü əhalimizin məlumatlandırılması və dünya ictimaiyyətində mina probleminin qlobal təhlükə olması ilə bağlı təsəvvür formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, otuz illik işğal dövründə və müharibə zamanı ərazini total şəkildə minalayan Ermənistanın həmin ərazilərin xəritələrini təqdim etməməsi, bu ölkənin Azərbaycan tərəfinin daha çox insan itkiləri verməsinə çalışması, müharibəni bu üsulla davam etdirməsi – bütövlükdə bu fəaliyyət erməni faşizminin növbəti təzahürüdür. Təcavüzkar ölkə minaladığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə yeni formada müharibəni, terror siyasətini davam etdirir. Ermənistan revanşizmdən, terrorizm üsullarından əl çəkməli, Azərbaycanla konstruktiv əməkdaşlığı öyrənməlidir.

Ə.Verdiyev Prezident İlham Əliyevin bu məsələ barədə fikirlərini də xatırladıb: “Əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər”.

Hərbi ekspert vurğulayıb ki, Ermənistan Azərbaycan dövləti və dinc əhali üçün minalama ilə bağlı problem yaradır. Odur ki, bu ölkə minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir. Aparıcı Qərb dövlətləri, beynəlxalq humanitar və insan hüquqları təşkilatları, habelə onların Azərbaycandakı nümayəndələri bu məsələyə diqqəti daha çox yönəltməlidirlər.

Məlumat verilib ki, Ermənistan ordusu son iyirmi beş ildə yüz kilometrlərlə uzanan cəbhə xəttində taktiki cəhətdən sıx və eşalonlu müdafiə yaratmaq üçün çoxsaylı qoşun və resurslara malik olmaması səbəbindən əsas zirehli qüvvələrini Azərbaycanın hücumu ehtimal olunan istiqamətlərdə cəmləşdirməyə üstünlük vermişdi. Müdafiə zolağının “açıq” qalan əraziləri isə minalarla bağlanırdı. Ermənistan ordusu Qarabağda əsasən Sovet istehsalı olan tank əleyhinə “TM-62”, piyada əleyhinə “PMN-2” və yerli istehsal “PMN-E” minalarından istifadə edib. Ermənistanın bu günədək mina sahələrinin xəritələrini Azərbaycan tərəfinə təqdim etməməsi təmizləmə prosesini bir qədər də uzadır. Hava şəraitinin təsiri altında minaların zamanla sıradan çıxması və mina sahələrinin “yenilənməsi” də ərazilərdə mövcud olan mina sıxlığının artmasına səbəb olan faktorlardandır. 10-20 santimetr dərinliyində basdırılan minaların, iqlimin təsiri ilə bəzən 35 santimetr dərinlikdə aşkarlanmasına da rast gəlinir. Bəzi sursatların isə torpaqlarda daha dərinə nüfuz etməsi də təmizləmə prosesinin sürətinə mənfi təsir göstərir.

“Ermənistanın yerləşdirdiyi bu minalar böyük faciə yarada bilir. Odur ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları insanların həyatlarını təhlükədən qorumaqla bu sahədə qəhrəmanlıq göstərirlər. “Humanitar minatəmizləmə” konsepsiyasına diqqət yetirsək, minatəmizləmə prosesinin mürəkkəb və uzunmüddətli proses olmasını daha yaxşı anlayarıq. Minatəmizləmə ilə əlaqədar xarici ölkələrin təcrübələrinə baxsaq görərik ki, bu iş uzunmüddətlidir və Azərbaycan dövləti prosesin sürətli və keyfiyyətli aparılması üçün bütün imkanları səfərbər edir. Vətəndaşlarımız da dərk etməlidirlər ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi çətin işdir, təhlükə və risklərlə doludur. Bölgənin inkişafının və rifahının, əhalinin öz yerlərinə qayıdışı üçün minadan təmizlənmə prosesi mühüm əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa prosesinə minalar böyük çətinliklər yaradır. Odur ki, mən vətəndaşlarımızı səbirli və təmkinli olmağa dəvət edirəm. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi olduğu üçün insanların minalanmış ərazilərə qanunsuz və icazəsiz səfərləri barədə niyyətlərinin qarşısı alınmalıdır”, – deyə Ə.Verdiyev vurğulayıb.

Ekspert əlavə edib ki, hazırda bu çətin və şərəfli peşəni yerinə yetirən və minaların zərərsizləşdirilməsi işi ilə məşğul olan istehkam bölmələrimizin şəxsi heyəti çətin iqlim şəraitində fasiləsiz olaraq çalışmaqdadır. Onların əsas məqsədi minatəmizləmə proseslərinin ən qısa müddətdə tamamlanması və əhalimizin mümkün qədər tez ata-baba yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir. Dövlətimiz bunun üçün hər şey edir. Lakin ərazi və iqlim baxımından ərazilərin tam təmizlənməsi normativlərdən daha çox zaman tələb edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər distant təhsilə keçir

Next

Fəxrəddin Altun Bakıya gəlir

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv