Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycana qarşı ballistik raket zərbələri beynəlxalq humanitar hüququn ciddi pozuntusudur

By Vüsal Rafiqoğlu
06.04.2021 2 Min Read

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının işğaldan azad olunmuş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi tədbirləri zamanı “İskəndər” operativ-taktiki kompleksinə daxil olan raketin qalıqlarının tapılması Ermənistan tərəfindən törədilmiş növbəti müharibə cinayətinin əyani sübutudur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev parlaq qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsinin ilk günlərindən bəyan etmişdi ki, ordumuzun bölmələri döyüş meydanında beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirərək, ciddi şəkildə beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə riayət edir.

Təəssüf ki, işğalçı Ermənistanın silahlı qüvvələri “Cenevrə hüququ” kimi tanınan 12 avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul olunmuş iki Əlavə protokolunu total formada pozmuşdur.

Məlum olduğu kimi, “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini  qadağan edir və bu cür əməllər  müharibə cinayəti kimi qiymətləndirilir. “Cenevrə hüququnun” digər fundamental müddəası I saylı Əlavə Protokolun 35-ci maddəsində nəzərdə tutulub. Həmin maddəyə əsasən, hər hansı silahlı münaqişədə onun tərəflərinin müharibənin aparılmasının vasitələri və üsullarını seçmək hüququ məhduddur. Lüzumsuz xəsarətlər və ya artıq iztirablara səbəb olan silah, mərmi, maddələrdən və döyüş üsullarından istifadə etmək qadağandır. Həmçinin yeni növ silahlar, vasitələr və ya müharibə üsulları inkişaf etdirilərkən, əldə edilərkən və ya silahlı qüvvələr tərəfindən qəbul edilərkən, onların beynəlxalq humanitar hüquqa və Əlavə Protokolun iştirakçılarına münasibətdə tətbiq edilən digər beynəlxalq müqavilələrə uyğun olması mütləqdir və bu qayda I saylı Əlavə Protokolun 36-cı maddəsində nəzərdə tutulub.

“İskəndər” tipli raketlərin ölkəmizə qarşı tətbiqi həmçinin beynəlxalq humanitar hüququn ən fundamental prinsiplərindən olan mütənasibliyi kobud şəkildə pozur. Həmin prinsip I saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin “b” bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyan vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasıb olmayan hücumlar qadağandır.

Beləliklə, beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə əsasən, ballistik raketlərdən, yəni irimiqyaslı məhvedici radiusa malik olan partlayıcı vasitələri daşıyan raketlərdən, mülki əhalinin yaşadığı zonada, hətta hərbi hədəflərə qarşı tətbiqi, qeyd edilən “Cenevrə hüququnun” ən ciddi pozuntuları sırasına daxildir. Beynəlxalq humanitar hüquqda hədəfləri fərqləndirməyən, mülki əhali ilə legitim hərbi hədəfləri ayıra bilməyən, mütənasiblik prinsipini pozan silahların tətbiqi birmənalı qadağan olunur.

Mülki əhali və kombatantların, yəni münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan hərbi heyətin fərqləndirilməsi və mütənasiblik dövlətlərin təcrübəsində beynəlxalq silahlı münaqişələrdə tətbiq olunan beynəlxalq adət hüququnun normaları kimi tanınır. Beləliklə, Ermənistan tərəfindən “İskəndər” tipli raketlərin Azərbaycana qarşı tətbiqi həm beynəlxalq humanitar hüququn, həm də beynəlxalq adət hüququnun ciddi pozuntusudur və nəticə etibarı ilə müharibə cinayətidir.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru  

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xudatda 8 mindən çox şəxsə peyvənd vurulub

Next

Millət vəkili: “Vaksinasiya barədə sənədlərin saxtalaşdırılması cinayətdir”

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv