Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İlham Əliyevin beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir

By Vüsal Rafiqoğlu
14.04.2021 2 Min Read

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir. Müxtəlif ölkələrin informasiya platformalarında tədbirlə bağlı 100-dən çox xəbər verilib. Eyni zamanda, tədbir iştirakçısı olan beynəlxalq mərkəzlərin nümayəndələri və bir sıra ekspertlər də sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin regionun gələcəyinə, inkişaf perspektivlərinə, qonşularla münasibətlərə və digər aktual məsələlərə dair səsləndirdiyi fikirləri paylaşıb, həmçinin buna münasibət bildiriblər.

AZƏRTAC xəbər verir ki, qardaş Türkiyənin “Anadolu Ajansı”, “Yeni Haber”, “Sözcü”, “Demirören Haber Ajansı”, “Mynet”, “Gazete Vatan”, “Yeni Şafak”, “Haber Global” kimi aparıcı KİV-ləri Azərbaycan Prezidentinin çıxışına dair çoxsaylı materiallar, o cümlədən videoxəbərlər hazırlayaraq yayımlayıblar.

Azərbaycan Prezidentinin bölgədəki mövcud vəziyyət haqqında açıqlamaları, Cənubi Qafqazın gələcəyinə dair fikir və mülahizələri, əhatəli şərhləri Rusiya mətbuatında da geniş yer alıb. ТАСС, “REGNUM”, “РИА Новости”, “Вестник Кавказа”, “Взгляд”, “News.ru”, “Lenta.ru”, MKRU, “Коммерсант”, “Eurasia Daily”, Газета, РБК, “РОСБАЛТ”, “360”, “Федеральное Агенство Новостей”, “Life”, RT, “Известия”, “Вести”, “Независимая Газета”, “Федеральное Агенство Новостей” kimi informasiya agentlikləri, televiziya və qəzetlər dövlət başçısının çıxışına istinadla konfrans haqqında geniş informasiyalar veriblər.

İlham Əliyevin konfransdakı çıxışı Ukraynanın “Ukrinform”, “RBK Ukrayna” informasiya agentlikləri, “GORDON”, “Segodnya”, “Korrespondent”, “Dialog”, “asmedia.kiev.ua”, “GuildHall”, “24tv.ua”, “News.ua”, “Espreso”, RBC.ua, “Газета”, “Деловая Столица”, “112 Ukraine” və digər informasiya mənbələrində də geniş işıqlandırılıb. Ukrayna və rus dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin çıxışındakı bir sıra fikirlər xəbər başlıqlarına çevrilib.

“Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans qonşu Gürcüstanda da KİV-in marağına səbəb olub. Bu ölkənin “report.ge”, “interpress.ge”, “24news.ge”, “kvira.ge”, “aktual.ge”, “ghn.ge”, “accentnews.ge”, “1tv.ge”, “KavkazPlus” və digər portalları Prezident İlham Əliyevin konfransdakı çıxışından bəzi məqamları oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində çatdırıblar.

Azərbaycan Prezidentinin nitqi Bolqarıstanın “Focus-News”, Livanın “IMLebanon News”, Misirin “Aldiplomacy”, Pakistanın “Urdu Point”, Hindistanın “United News of India”, Moldovanın “Noi.md”, Belarusun “Charter97”, Litvanın “Slaptai”, Qırğızıstanın “turktoday.info” media qurumları tərəfindən də ətraflı işıqlandırılıb.

Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışından bir sıra məqamlar sosial şəbəkələrdə geniş paylaşılıb. Məsələn, konfransın Türkiyədən olan iştirakçıları Hasan Ünal və Ahmet Uysalın, habelə Pakistanın Qlobal Strateji Elmlər Mərkəzinin tvitlərində tədbirin əhəmiyyəti, Azərbaycan Prezidentinin çıxışındakı nüanslar vurğulanıb.

Bundan başqa, bir sıra xarici ekspertlərin də dövlətimizin başçısının çıxışı ilə bağlı fikirləri diqqəti cəlb edir. ABŞ-dan olan beynəlxalq ekspert Piter Teyz ümumilikdə tədbiri beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərliyinin baxışının və ədalətli, dəyişməz siyasətinin növbəti nümayişi kimi dəyərləndirib.

Macarıstanın ingilis dilində yayımlanan “Daily News Hungary” internet resursunun yaradıcısı Alpar Kato isə Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda səsləndirdiyi fikirlərlə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi nailiyyətləri sülhə çevirmək, həmçinin qazanılmış hərbi qələbəni regionda sabitliyin və rifahın təmin olunması kimi nəcib məqsədlərə yönəltməyə sadiqliyini nümayiş etdirdiyini deyib.

Qeyd edək ki, ilk dəfə olaraq Prezident İlham Əliyevin rəsmi “YouTube” kanalında və “Facebook” səhifəsində canlı yayım formatında təqdim olunan konfransa “Facebook” səhifəsində 120 971 nəfər baxıb, 23 276 nəfər bəyənib və şərh. Həmçinin “YouTube” kanalında konfransa 16 795 baxış olub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Fransanın ARTE telekanalı “Dağlıq Qarabağ: kövrək sülh” adlı veriliş yayımlayıb – VİDEO

Next

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq – RƏSMİ + VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv