Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir

By Vüsal Rafiqoğlu
14.04.2021 2 Min Read

Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda Belçikanın Avropa Siyasəti Mərkəzindən Amanda Polun sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

“Səmimi danışsaq, mən münaqişə dövründə Avropa İttifaqının ciddi tənqid olunduğunu görməmişəm. Nə mən özüm, nə də qurumlarımızdan heç biri Avropa İttifaqını Avropa İttifaqı olaraq tənqid etməmişik. Avropa İttifaqı Şurasının prezidenti müharibə vaxtı mənə telefonla zəng etdi. O, baş verənlərlə bağlı narahatlığını ifadə etdi, biz müzakirə apardıq, mən onu vəziyyətlə bağlı məlumatlandırdım. Bəli, Avropa İttifaqının bəzi aparıcı üzv dövlətləri ilə bağlı tənqidlər var idi. Lakin onlar müharibə vaxtı Avropa İttifaqının üzv dövləti kimi deyil, dövlət olaraq davrandılar. Ona görə də, Avropa İttifaqına gəlincə, indi Avropa İttifaqını kömək etmədiyinə görə tənqid edən Ermənistandır. Lakin Avropa İttifaqının necə kömək edə bilməsi böyük sual doğurur. Avropa İttifaqı oraya qoşunlarını göndərməli idi, ya necə? Mən bilmirəm.

Münaqişədən sonrakı inkişafda Avropa İttifaqının roluna gəlincə, mən artıq demişəm, biz Avropa İttifaqından yenidənqurma, qaçqınların yerləşdirilməsi ilə bağlı bizə necə kömək etmək istədiklərinə və ya planlaşdırdıqlarına dair, – əgər istəyirlərsə və ya planlaşdırırlarsa, – heç bir mesaj almamışıq. Bu, təkcə maliyyə resursları baxımından deyil, həm də metodologiya baxımından bizim üçün böyük iş olacaq. Biz heç vaxt belə vəziyyətə düşməmişik ki, yerlə-yeksan edilmiş əraziləri bərpa etməli olaq. Bunu necə planlaşdırmaq, hansı addımlar atmaq, addımları hansı ardıcıllıqla atmaqla bağlı məsləhət verən müəyyən beynəlxalq təcrübə ola bilər. Əlbəttə ki, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı hər hansı təchizat və ya kömək nəzərdə tutsa, biz minnətdar olarıq. Bundan əlavə, sizə deyə bilərəm ki, pandemiya ilə əlaqədar bizim Avropa İttifaqı ilə yeni razılaşma ilə bağlı danışıqlarımız bir qədər dondurulmuşdu. Mən artıq açıq şəkildə bildirmişəm ki, COVID bu və ya digər dərəcədə bitən kimi, vəziyyət daha sabit olan kimi biz danışıqlara yenidən başlayacağıq. Bu razılaşmanın böyük hissəsi artıq razılaşdırılıb, cəmi 7-8 faizi razılaşdırılmalıdır. Ona görə də, biz Avropa İttifaqı ilə sıx əməkdaşlığımızı davam etdirməyi planlaşdırırıq. Hətta müharibə zamanı və müharibədən sonra bizə hücum edən Avropa İttifaqının üzv dövlətlərinin bəziləri artıq münasibətlərində dəyişikliklər edib. Sizə deyə bilərəm ki, müharibədən sonra Avropa İttifaqına üzv cəmi bir ölkə var ki, onun xarici işlər naziri özünə Azərbaycan barədə çox uyğun olmayan fikirlər söyləməyi rəva görüb. Biz demək olar ki, səssiz qaldıq. Yalnız bizim Xarici İşlər Nazirliyimiz cavab verdi, çünki biz bu ölkədən çox “qorxurduq”. Mən sizə də bizə amansızcasına hücum edən bu ölkədən çox “qorxmağı” məsləhət görürəm. Mən bütün rəsmi şəxslərimizə dedim ki, səssiz qalsınlar, əks halda onlar gəlib bizi “işğal edərlər”. Bilirsiniz bu hansı ölkədir? Bu ölkə Lüksemburq adlanır. Sadəcə, müqayisə üçün sizə deyə bilərəm ki, bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Ona görə də, Lüksemburqun xarici işlər naziri yaxşı olardı öz qayğısına qalsın və bu eyhamlara son qoysun. Lakin bundan başqa, müharibədən sonra mənfi heç nə baş verməyib. Biz ümid edirik ki, Avropa İttifaqı bizim böyük tərəfdaşımız olmağa davam edəcək. Xüsusilə əvvəl qeyd etdiyim kimi, Avropa İttifaqının 9 üzvü ilə bizim strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatımız var”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər

Next

ÜST: Koronavirusdan ölümlər artıb

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv