Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Ramazan ayında qidalanmada nələrə diqqət etməliyik? Ekspertdən oruc tutanlara tövsiyə

By Vüsal Rafiqoğlu
14.04.2021 3 Min Read

Müqəddəs Ramazan ayına qədəm qoyuruq. Bu mübarək ayda oruc tutan hər kəsin orqanizmi təzələnir, saflaşır. Qan dövranı və maddələr mübadiləsində yaranan problemlər aradan qalxır. Tədqiqatlar sübut edib ki, Ramazan ayını bütünlükdə oruc tutmaq  orqanizmə yüngüllük gətirir, gərginliyi aradan qaldırır, diqqətin cəmlənməsinə kömək edir, zehni dağınıqlığa son qoyur, düşünmə və mühakimə qabiliyyətini möhkəmlədir, sakitlik və mənəvi rahatlıq verir.

Mütəxəssislər imsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində yumurta olan səhər yeməyinə qatıq, yulaf və çia toxumu əlavə edilərsə, toxluq hissi daha uzunmüddətli ola bilər. Meyvə, tərəvəz, vitamin və minerallarla zəngin olduğu üçün onların qəbulu mütləq vacibdir. Taxıl qrupu qidalar isə bütün vücudun, xüsusilə də beynin enerji ehtiyaclarını təmin etməyə kömək edir. Həmçinin süd, meyvə və tərəvəzlər də orqanizmin su ehtiyaclarını ödəməyə yardımçı olacaq. Çay və kofenin diuretik (sidik qovucu) təsirini nəzərə alaraq imsakda mümkün qədər az qəbul etməyə çalışın.

Həkim-fizioloqların məsləhətinə görə, hər kəs iftar süfrəsində ehtiyatlı olmalıdır. Hansı qidadan başlamalı, nə qədər və necə yeməli sualını öncədən düşünməlidir. İftar süfrəsindən doymamış qalxmaq sağlamlıq üçün əsas şərtdir. Təzə meyvələr, qoz, fındıq, badam ləpəsi, təmiz bal, meyvə quruları ilə qidalanma orqanizm üçün daha xeyirlidir. İftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Ac qarına, bütün günü dincələn orqanizmi qəfil ağır, çeşid-çeşid qidalarla yükləmək düzgün deyil. Dadlı, yağlı, ədviyyəli xörəkləri meyvə-tərəvəzlə əvəzləmək məsləhətdir. İftar süfrəsini elə hazırlamaq gərəkdir ki, yeməkdən sonra rahat yata biləsiniz. Səhər yeməyində duzlu, zəngin kalorili, yağlı pendirdən uzaq olmaq gərəkdir. Əksinə, süd, yumurta, qatıq kimi qidaların qəbulu orqanizmi gün ərzində lazımi maddələrlə təmin edəcək. Normadan çox qidalanma qanda şəkərin qəfil yüksəlməsinə və halsızlığa səbəb olur. Bunu nəzərə alıb iftarınızı xurma və ya zeytunla açın, üstündən 1 stəkan ilıq su için. Bu yolla 17 saat ac qalmış mədənizi yeməyə hazırlamış olursunuz. Şorba və tərəvəzlərdən ibarət salat yedikdən sonra əsas yeməyə keçməmiş bir qədər gözləyin. Bu bizə həm doyma siqnalını vaxtında hiss etməyə, həm də qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

Nutrisioloq-diyetoloq  Nura Hüseynova  “İki sahil”ə açıqlamasında bildirib  ki, oruc dini ibadətlə yanaşı orqanizm üçün sağlamlıqdır. Oruc tutmağın insan orqanizminə verdiyi faydalar danışmaqla bitməz.

Ekspert qeyd edib ki, insan oruc olduğu zaman gün ərzində qida qəbul etməməklə yanaşı sahur və iftarda da aşırı qida qəbul etməyib normada yeyərsə, daxili orqanlar,mədə-bağırsaq sistemi, böyrəklər öz fəaliyyətini normallaşdırar. Orqanizm toksik maddələrdən təmizlənər. Mədə turşusunun tənzimlənməsi nəticəsində həzm sistemi daha da aktivləşər. Bununla yanaşı, zehni və fiziki sağlamlığı bərpa olunur, insan gümrahlaşır. Sanki özünü 10 yaş cavanlaşmış kimi hiss edirsən. Oruc qanda xolestrolun səviyyəsini aşağı salır, damarlar genişlənir və qan dövranı sürətlənir. Dediyim kimi, orucun faydalarını saymaqla bitməz. Oruc tutan insanlara bir tövsiyəm var. Gün ərzində bədən susuz qaldığı üçün iftar yeməyi bitdikdən sonra imsaka kimi daha çox maye qəbul etməyə çalışsınlar. Bu, həm bədənin su ethiyatını balanslaşdırır, həm də çəkinin normaya düşməsinə səbəb olur.

Diyetoloq vurğulayıb ki, maddələr mübadiləsi gün ərzində istehlak olunan qidaları həzm etməklə məşğul olduğundan vücudumuzun müdafiə və immun sistemi zəifləyir. Oruc olan zaman isə həzm orqanları bu müddət ərzində istirahət edir və yenilənir. Xüsusilə fasiləsiz işləyən qaraciyərin qandakı ağ qan hüceyrələrinin performansı ilə istirahət etməsini təmin edən oruc, vücudumuzdakı hər orqanın ayrı-ayrılıqda istirahətini təmin edir və xəstəliklərə qarşı müqavimət göstərməsinə bilavasitə yardımçı olur. Adi günlərdə yediyimiz və içdiyimiz zərərli olan və olmayan  qidalardan yorulan qaraciyərimiz oruc tutulan zaman dincəlir, yenilənir, öz funksiyasını daha mükəmməl formada yerinə yetirir.

Hamilə və süd verən analar oruc tuta bilərmi?

Həmsöhbətimiz  bildirib ki, oruc imsak vaxtından gün batana qədər olan müddətdə yemək və içməkdən imtina etməkdir. Hamilə və süd verən qadının təxminən 16 saat ərzində heç bir şey yemədən, içmədən sağlam olması və körpəsinin ehtiyaclarını ödəməsi mümkün deyil. Hamiləlik və laktasiya dövründə qadınlar fizioloji cəhətdən çox vaxt zəif olurlar. Buna görə də ana hər 2-3 saatdan qidalanmalıdır. Oruc şəfa mənbəyidir və bundan faydalanmağa çalışın.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Təyəmmüm necə edilir?

Next

Prezident: Zəngəzur dəhlizi Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv