Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Maraqlı

Qəhvə haqqında maraqlı faktlar

By Vüsal Rafiqoğlu
20.04.2021 3 Min Read

Qəhvə əslində şərab deməkdir

Qəhvə XV əsrdə Yəməndə becərilib. Qəhvə sözü Yəməndə şərab deməkdir. Bir əsrdən sonra isə qəhvə İran, Misir, Suriya və Türkiyədə də becərilməyə başlanıb.

Efiopiyada qəhvəni keçilər aşkar edib

Əfsanəyə görə, keçi sürüsünü otaran çoban fikir verir ki, qəribə görünüşlü ağacın meyvələrini yeyən keçilər bütün gecəni ayıq qalır və heç gücdən də düşmür. O, bu əhvalatı rahiblərə danışır, onlar isə başa düşürlər ki, həmin meyvələri dəmləyib içmək və beləcə uzun müddət gümrah qalıb dua etmək olar.

İlk qəhvəxanalar Yaxın Şərqdə açılıb

Qəhvə yalnız evdə içilməyib, ictimai yerlərdə də qəhvə içilib.  İlk qəhvəxanalar Yaxın Şərqdə yaranıb. Qəhvəxanalar camaat arasında çox populyar olub.  Burada son şayiələri eşitmək, şahmat oynamaq və musiqi dinləmək olardı.

Qəhvə meyvə toxumudur

Döyülməmiş qəhvə dənələri əslində qəhvə meyvəsinin toxumlarıdır. Qəhvə meyvəsində adətən bir üzü yastı olan iki toxum olur. ABŞ Beynəlxalq Qəhvə Assosiasiyasına (NCA) görə, dünya üzrə qəhvə meyvələrinin yalnız 5 faizində toxum tək və lobya dənəsinə bənzər olur. İspaniyada belə qəhvə dənələrinə “balaca ilbiz” deyilir. Bu növ qəhvə dənələrinin emalını maşın yox, insanlar həyata keçirirlər. Bu növ qəhvənin incə dadı və güclü ətri olur.

Bəzi insanlar qəhvəni yeyirlər

İnsanlar qəhvəni adətən içir, lakin bəziləri onu həm də yeyirlər. Bəzi şirkətlər qəhvə meyvələrinin qalıqlarından üyüdüb şirniyyat məhsullarına, şokolada, çörəyə, souslara qatır. Növündən asılı olaraq, qəhvə dadı verməyən həmin əlavələrin gülə, sitrus meyvəsinə və ya digər meyvəyə bənzər qoxusu ola bilər.

Nəcisdən çıxan qəhvə

Palma pişiyi, yoxsa fil? Ən bahalı qəhvə bu heyvanlardan birinin bağırsaqlarından çıxmış qəhvə dənələrindən hazırlanır. “Kopi luvak” İndoneziyada palma pişiyinin nəcisindən çıxan qəhvə dənələrindən hazırlanan qəhvədir. Qəhvə meyvələri bu heyvanın bağırsağında fermentasiya olunduqdan sonra yığılıb satılır. Bahalı dükanlarda bu cür dənələrin 500 qramlıq kisəsinin qiyməti 700 dollara çata bilər. Tailandda isə Qara Fil Dişi qəhvəsi istehsal olunur. Bu qəhvə fillərin bağırsağından çıxan qəhvə dənələrindən hazırlanır. Qara Fil Dişi qəhvəsinin reseptinin müəllifi kanadalı Blake Dinkindir. Bu qəhvənin ABŞ-da 35 qramlıq kisəsi təxminən 85 dollara satılır.

Qəhvə faydalıdır…

Qəhvə antioksidantlarla zəngindir. Bu ilin əvvəlində aparılmış elmi tədqiqatın nəticələrinə əsasən, gündə 3 fincan qəhvə insanın ürək xəstəliyi və digər ağır xəstəliklərdən ölmək riskini azalda bilər. Bu araşdırma çərçivəsində Avropanın 10 ölkəsində yaşı 16-dan yuxarı olan 500 min insan  müşahidə olunub. Digər tədqiqat işlərində qəhvənin 2-ci tipli diabet və Alzheimer sindromu kimi xəstəliklərin riskinin azadılmasında rolu öyrənilib, lakin bu sahədə əlavə tədqiqatların keçirilməsinə ehtiyac var. Qəhvədəki kofein insana əlavə enerji verir, idmançıların atletik imkanlarını artırır.

Qəhvənin miqdarını bilməliyik

Qəhvənin stimullaşdırıcı xüsusiyyətləri onun həddən çox qəbul edilməsini riskli edir. Hamilə qadınlar qəbul etdikləri kofeinin miqdarını azaltsalar yaxşıdır, çünki kofein doğulan uşağın çəkisinin normadan az olmasına və ya uşaqsalmaya gətirib çıxara bilər. Britaniya həkimləri hamilə qadınlara gündə qəbul etdikləri kofeinin miqdarının 200 milliqramdan çox olmamasını məsləhət görürlər.

Qəhvə dənələri 2 cür olur: Arabica və Robusta.

Arabica növünün kökü Efiopiyada aşkar edilmiş qəhvə kollarına gedib çıxır. Həmin kollardan əldə edilən dadlı və ətirli qəhvə daha bahalıdır və dünya qəhvə istehsalının 70 faizini təşkil edir.

Robusta növündə isə kofeinin miqdarı təxminən ikiqat çox olduğundan bu qəhvənin dadında bir az acılıq hiss olunur. Bu növ qəhvədən həll olunan qəhvə tozunda və qarışıqlarda istifadə olunur. Bu cür qəhvə Mərkəzi və Qərbi Afrikada, İndoneziya və Vyetnam da daxil  Cənub-Şərqi Asiyada və Braziliyada yetişdirilir.

Bütün dünyada qəhvə “Qəhvə zolağı” zonasında becərilir…

Qəhvə 50-dən çox ölkədə yetişdirilir. Həmin ölkələrin hamısı Qəhvə zolağı adlandırılan zonada yerləşir. Həmin zona tropiklərdə yerləşərək Meksikadan Papua Yeni Qvineyayadək uzanır. Braziliya, Vyetnam və Kolumbiya  ən iri qəhvə istehsalçılarıdır.

Ən çox qəhvə isə Skandinaviyada içilir

ICO-nun məlumatına  görə, adambaşına ən çox qəhvə Finlandiyada içilir. Burada ildə adambaşına 12 kq qəhvə içirlər. Finladiyanın ardınca Norveç (9.9 kq), İslandiya ( 9 kq), Danimarka (8.7 kq) və İsveç (8.2 kq) gəlir. İtaliyada isə adambaşına ildə 5.9 kq qəhvə içilir.

Qəhvə və çay arasındakı seçim

Britaniya Qəhvə Assosiasiyası bildirib ki, gündə 2 milyarda yaxın fincan içilməklə qəhvə dünyada ən populyar içkidir. Lakin bu, ilk baxışdan belə görünür. Dünyanın iki ən çox əhalisi olan ölkəsi – Çin və Hindistanda – cay daha çox içilir. Qəhvəyə Şimali və Cənubi Amerika ölkələrində üstünlük verilirsə, Asiya və keçmiş Sovet İttifaqı ölkələrinin əksəriyyətində üstünlük çaya verilir. Britaniyanın Sheffield Universitetindən coğrafiyaşünas David Grigg hesab edir ki, müqayisə içilən litrlərlə aparılmalıdır. O qeyd edir ki, dünyada istehlak olunan qəhvənin çəkisi çayın çəkisindən 80 faiz artıq olsa da, bir fincan içkiyə 10 qram qəhvə tələb olunur, çay isə cəmi 2 qram sərf olunur. Riyazi hesablamalar göstərir ki, hər bir fincan qəhvə müqabilində dünyada 3 fincan çay içilir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“ƏDV geri al”: Həm əhali qazanır, həm də…

Next

Pandemiya Ramazan bayramına necə təsir edəcək?

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv