Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Saxta “erməni soyqırımı” yoxsa növbəti “hüquq soyqırımı”?…

By Vüsal Rafiqoğlu
26.04.2021 3 Min Read

Doğrudanmı “erməni soyqırımı” həqiqətdir? Tarixdə belə bir hadisə baş veribmi? Araşdırmalara əsaslanıb deyə bilərəm ki, belə bir məsələ siyasi riyakarlıqdır, bu, yalandır, uydurmadır. Ermənilərin və onların havadarlarının Türkiyəyə qarşı təzyiq və təhdid vasitəsidir. Bu cür saxta, qondarma olayı dünyaya bəyan etməklə həm qardaş ölkəni əsas məqsədindən–haqq-ədalətə yönələn siyasi mübarizəsindən çəkindirmək, beynəlxalq aləmdə baş verən haqsızlıqlar önündə susdurmaq, həm də erməni diasporunun, necə deyərlər könlünü xoş etməkdir.

Sonuncu fikrimi bir qədər də konkretləşdirmək istərdim. ABŞ prezidenti C.Bayden məlum qərəzli bəyanatı səsləndirməklə düşmən ölkənin diasporu qarşısında seçki kampaniyasında verdiyi vədə sadiqliyini nümayiş etdirib: ona maliyyə dəstəyi göstərilməsi, səs verilməsi müqabilində belə ədalətsiz, haqsız, tarixdə baş verməyən uydurma, qondarma hadisə mövzusunu gündəmə gətirib.

ARANTV.AZ  xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Deputat bildirib: “Əslində təxribat xarakterli bu iftira dünyada hökm sürən ikili standartların, insan haqları üzərindən çalın-çarpaz xətt çəkilməsinin, demokratiyanın, beynəlxalq hüququn ancaq sözdə ifadə edilməsinin göstəricisidir. Əgər belə olmasaydı, ABŞ prezidenti heç bir tarixi fakta, dəlilə əsaslanılmayan bu bəyanatı vermək əvəzinə, saxta soyqırımı araşdırmağa, erməni diasporunun canfəşanlığının həqiqətlə nə dərəcədə bağlı olmasını üzə çıxarmağa təşəbbüs göstərərdi. Eyni zamanda, C.Bayden Türkiyə iqtidarının Ermənistana həmin dövr hadisələrini araşdırmaq üçün dəfələrlə birgə komissiyanın yaradılması təklifini verdiyini, qarşı tərəfinin isə bundan yayındığı həqiqətini nəzərə alardı.

Bu qərəz, iftira illərdir ki, ermənilər tərəfindən siyasi alət kimi istifadə edilir, belə bir uydurma “soyqırımı faktının” dünya liderlərinin dilindən səsləndirilməsi üçün min bir oyundan çıxılır, hər cür şərəfsiz, ləyaqətsiz əmələ baş vurmaqdan belə çəkinilmir. ABŞ prezidentinin məsələyə dırnaqarası yanaşması isə yuxarıda vurğuladığım kimi, ikili standarlardan, erməni diaspor-lobbisinin təzyiq və təhdidindən irəli gəlir.

İkili standarlardan söz düşmüşkən, bir məqama xüsusi toxunmaq istərdim. Belə ki, ermənilərin “haqq işi” uğurunda mübarizəsinə daim dəstək verən ABŞ, Fransa və digər havadar dövlətlər insan haqlarının, beynəlxalq hüququn tərəfindədirlərslə, özlərini ədalət və demokratiya müdafiəçiləri hesab edirlərsə, niyə 30 ilə yaxın bir zaman ərzində Ermənistanın işğalçılıq siyasəti, qəsbkarlığı, vandallığı qarşısında ədalətli mövqe ortaya qoymayıblar? Nə üçün Xocalı soyqırımı barədə səslərini ucaltmayıblar, 44 günlük İkinci Qarabağ müharibəsində düşmən ölkəni beynəlxalq qanunlarla qadağan edilən silahlarla Gəncə, Bərdə, Tərtər və savaş bölgəsindən uzaq olan digər şəhər və kəndlərimizin onlarla sakinini qətlə yetirməsindən çəkindirməyiblər, bu cür insanlığa sığmayan faşist əməllərə siyasi qiymət vermək təşəbbüsü irəli sürməyiblər. Əslində, bunu o dövlətlərdən gözləmək də sadəlövhlük olardı. Çünki onlar tərəfindən bir dəfə də olsun belə, “24 aprel saxta soyqırımı” dövründə erməni faşistləri tərəfindən Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yaşayış məntəqələrində dəhşətli faciələr, əsl soyqırımı törədilməsi, 12 mindən çox türk-müsəlmanın öldürülməsi, hətta onların çoxunun meyitlərinin tapılmaması, 1988-ci ildə isə Ermənistanda yaşayan soydaşlarımızın deportasiya edilməsi faktları dilə gətirilməyib, erməni faşizm əməlləri susqunluqla qarşılanıb, laqeyd münasibət bəslənilib.

Deputat sonda bir məqama da toxunub. Bildirib ki, indiyədək heç bir beynəlxalq məhkəmə məkrli siyasətə yönləndirilən “erməni soyqırımı”nın tanınması barədə qərar qəbul etməyib. Bununla bərabər, bu “fakt” nə arxiv sənədləri ilə, nə kütləvi məzarlıqlarla, qətliamlarla təsdiqini tapmayıb. Amma, necə deyərlər, öz gözlərində tiri görməyib, özgələrdə qıl axtaran Ermənistanın havadarları olan supergüclər tərəfindən başqa xalqlara qarşı soyqırımı yaşadılıb. Məsələn, Türkiyəni “soyqırımı” törətməkdə ittiham edən ABŞ -ın Amerikanın yerli sakinləri olan hindulara qarşı törətdiyi faciələr tarixin ən qanlı səhifələri kimi hələ də unudulmayıb. Statistka digər dəhşətli faktları da unutmağa imkan verməyib: Bu dövlət Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kamboca və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1 milyon, Xirosima və Naqasakidə 350 min insanı qətlə yetirib.

İndi siz deyin, əlavə şərhə ehtiyac varmı?!.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Göygöldə gənc oğlan bıçaqlanıb

Next

Gürcüstan mətbuatı Azərbaycan siyasi partiyalarının ABŞ prezidentinin bəyanatına kəskin etirazından yazır

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv