Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan yeni gücləri regiona gətirir – Avropa ilə Asiyanı birləşdirəcək…

By Vüsal Rafiqoğlu
27.04.2021 3 Min Read

“Aprelin 26-da BMT-nin qərargahı Taylandda yerləşən Asiya və Sakit Okean üzrə iqtisadi və sosial komissiyanın iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxış edib. Bu tədbir Asiya və Sakit Okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması mövzusuna həsr edilmişdi”.

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Asiya və Sakit Okean hövzəsində olan Azərbaycana tərəfdaş ölkələri bu regional layihədə yaxından iştirak etməyə dəvət etməsi bir daha rəsmi Bakının Zəngəzur dəhlizi məsələsində nə qədər israrlı olduğunu göstərir:

“Dövlət başçısı öz çıxışında əvvəlcə COVİD-19 pandemiyasının dünyada yaratdığı fəsadlar və eyni zamanda ölkəmizdə bu çağırışlar qarşısında iqtisadi, sosial sahədə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verdi, eyni zamanda öz çıxışında özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması məqsədi ilə sosial, iqtisadi paketin ölkəmizdə təqdim edilməsi haqqında məlumat verdi. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Zirvə toplantısının təşəbbüskarı olub, həm də BMT Baş Assambleysanın dövlət və hökümət başçıları səviyyəsində xüsusi sessiyanın keçirilməsinə nail olub. Hazırda da Azərbaycan vaksinlərin qeyri-bərabər və ədalətsiz paylanılmasına və əldə edilməsinə qarşı çıxış edir, dünyada mövcud vaksinlərin 53%-nin 30-dan çox zəngin dövlət tərəfindən sifariş olunmasını rəsmi Bakı narahatlıqla qarşılayır.

Bununla yanaşı Prezident İlham Əliyevin çıxışının böyük hissəsi işğaldan azad olunan ərazilər və yaranmış yeni geosiyasi reallığa həsr olundu. Münaqişənin tarixi haqqında məlumat verən dövlət başçısı 1993-cü ildə  BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul edilməsini, lakin onların icra edilməməsini diqqətə çatdırıb. Bu da ikili standartların bariz nümunəsidir. Çünki Ermənistan tərəfinə heç bir təzyiq göstərilmədi, heç bir iqtisadi sanksiya tətbiq olunmadı və bunun nəticəsində ədalətsiz vəziyyət mövcud idi. Ermənistanın yeni torpaqlar uğrunda yeni müharibə hədəsi 2020-cı ildə müşahidə olunurdu. Həm iyul (Tovuz) hadisələri, eləcə də sentyabrda Azərbaycan ərazilərinə artilleriya hücumundan sonra Azərbaycan əks hücuma keçdi və əks hücum əməliyyatı Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə nəticələndi. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi və Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Ermənistan-Azərbaycan münaqişəsi sona çatdı, münaqişə tarixə qovuşdu.

Xarici ekspertlər Ağdam şəhərini Qafqazın Xirosiması adlandırılar. Bu məsələyə diqqəti çəkən dövlət başçısı işğal dövründə qəsdən mədəni və dini abidələrimizin vandalizmə məruz qalması, təhqir və qarət edilməsi məsələsinə də diqqət çəkdi. 60-dan çox məscid Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz təhqir olunub, orada inək və donuzlar saxlanılırdı. Hazırda Azərbaycanın qarşısında tamamilə dağıdılmış şəhər və kəndlərin bütün dini, mədəni abidələrin bərpası kimi yeni vəzifə dayanır və yenidənqurma prosesində müasir şəhərsalma konsepsiyasından istifadə olunacaq. “Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyaları bu ərazilərdə istifadəyə veriləcək. Geniş bir ərazidə yenidənqurma işlərinə start verilib. Azərbaycan xarici tərəfdaşları, dost dövlətləri bu yenidənqurma işlərinə investisiya cəlb etməkdə maraqlıdır. Qarşımızda olan növbəti milli prioritetlərlə bağlı eyni zamanda  sosial iqtisadi inkişaf da öz əksini tapır. Həm də müasir innovasiyalar məkanı, insan kapitalı, dayanıqlı inişaf və işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və yaşıl artım ölkəsi milli preoritetlərdə öz əksini tapıb. Yeri gəlmişkən, milli preoritetlər cari ilin fevralın 2-də “Gənclər günü”ndə Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənib. Bu da ölkəmiz qarşısında yeni vəzifələri müəyyən edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur ilə bağlı söylədiyi fikirlər Ermənistanda müəyyən mənada mənfi məcrada anlaşılır. Dövlər başçısının Azərbaycan Respublikasının Dövlət Televiziyasına müsahibəsi zamanı da “Biz Zəngəzura qayıdacağıq. Bu, ya sülh yolu ilə, ya da zor gücü ilə olacaq” tezisi də Ermənistanda müəyyən narahatlıq yaradıb. Sonra Ermənistanın baş naziri Nikol Paşinyan həmin əraziyə səfər etdi və orada da vətəndaşların neqativ rekasiyası və müxtəlif şüarları qarşılandı, rüsvay oldu.

Azərbaycan həm də Şimal-Cənub, Şimal-Qərb, Şərq-Qərb nəqliyyat dəhlizlərini regional bağlantı kimi istifadə edir. Bu yerləşdiyimiz mühüm geosiyasi və geostrateji regionda avantajlardan istifadə etmək və ölkəmizə iqtisadi dividentlər qazandırmaq mənasında iqtisadiyyatı daha da dayanıqlı edir. Və Azərbaycan Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olan Zəngəzur nəqliyyat dəhlizi üzərində çalışır. Bu, həm də 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində öz əksini tapıb. Eyni zamanda, 2021-i ilin yanvarın 11-də Moskvada imzalanmış üçtərəfli bəyanatın 2, 3, 4-cü bəndlərini də bir başa özündə ehtiva edir. Şərq-Qərb dəhlizi həm də Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Prezident İlham Əliyev məhz Asiya və Sakit Okean hövzəsində olan Azərbaycana tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə və bu layihədə yaxından iştirak etməyə dəvət edib. Bu da bir daha rəsmi Bakının bu məsələdə nə qədər israrlı olduğunu göstərir və tezliklə layihənin istifadəyə verilməsi məqsədlərini ortaya qoyur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Baloğlan Əşrəfov niyə xəstəxanaya yerləşdirilməyib?

Next

Beş qurum İnvestisiya Holdinqinin tərkibindən çıxarıldı – FƏRMAN

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv