Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

“RangeRover”i dayanacaqda saxlayıb xanıma söz atdı, saxlanıldı – Təfərrüat

By Vüsal Rafiqoğlu
28.04.2021 3 Min Read

Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Ramin Alıyev küçədə tanış olduğu Səbinəni (ad şərti verilib – red.) döyüb.

ARANTV.AZ  teleqraf.com-a istinadən bildirir ki, Ramin Alıyev “RangeRover” markalı avtomobili avtobus dayanacağının qarşısında saxlayıb və dayanacaqda avtobus gözləyən Səbinəyə idarə etdiyi avtomobillə Günəşli qəsəbəsinə getməyi bildirib, sonra isə əxlaqsız təkliflər edib.

Bu zaman Səbinə ona sərt cavab verib. Bundan əsəbləşən Ramin avtomobildən düşərək Səbinəyə yaxınlaşıb və onu nalayiq sözlərlə təhqir edib, şillə ilə ağız nahiyəsindən vurub.

İstintaq orqanı tərəfindən Raminin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İfadə verən Ramin elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, hadisə baş verən günü axşam saatlarında dostu ilə görüşü olub: “Saat 23.00-da “Range Rover” markalı avtomobillə dostumu “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında düşürdüm. Sonra yolumu davam etdirdim. Yəni yaşadığım Köhnə Günəşli qəsəbəsi istiqamətində hərəkət etdim.

Xətai rayonu, Sarayevo küçəsi ilə hərəkətdə olarkən “Bakı” kinoteatrının yaxınlığında avtobus dayanacağında bir qız gördüm. Həmin qız tək idi. Qız xoşuma gəldiyi üçün tanış olmaq istədim. Onu əvvəllər tanımamışam. Avtobuslar Günəşli istiqamətində hərəkət etdiyi üçün fikirləşdim ki, həmin qız da Günəşliyə gedə bilər. Ona görə qıza Günəşliyə aparmağı təklif etdim.

Lakin həmin qız sözlərimə çox sərt reaksiya verdi. Məni söyüb təhqir etməyə başladı. Mən də onu söyüb təhqir etdim. Daha sonra qız sakitləşmədiyi üçün avtomobildən düşərək yanına getdim. Dayanacaqda bir az dartışdıq. Əsəblərimi cilovlaya bilmədim, şillə ilə qızın sifətindən vurdum”.

Raminin sözlərinə görə, oradan aralanıb və avtomobilinə əyləşərək yaşadığı ünvana yola düşüb: “Sonradan polislər tərəfindən saxlanıldım. Polis idarəsində mənə məlum oldu ki, qızın adı Səbinədir. Səbinə ilə aramızda mübahisə təxminən 2-3 dəqiqə çəkdi. Əməlimdən peşman olmuşam. Onunla barışmağa cəhd etmişəm. Amma razılıq olmayıb. Ailəliyəm, bir azyaşlı uşağım var. Bağışlanmağımı istəyirəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinənin sözlərinə görə, 5 ildən yuxarıdır “Bazarstore” supermarketində kassir vəzifəsində işləyir: “Hər gün saat 12.00-da işə gəlirəm və saat 23.00-da işdən çıxaraq 40 saylı marşrut avtobusu ilə yaşadığım Xətai rayonu, General Şıxlinski küçəsinə gedirəm.

Baş verən hadisə günü, saat 23.00-da işdən çıxaraq evə getmək üçün iş yerimin yanında olan sərnişin dayanacağına gəldim. Dayanacaqda sərnişin kimi məndən başqa heç kim yox idi. Dayanacağın yanında siqaret və su satılan köşkdə adını bilmədiyim, lakin üzdən qiyabi tanıdığım kişi dayanmışdı. Onun yanında iki nəfər tanımadığım şəxs dayanaraq köşkdə işləyən kişi ilə söhbət edirdilər. Həmçinin dayanacağın arxa tərəfindən 5-6 metr ara məsafəsində meyvə-tərəvəz satılan mağazanın satıcısı, küçədə mağazasının qarşında iş görürdülər.

Bu zaman avtobus dayanacağının qarşısında qara rəngli “Range Rover” markalı avtomobil dayandı. Avtomobilin sürücüsü içəridən mənə baxmağa başladı. Əvvəl fikir vermədim. Sonra o, mənə “gözəl, həyalım, Günəşliyə gedirsənsə, gəl otur, avtomobilə səni də aparım” dedi. Yenə də ona fikir vermədim və heç bir söz demədim”.

Səbinə qeyd edib ki, həmin şəxs ona avtomobilə oturmağı dayanmadan təklif etdiyi üçün əlində sübut olsun deyə mobil telefonu ilə videoçəkiliş etməyə başlayıb: “Bu zaman avtomobilin sürücüsü mənə dedi ki, nə səni yeyərəm, gəl otur maşına. O, məni əxlaqsız qadın kimi qəbul etdi. Bu sözlər mənə çox pis təsir etdiyindən ona “get ananı, bacını ye”, – deyə bildirdim.

Həmin şəxs ünvanıma söyüşlər söydü. Ona getməsini, yoxsa hərəkətləri barədə polisə məlumat verəcəyimi dedim… O isə cavab olaraq, mənə söyüşlər söyməyə başladı. Avtomobildən düşərək üstümə hücum etdi, sağ əli ilə ağız nahiyəmə zərbə endirdi. Zərbədən alt dodağım partladı və ağzımın içinə qan gəldi”.

Səbinə qeyd edib ki, həmin şəxsi özündən kənarlaşdırmaq üçün itələyib və barəsində polisə şikayət edəcəyini deyib: “O isə mənə bildirdi ki, boğazını üzərəm, get hara isəyirsənsə, şikayət et. Bundan sonra avtomobilin qeydiyyat nişanını mobil telefonla çəkdim. Həmin şəxs isə avtomobilinə minərək getdi. Bu müddətdə kənardan münaqişəyə heç kim müdaxilə etmədi.

Mənə xəsarət yetirən şəxsi əvvəllər tanımamışam. Polis idarəsində onun Ramin adlı şəxs olduğunu bilmişəm. Ramin Aliyev ilə barışmamışam və onu bağışlamıram”.

Raminin barəsində olan cinayət işi Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılıb.

Ramin 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistan region üçün təhdiddir – Mustafa Şentop

Next

Şəhid zabitin həyat yoldaşı: “Medallarına baxanda siması gözlərimdə canlanır” – FOTO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv