Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Vüqar Rəhimzadə: Ölkə Prezidenti bir daha Ermənistanda baş qaldıran revanşist qüvvələrə çirkin əməllərindən əl çəkmək xəbərdarlığını etdi

By Vüsal Rafiqoğlu
28.04.2021 3 Min Read

«44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizlə  öz sahiblərinə qovuşan torpaqlarımız bu gün sevincli günlərini yaşayır. Artıq 30 ilə yaxın dövrdə bu ərazilərdə  ermənilərin dağıntılarını, vəhşiliklərini yenidənqurma və bərpa işləri əvəzləyir. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın  Cəbrayıl və  Zəngilan rayonlarına  növbəti səfərləri də bir sıra obyektlərin təməlinin qoyulması ilə yadda qaldı. Torpaqlarımızda başlanan yeni həyat  30 ilə yaxın qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın Böyük Qayıdışının tezliklə gerçəkləşəcəyinə inamı daha da artırır. Zəngilanda birinci «Ağıllı kənd» layihəsinin təməlinin qoyulmasını Böyük Qayıdışın məhz bu gün başlanması kimi dəyərləndirən Prezident İlham Əliyev bütün kəndlərin, yaşayış məntəqələrinin bərpa olunacağını  bildirdi.  Zəngilan-Horadiz avtomobil yolunun təməli qoyuldu. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.  Zəngilanda, həmçinin beynəlxalq hava limanının təməli qoyuldu. Zəngilan beynəlxalq hava limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Bu hava limanı  işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Birinci beynəlxalq hava limanının inşası Füzuli rayonu ərazisində uğurla davam etdirilir. Qeyd edək ki,  Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolağının bu il istismara verilməsi nəzərdə tutulur.»

Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V. Rəhimzadə bildirib ki, yenidənqurma və bərpa işlərində əsas istiqamətlərdən biri  dini və tarixi  abidələrimizin bərpasıdır. Ermənilər  bu abidələrimizi yerlə-yeksan etməklə  tariximizi silməyə, onları özününküləşdirməyə səy göstərmişdilər. Amma zaman göstərdi ki, bu dağıntılar tarixi silmək iqtidarında deyil. Dost ölkələrin şirkətləri bu prosesə də cəlb edilib. Artıq  Zəngilan məscidinin bərpasına başlanılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirmişdir. Həmçinin   binanın  bərpası,  o cümlədən, bu ərazidə yeni məscidin tikilməsi ilə bağlı təkliflər və layihə hazırlanıb.

Diqqəti  Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bəyanatlara yönəldən  V.Rəhimzadə bir daha Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə göstərdiyi şücaətdən, qəhrəmanlıqdan bəhs edib: «Rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ  müharibəsində bir an belə geri çəkilmədi.  44 günün  hər  günü tariximizə  Zəfər günü kimi yazıldı. Ermənistan silahlı qüvvələri ordumuzun gücünün, qüdrətinin qarşısında  geri çəkildi, hərbi texnikalarını, silah sursatı qoyub qaçdılar. Bu gün dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan  Hərbi Qənimətlər Parkında  Azərbaycan ordusunun məhv etdiyi və  qənimət kimi götürdüyü  texnikalar  ziyarətçilərə təqdim olunur. Bu park, ümumilikdə,  Azərbaycan Ordusunun hansı çətinliklər, qəhrəmanlıqlar sayəsində torpaqlarımızı işğaldan azad etdiklərinin  təqdimatıdır.  44 gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilmədilər.  Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu   məhz bu istiqamətdən – Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açdı. Hazırda  müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Sərhədçilərimiz  işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib.»

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə  elə bir dərs verib ki, tarix boyu yaddan çıxarmaq imkanında deyillər» söyləyən V.Rəhimzadə  bu məqamı da xüsusi vurğulayıb ki, əfsuslar olsun Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də ölkəmizə  qarşı ittihamlarla çıxış edərək, ərazi iddiası irəli sürürlər: «Ölkə Prezidenti İlham Əliyev  Ermənistanda baş qaldıran revanşist qüvvələrə xəbərdarlıq edir ki,  bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. O da vurğulandı ki, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək.»

Baş redaktor  daha sonra  vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşsa da Vətən müharibəsinin qarşıdakı dövr üçün perspektivləri geniş müzakirə olunur.  İkinci Qarabağ müharibəsi  texnoloji inkişaf baxımından bir yenilik kimi dəyərləndirilir. Bu gün dünyanın inkişaf etmiş ölkələrində  Azərbaycanın müharibə təcrübəsi də öyrənilir və təqdir edilir. Ermənistana havadarlıq edən dövlətlər ikili siyasətlərinə son qoyub 44 günün dərsindən nəticə çıxarsalar Azərbaycanın yaratdığı yeni əməkdaşlıq mühitindən bəhrələnər, regionda və dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə və daimi olmasına dəstək olarlar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“COVID-19 bu xəstələrdə bir çox hallarda ölümlə nəticələnir” – Həkim

Next

Əti nə üçün yumaq olmaz?

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv