Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Ramazan tətilində hamının gözlədiyi bu qadağa ləğv ediləcək? – RƏSMİ AÇIQLAMA

By Vüsal Rafiqoğlu
04.05.2021 2 Min Read

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

ARANTV.AZ xəbər verir ki, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Belə olan təqdirdə rayonlara gediş-gəliş zamanı avtobuslarla bağlı qadağanın aradan götürülməsi geniş müzakirə olunan məsələlərdəndir. Bayram günlərində vətəndaşların kütləvi şəkildə rayonlara üz tutacağını nəzərə alaraq belə bir qərarın verilməsi böyük maraqla qarşılanır.

Mövcud vəziyyəti dəyərləndirən yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov BAKU.WS-ə deyib ki, vətəndaşlar rayonlara üz tutarkən əsasən mikroavtobus və minik taksilərindən istifadə edirlər: “Yaxşı olardı ki, Ramazan tətilində kütləvi şəkildə rayonlara üz tutacaq vətəndaşlar üçün ciddi şərtlərlə daşımalara da icazə verilərdi.

Düzdür, bu işin bir tibbi tərəfi də var ki, buna da diqqət yetirilməlidir. Misal üçün şəhərdaxili ictimai nəqliyyatda həddən artıq sıxlıq var və heç bir məsafə gözlənilmir. Həkimlər bunu belə izah edir ki, şəhərdaxili daşımalarda səyahət müddəti az olur. Avtobuslardan istifadə zamanı 30 dəqiqə müddət keçirsə, rayonlara səfər zamanı bu, bir neçə saat təşkil edir”.

Ekspert hesab edir ki, rayonlara avtobusla daşımalar zamanı məsafəyə əməl etmək olar: “Şəhərdaxili avtobuslarda çiyin-çiyinə, burun-buruna və kürək-kürəyə gedilirsə, rayonlara səfər zamanı belə hal olmur. Hər bir sərnişin öz oturacağında əyləşir, bundan əlavə avtobus bir müddətdən sonra saxlayır və salondakı havanı dəyişmək mümkün olur. Bunu qrafik şəklində də tənzimləmək olar və avtobuslar üçün qaydalar hazırlana bilər.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, rayonlara səfərləri təşkil edənlər arasında taksilər var ki, onlar gün ərzində bir neçə dəfə reys həyata keçirirlər. Onlar mənzil başına tez çatmaq üçün avtomobillərini sürətlə idarə edirlər. Elə sürücülər var ki, misal üçün gün ərzində Gəncəyə 4 dəfə reys edir. Bu çox təhlükəli haldır. Nazirlər Kabinetinin də qərarı var ki, sutka ərzində 8 saatdan çox avtomobil sürmək çox təhlükəlidir. Hətta hər iki saatdan bir fasilə olmalıdır.

Ramazan tətilində mövcud vəziyyəti nəzərə alaraq rayonlara avtobusların sərnişin daşımasını müəyyən şərtlərlə bərpa etməsi çox yaxşı olardı”.

7 günlük tətil müddətində avtobuslarla bağlı qadağanın ləğv edilmə ehtimalının olub-olmamasını dəqiqləşdirmək məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) ilə əlaqə saxladıq. Qurumundan BAKU.WS-ə qeyd edildi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən ilin martda qəbul etdiyi qərar necədirsə, o cür də davam edir: “Rayonlara gediş-gəliş tətillərə, digər günlərə baxmır. Ötən il verilən qərarda hələlik heç bir dəyişiklik yoxdur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tanınmış bloqer Azərbaycanda dünyanın ən bahalı avtomobillərindən birini test edib – VİDEO

Next

Fransa Misirə 30 qırıcı verir – Kreditlə

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv