Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan mövqe savaşına başlayıb – Geri addım atmaq olmaz

By Vüsal Rafiqoğlu
06.05.2021 3 Min Read

Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbə ilə 30 illik işğala son qoymaqla yanaşı, ATƏT-in Minsk Qrupunun illər boyunca bacarmadığı beynəlxalq hüququ və tarixi ədaləti bərpa etmiş oldu. 

Tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayan Qrupa 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq etməyə başlayıb. MQ-nin həmsədr üzvləri olan hər üç dövlət dünyanın düzənini, bu gününü, sabahını, gələcəyini təyin edən güc mərkəzləri hesab edilir. Lakin təəssüf ki, bu güclər Qrupdakı fəaliyyətləri çərçivəsində humanizm, ədalətlilik prinsiplərini tamamilə unutdular. Buna sübut olaraq 7 ay öncəyə kimi təxminən 30 ilə yaxın həllini tapmayan Dağlıq Qarabağ problemini göstərmək olar. Ermənipərəst mövqedə duran qurumun fəaliyyətsizliyi nəticəsində BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etmələri barədə qətnamələri, bir çox beynəlxalq təşkilatların qərar və göstərişləri kağız üzərində qaldı, əməl olunmadı və bundan Ermənistan daha da azğınlaşdı, yeni təcavüzkarlıq planlarına əl atdı.

Lakin Azərbaycan dövləti, xalqı və Ordusu böyük iradə, qətiyyət, birlik nümayiş etdirərək tarixi ədaləti bərpa etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirərək erməni təcavüzkarlarını işğal etdikləri ərazilərdən çıxardı, müasir dünyada gücün qanundan daha vacib olduğunu göstərdi, regionda yeni reallıq yaratdı. Hətta Almaniya kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında videomüraciəti zamanı Qarabağdakı kimi münaqişələrdən qaçmaq üçün beynəlxalq hüquqa əməl olunmasının vacibliyini vurğulamaqla güc faktorunun nə qədər önəmli rola sahib olduğunu göstərərək dolayısı ilə Azərbaycanın haqlı mövqeyini müdafiə etdi deyə bilərik. Çünki dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət olmadığı qanunlar yerini gücə buraxır.

Amma bu gün Azərbaycan daha önəmli mərhələyə – postkonflikt dövrünə qədəm qoyub. Artıq güc amili yerini ağıl, zəka, manevr, iradə ilə əvəz etməyə başlayıb. İndi rəsmi Bakı daha ağıllı, daha uzaqgörən, daha inamlı addımları ilə 44 günlük savaşdakı qələbəni möhkəmlətməklə düşmənə əzələ nümayiş etdirməlidir. Bunun üçün Azərbaycan ilk növbədə onun haqlı mövqeyini müdafiə edən dövlətlərlə müxtəlif sahələr üzrə əməkdaşlığa xüsusi önəm verməlidir. Necə ki, biz bunun faydasını 44 günlük müharibənin gedişində açıq-aşkar müşahidə etdik. Ermənistanın (BMT TŞ) qətnamələrin tələblərinə əməl edəcəyinə dair bütün ümidlərinin üstündən xətt çəkdiyini anlayan rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının (qətnamələrinin) tələblərini yerinə yetirməklə erməni təcavüzkarlarını işğal etdikləri ərazilərdən çıxarmaq üçün tarixi ədaləti bərpa etməyə çalışdığı bir vaxtda ardı-arası kəsilməyən təzyiqlərlə üz-üzə qaldı. 2020-ci ilin oktyabr ayının 19-da BMT-də Azərbaycanın maraqlarına uyğun olmayan sənəd qəbul etməyə hazırlaşdığı bir vaxtda bunun qarşısını məhz dünyada BMT-dən sonra ən böyük təşkilat sayılan, 120-dən çox üzvü olan Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın Vətən müharibəsindəki haqlı savaşının yanında olmaqla aldılar. Və beləcə üzv dövlətlərin ölkəmizi dəstəkləməsi siyasi arenalarda da söz sahibliyini daha da gücləndirdi.

Azərbaycan özü öz müqəddəratını həll edirsə, Minsk qrupu kimə və nəyə lazımdır?

Bu barədə ATƏT fikirləşməli və qəti qərara gəlməlidir. Əgər bu qrup sülhməramlı tədbirlərə qoşulub neytral mövqe tutaraq xalqlar arasında qarşılıqlı münasibətlərin yaradılmasına xidmət etmək istəyirsə, o vaxt rəsmi Bakı onların fəaliyyətini dəstəkləyə bilər. Bunu etmək əvəzinə II Qarabağ müharibəsi müddətində və ondan sonra Ermənistanın təcavüzkar siyasətinə açıq dəstək verən Fransa höküməti ədalət prinsiplərini ayaq altına atacaq qərarlar, bəyanatlar verməyə davam edərsə, rəsmi Bakının Minsk Qrupuna olan etimadını daha da sarsıda bilər. Bunu nəzərə alan Kreml həmsədr ölkələrdən biri kimi heç vaxt olmadığı qədər Azərbaycan-Ermənistan Dağlıq Qarabağ probleminin həlli yolunda təmkin nümayiş etdirdi. Təbii ki, bunun da ən əsas səbəblərindən biri bu gün dünyada güclənən Türkiyə faktorudur ki, bu amil Azərbaycanın da əlini getdikcə gücləndirir. Ankara və Bakının bu gün paralel addımlaması isə düşmənlərimizi, bizi gözü götürməyənləri belə hələ uzun müddət bizimlə hesablaşmaq məcburiyyətində qoyacaq kimi görünür.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İranla ABŞ arasında gərginlik yarandı – Bu videoya görə

Next

Tüfeyli həyat tərzi keçirənlər saxlanılıb

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv