Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

“Caliber”dən növbəti təhlil: Paşinyan başını itirib – VİDEO

By Vüsal Rafiqoğlu
27.05.2021 2 Min Read
Görünür, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan sadəcə özünə, emosiyalarına və fəaliyyətlərinə nəzarəti itirib. Sərhəddəki məlum hadisələr isə onun hakimiyyətdə qalma siyasətinin əsas rıçaqına çevrilir.Bu barədə “Caliber” Youtube layihəsinin növbəti təhlilində qeyd olunub.

Videoda qeyd olunur ki, müharibədəki acınacaqlı məğlubiyyətdən sonra özünə gələn Nikol Paşinyan Moskvanı “çoxvektorluluq”la açıq şəkildə təhdid edir.

Nikol Paşinyan bunu əslində Rusiyanın təhlükəsizlik zəmanəti əsasında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onun “Azərbaycanın aqresiyası” ilə bağlı müraciətlərinə kifayət qədər operativ reaksiya verməməsi, təşkilatın digər üzvlərinin Azərbaycanı kəskin tənqid edən açıqlamalarla çıxış etməməsi ilə izah edir.

Lakin bu zaman da Ermənistanın KTMT-ya üzv digər iki ölkə Tacikistan və Qırğızıstan arasındakı toqquşmalara heç bir şəkildə reaksiya vermədiyini xatırlatmaq yerinə düşür. Görünür, Nikol Paşinyan həmin epizodun əhəmiyyət baxımından heç cür Ermənistan üçün yaranmış təhlükə ilə uyğun gəlmədiyini düşünür.

Paşinyan həmçinin KTMT-nin əvvəlki kimi passiv davranacağı, daha doğrusu tərəfləri birbaşa danışıqlar aparmasına təkid edəcəyi halda BMT TŞ-ya müraciət edəcəyini deməklə, Moskvanı küncə sıxışdıracağını düşünür.

“Caliber” qeyd edir ki, İrəvan həmçinin sərhəd münaqişəsini beynəlxalq səviyyəyə çıxarmaqla yenidən regiona sülhməramlı göndərməyə hazır olan Makron kartını oynamağa çalışır. Lakin elə Parisdə də gözəl anlayırlar ki, Cənubi Qafqazda bu və ya digər şəkildə başqa bir NATO ölkəsi Türkiyə ilə üz-üzə gəlməli olacaqlar. Bu isə Emmanuel Makron üçün qətiyyən arzuolunan deyil.
“Caliber” həmçinin vurğulayır ki, Ermənistanı müharibədə total darmadağından xilas edən Rusiya sülhməramlıları İrəvanın Zəngəzurda gərginliyi artırmağa davam edəcəyi halda olduqca çətin vəziyyətdə, sözün əsl mənasında iki tərəfin atəşi altında qala bilər.

Bunu isə Moskvada çox gözəl anlayırlar. Qarşıdan gələn seçkilərdə öz maraqlarını güdən Nikol Paşinyan hətta KTMT ideyasını belə ləkələməyə çalışır.

“Caliber” bildirir ki, Nikol Paşinyanın Moskvaya qarşı yeni təhdidlərinin başqa bir səbəbi də var. Belə ki, Moskvada FTX tərəfindən Ermənistandakı seçki prosesini maliyyələşdirən erməni biznesmenlərlə görüş keçirilib. Erməni biznesmenləri bir araya toplamaq elə də çətin olmayıb. Çünki onların əksəriyyəti eks-prezident Robert Koçaryan tərəfindən hədiyyə olunmuş silahların sahibi kimi Rusiya DİN-in qeydiyyatındadır. Həmin görüşdə Moskva erməni biznesmenlərə siyasi cəhətdən düzgün davranış qaydalarını xatırladılıb.

Sonda isə “Caliber” Paşinyanın əlində daha bir kartın olduğunu göstərir – hərbi vəziyyət elan etmək və seçkiləri təxirə salmaq.

Ətraflı videoda:

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rekord isti il gözlənilir

Next

Bu tarixlərdə şənbə və bazar günləri ictimai nəqliyyat və metro işləyəcək

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv