Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qlobal pandemiya şəraitində beynəlxalq əməkdaşlığın gücləndirilməsində Azərbaycanın rolu

By Vüsal Rafiqoğlu
03.06.2021 2 Min Read

Bu gün Birləşmiş Millətlər Təşkilatı qlobal problemləri müzakirə etmək iqtidarında olan yeganə beynəlxalq təşkilatdır. COVİD-19 pandemiyası onu göstərdi ki, dünya ölkələrinin virusla mübarizəni təkbaşına milli səviyyədə təşkil etmələrinə baxmayaraq, beynəlxalq əməkdaşlıq, məsləhətləşmələr və qarşılıqlı dəstək vasitəsilə problemin daha az zərərlə həllinə nail olmaq mümkündür.

2020-ci ilin mart ayından Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər və düzgün maliyyə təminatı, eyni zamanda qabaqçıl ölkələr tərəfindən tətbiq olunan müsbət təcrübənin öyrənilməsi nəticəsində  Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi kimi pandemiya ilə mübarizənin idarə olunması üzrə nümunəvi model nümayiş etdirdi.

Bu gün dünyanın qlobal səhiyyə siyasətində əsas məsələ insanların bütün səhiyyə infrastrukturundan bərabər istifadə edə bilməsini və onların sağlamlığının qorunmasında tibb elminin təsdiq etdiyi dərmanlara, vaksinlərə və digər preperatlara əlçatanlığı təmin etməkdir.

COVİD-19 pandemiyası ilə mübarizədə hələ ki, tövsiyyə olunan yeganə üsul vaksinasiyadır. Lakin, təəssüflər olsun ki, dünya əhalisinin böyük əksəriyyəti, xüsusilə azgəlirli ölkələr vaksinlərin əldə olunmasında, onların ölkəyə idxal edilərək insanlara çatdrıılmasında böyük çətinliklərlə üzləşirlər.

Beynəlxalq hesabatlara əsasən bu günə qədər dünyada istehsal olunan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşüb.

Hətta elə ölkələr də mövcuddur ki, onların vaksin təminatı bilərəkdən bir çox böyük dövlətlər tərəfindən siyasiləşdirilərək müəyyən şərtlər qarşılığında verilir. Bu da beynəlxalq konvensiyanın qaydalarına ziddir.

Bununla bağlı ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Baş katibi Antonio Qutereş vaksinlərin ədalətli bölgüsü ilə bağlı kəskin mesajlar ötürərək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə humanistliyini nümayiş etdirərək bu məsələyə dair ən mötəbər kürsülərdən bir sıra təşəbbüslərlə çıxış edərək fikirlər səsləndirib.

Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri olaraq Cənab Prezidentin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupu yaradılaraq videokonfrans formatında Zirvə görüşü keçirildi. Həmçinin, regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev 2020-ci ilin noyabr ayında zəruri təşəbbüslə çıxış etdi və bunun nəticəsində 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyası keçirildi.

Onu da qeyd edim ki, belə zamanlarda milli diplomatiyamız da humanist məramları ilə seçilir. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmiz tərəfindən Özbəkistan, Çin Xalq Respublikası, Ukrayna, İtaliya, Macarıstan, Bosniya və Herseqovina olmaqla 30-dan artıq dövlətə humanitar yardım göstərilib. Eyni zamanda Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü formada 5 milyon dollar həcmində ianə ayırıb.

Azərbaycan və onun lideri hər zaman ədalətin bərqərar olmasına çalışaraq beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində bərabərlik prinsipinə əsaslanan birgə qərarların qəbul olunması üçün bu gün də böyük əzmkarlıq və fəallıq nümayiş etdirməkdədir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şəmkir yol polisindən növbəti reyd: Ondan çox sürücü cərimələndi – FOTO

Next

Ərdoğan YAP nümayəndə heyətini qəbul edəcək

Xəbər lenti

  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv