Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Kəlbəcərdəki terror hadisəsinə dünya ekspertləri münasibət bildirdi – VİDEO

By Vüsal Rafiqoğlu
07.06.2021 3 Min Read

Kəlbəcər rayonunda jurnalistlərimizin minaya düşərək şəhid olması ilə nəticələnən terror hadisəsinə dünya ölkələrinin ekspertləri də münasibət bildiriblər. Onlar Ermənistanı, törətdiyi terror hadisəsini qınayan bəyanatlar səsləndiriblər. Bildiriblər ki, dünya ictimaiyyəti tərəfindən ciddi addımlar atılmalı, Ermənistan etdiyi əmələ görə qınanmalı və təcili şəkildə minalanmış ərazilərin xəritələrini təqdim etməlidir.

ARANTV.AZ XƏZƏR TV-yə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirərkən şəhid olan jurnalistlərimiz haqqında xarici ölkələrin ekspertləri də sosial şəbəkələrdə münasibət bildiriblər.

”Minalanmış ərazilərin xəritəsinin olmaması Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına da təsir göstərir. Bunu Rusiyalı ekspert, tarix elmləri namizədi Natalya Yeryomina Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olmasını şərh edərkən deyib. O bildirib ki, mina sahələrinin xəritəsi olmadan ərazini stabilləşdirmək və regionda əlaqələrin bərpa olunması yönündə irəliləmək mümkün olmayacaq. Ekspert Ermənistanın mina xəritələrini verməməsini ciddi problem adlandırıb. “Minalanmış ərazilərin xəritəsinin olmaması Rusiyanın sülhməramlı missiyasına da təsir edir. Rusiya tərəfi öz tapşırıqlarını yerinə yetirə bilmək üçün minalar barədə məlumatları almaqda maraqlıdır”.-deyə ekspert əlavə edib.

İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə Fransa rəhbərliyinin mövqeyi hər kəsə bəllidir. Lakin fransız deputat heç də ölkə rəhbərliyi kimi düşünmür. Fransanın deputatı Xanım Frederik Düma özünün Tvitter heabında etdiyi paylaşımında bildirib ki, Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini tələb etməlidir. O şəxsi səhifəsində bildirib ki, “İkisi jurnalist olmaqla 3 mülki şəxs Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olub. İstər Ermənistanda, istərsə də Azərbaycanda mülki şəxslər münaqişə girovu olmamalıdır. Hər iki tərəf beynəlxalq hüquqa əməl etməlidir.Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minaların basdırıldığı ərazilərdə yerləşmə xəritəsini verməsini tələb etməlidir”

Birtərəfli mövqe sərgiləyən Bayden administrasiyasından fərqli olaraq ABŞ-ın “South Five Strategies” yəhudi təşkilatının prezidenti Ceyson Epşteyb də digər ekspertlərlə eyni fikirdədir. Onun sözlərinə görə, dünya ictimaiyyəti bu təhlükənin aradan qaldırılması üçün çox az iş görüb, nəticədə 120-yə yaxın Azərbaycan vətəndaşı həyatını itirib. Ceyson Epşteyb bildirib ki, Bayden administrasiyası Ermənistanın mina xəritələrini təhvil verməsi ilə bağlı məsuliyyət daşıdığını bəyan etməlidir ki, günahsız insanların ölümünün qarşısı alınsın.

İkinci Qarabağ müharibəsində daima yanımızda olan Pakistan jurnalistlərimizə qarşı törədilən terror hadisəsində də dəstəyini əsirgəməyib. Pakistanlı ekspert Xalid Taymur Əkrəm terror hadisəsilə bağlı münasibət bildirib. Onun sözlərinə görə Ermənistan dövlət səviyyəsində terrorçuluq və təxribatla məşğul olmağı dayandırmır. Dünya ictimaiyyəti dərhal bu faciəyə reaksiya göstərməlidir. Ekspert bildirib ki,bütün dünya ermənilərin və onların vəhşiliklərinin əsl üzünü gördü. Ona görə də dünya nəhayət, susqunluğunu pozmalı, Ermənistan barəsində ciddi tədbirlər görməli, ölkə rəhbərliyinə təzyiqlər göstərməlidir ki, minalanmış ərazilərin xəritəsini versin. Bunu humanitar baxımdan etmək lazımdır. Bu aspektdə Azərbaycanla qonşu ölkələrin, müttəfiqlərin səy göstərməsi vacibdir.-deyə ekspert əlavə edib. Onun fikrincə, əsas problem ondan ibarətdir ki, Ermənistanın əməlləri əvvəlki kimi regionda təhlükəsizliyə təhdid törədir və bu ölkə öz beynəlxalq öhdəliklərini yerinə yetirmir.

Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın britaniyalı professoru Taras Kuzio da terror hadisəsilə bağlı açıqlama verib. O bildirib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avropa Şurası və ATƏT-in parlament assambleyalarında qaldırılmalı və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi pislənilməlidir.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“And içirəm ki, özümü güllələyərdim. Belə həyat kimə lazımdır axı?”

Next

Cecelinin Bakı konsertində karantin qaydaları pozuldu VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv