Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Şuşa zirvəsinə qədər ucalan müttəfiqlik – Azərbaycan-Türkiyə

By Vüsal Rafiqoğlu
18.06.2021 4 Min Read

Şuşa Bəyannaməsi dostluq və qardaşlığımızın tarixi köklərini  bir daha dünyaya nümayiş etdirdi

Dünya dəfələrlə şahidi olub ki, beynəlxalq təşkilatlarda müxtəlif məsələlər üzrə Azərbaycanla Türkiyənin mövqeləri, bir qayda olaraq, üst-üstə düşür, tərəflər davamlı məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verirlər. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir. Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də, bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə möhkəm tellərlə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı – Tbilisi – Ceyhan neft, Bakı – Tbilisi – Ərzurum qaz kəmərləri və Bakı – Tbilisi – Qars dəmir yolunun reallığa çevrilməsi bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.

İkinci Qarabağ savaşında böyük Qələbəmizdə türk qardaşlarımızdan gördüyümüz əvəzsiz mənəvi dəstək isə Azərbaycan-Türkiyə birliyinin ən pik nöqtəsini təşkil edir. Qarabağda aktiv hərbi əməliyyatların ilk günündən Türkiyə Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəmədi, münaqişədə tarixi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Özünün gücü, təsir imkanları ilə Azərbaycanı erməni təəssübkeşlərinin həmlələrindən qorudu. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bu ölkənin bir çox rəsmiləri, Türkiyə cəmiyyətinin ən nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını qətiyyətlə bəyan etdilər.

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəyə həsr olunmuş və dekabrın 10-da keçirilmiş Zəfər paradı heç zaman öz təravətini itirməyəcək. Həmin ərəfədə və parad günü türk əsgərlərinin ifasında hərbi marşların Bakı səmasına ucalan sədaları hər kəsin xəyalını göylərə pərvazlandırırdı. Zəfər paradında hər iki prezidentin çıxışı həm də Azərbaycan-Türkiyə birliyinin yüksək ifadəsi idi. Müdrik rəhbərlərin orada söylədikləri hər birimizin ürəyindən xəbər verir, təbii iftixar duyğularımızı daha da coşdurdu.

Son günlər iki ölkə arasında müşahidə olunan hadisələr isə Azərbaycan –Türkiyə qardaşlığında parlaq gələcəyə daha da inam yaradır. İyunun 15-də – Qurtuluş Günü tarixi səfər baş tutdu. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, xanımı və böyük bir nümayəndə heyəti ilə Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə təşrif buyurdular. Qədim və əzəmətli Şuşa şəhərində iki böyük türk dövlətinin bayraqlarının yanaşı dalğalanması bütün Türk dünyasında qürur hissi yaratdı. Türkiyə Prezidentinin Azəbaycana bu səfəri xüsusilə önəmlidir və strarteji əhəmiyyət kəsb edir. Prezident R.T. Ərdoğanın Şuşaya səfərə gəlməsi iki ölkənin Vətən müharibəsindəki Zəfərin sevincini birgə yaşamasını bir daha təsdiqləyir. Bir sözlə, bu səfər iki ölkə arasındakı əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdirir.

Şuşada iki qardaş ölkənin Prezidentlərinin təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar.  Xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100 il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələri müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə, iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacağı şübhəsizdir. Xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100 il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələri müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə, iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacağı şübhəsizdir.

Dövlət başçıları imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Bəyanatlarda dövlət başçıları tərəfindən Türkiyə və Azərbaycanın dünya çapında bir-birinə ən yaxın ölkələr olduğu, bu bağlılığı isə tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı kimi amillərin şərtləndirdiyi vurğulanıb. Bəyanatlarda Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bu qardaşlığın mənəvi və siyasi dəstəyinin öz ifadəsini tapdığı, həmçinin iki ölkə arasında bir sıra mühüm siyasi məsələlərlə yanaşı, iqtisadi-ticarət əlaqələrinin, mədəniyyət, təhsil, idman, və gənclər siyasətinin mühüm önəm daşıdığı diqqətə çatdırılıb. Azərbaycan ilə Bakı– Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars və TANAP kimi nəhəng layihələrin birlikdə tamamlandığı və bu nəhəng tədbirlərin ölkələrimizlə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verdiyi bildirilib.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Türkiyənin Baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar qardaş dövlətin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Ümumilikdə, Şuşa Bəyannaməsi ilə Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərək bu addımı üçüncü tərəfə qarşı akt kimi deyil, sadəcə, öz təhlükəsizlikləri baxımından zəruri sayaraq atdı. Bununla da, Qurtuluş Günümüzə 28 illik işğaldan qurtulmuş Şuşamızda Türk dünyasının təhlükəsiz gələcəyi ilə bağlı daha bir tarix yazıldı.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra çıxış edən qardaş ölkənin Prezidenti yaxın zamanlarda Şuşada Türkiyənin Baş Konsulluğunun açılacağını da qeyd etdi. Bu, regionun inkişafı və təhlükəsizliyi baxımından mühüm bir addımdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Türkiyənin Baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar qardaş dövlətin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Ümumilikdə, Şuşa Bəyannaməsi ilə Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərək bu addımı üçüncü tərəfə qarşı akt kimi deyil, sadəcə, öz təhlükəsizlikləri baxımından zəruri sayaraq atdı. Bununla da, Qurtuluş Günümüzə 28 illik işğaldan qurtulmuş Şuşamızda Türk dünyasının təhlükəsiz gələcəyi ilə bağlı daha bir tarix yazıldı. Şuşada mühüm sənədlərin imzalanması dostluq və qardaşlığımızın dərin tarixi köklərə söykəndiyini bir daha dünyaya nümayiş etdirdi.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Laçında yol qəzasında həlak olan hərbçi Tovuzda dəfn edilib – FOTO

Next

Şanlı tarixə şahid olduq

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv