Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Poltava şəhərinin meri: “Azərbaycanlılarla uzun illərdir dostluğumuz var” – MÜSAHİBƏ

By Vüsal Rafiqoğlu
23.06.2021 2 Min Read

Ukraynanın Poltava şəhərinin bələdiyyə başçısı Oleksandr Mamay “Report”un Şərqi Avropa bürosuna müsahibə verib:

– Azərbaycan ilə Ukrayna arasındakı mövcud əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz? Əməkdaşlığın daha çox inkişaf etdirilməsi zəruri olduğu sahələr hansılardır?

– Əslində, mən Ukraynanın kiçik bir əyalət mərkəzinin bələdiyyə başçısıyam və dünya siyasəti ilə o qədər də məşğul olmuram. Amma yenə də kənardan baxarkən belə ermənilərlə azərbaycanlıların, ruslarla ukraynalıların sülh içində yaşamasını arzulayıram. Bu gün buna nail olmaq çox çətindir. Ukrayna vətəndaşı olaraq Azərbaycanla Ermənistan arasında müharibəni ağrılı hisslərlə izləyirdim. Müharibə nəticəsində Azərbaycan öz tarixi torpaqlarını azad etdi. Amma dediyim kimi, siyasətə qarışmaq istəmirəm, mənim mövqeyim sadəcə bütün xalqların sülh içində yaşamasıdır.

Bununla yanaşı, hər xalqın qanunla, hüquqla təsbit olunmuş öz tarixi torpaqları olmalıdır, bu torpağa da kənardan heç kim iddia edə bilməz. Poltava şəhərində yaşayan gənc azərbaycanlı dostlarım var, idmançıdırlar. Uzun illərdir onların valideynləri ilə, özləri ilə də dostluğumuz var, onlara dəstək oluram. Təmiz azərbaycanlı olan həmin uşaqlar Ukraynada doğulub boya-başa çatıblar, buranın vətəndaşıdırlar. Bəzən Poltavada doğulmuş azərbaycanlılarla ermənilər arasında dostluq münasibətləri olduqlarını görürəm. Onlar siyasətə qarışmırlar. Valideynləri bir-birini dindirmir, övladlar isə dostlaşır. Nəsillər beləcə dəyişir…

– Poltava şəhəri Azərbaycanın hər hansı şəhəri ilə qardaşlıq sazişi imzalamağı düşünürmü? Deyilənə görə, rəhbəri olduğunuz şəhər ötən il işğaldan azad olunmuş şəhərlərin biri ilə qardaşlaşmaq niyyətindədir.

– Bəli, elədir. Əlbəttə, Azərbaycanın hansısa şəhəri ilə əlaqələrdən söhbət düşəndə daha çox Bakının adı çəkilir. Biz də Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini qurub böyük məmnuniyyətlə inkişaf etdirər, bu ölkənin hansısa şəhərilə qardaşlaşarıq. Məsələn, tutaq ki, azad edilmiş bölgədə 30, 40, 50 min əhalisi olan şəhər olsa, onunla qardaşlaşmağa şad olarıq. Gürcüstanın Borjomi şəhəri ilə on illərdir dost olduğumuz kimi. Aramızda yaxın ünsiyyət var, nümayəndə heyətimiz qarşılıqlı gedib-gəlir. Sözsüz ki, fürsət olsa, azad edilmiş şəhərlərdən birinə məmnuniyyətlə səfər edərəm.

– Hazırda Ukraynada islahatlar dövrüdür. Bəs sizin şəhərdə bu islahatlar necə gedir?

– Başlıca məqsədimiz şəhərə sərmayə cəlb etməkdir. Mühüm olan şəhərimizin vergi şəklində əldə etdiyi gəlirləri düzgün idarə etmək, o cümlədən korrupsiyanı minimuma endirməkdir. Bizim xoşumuza gəlsə də, gəlməsə də, korrupsiya var. Korrupsiya olmasa sərmayələr gələcək. Ən başlıca islahat hədəfimiz budur.

– İslahatları həyata keçirməkdə, şəhər iqtisadiyyatını inkişaf etdirməkdə milli azlıqların, o cümlədən azərbaycanlıların iştirakını necə görürsünüz?

– Bu məsələdə daha çox dini etiqadınız, mədəniyyətiniz əhəmiyyət kəsb edir. Şəhərimizdə məscid var, ona dəstək veririk. Oraya gələnlər arasında təkcə Yaxın Şərq ölkələri vətəndaşlarının yox, yerli azərbaycanlıların da olmasını məmnuniyyətlə qeyd etmək istərdim. Mədəniyyətə və dini etiqada, o cümlədən İslam dininə daim diqqət yetirilməlidir, qayğı göstərilməlidir. Bu, milli siyasətin mühüm şərtidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İşdən çıxarılan süpürgəçi qadın nəzarətə götürüldü: Agentlikdən reaksiya

Next

Sakinlər tikinti şirkətinin təklifi ilə razılaşmır: “Heç olmasa 200 min versinlər” – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv