Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Meyvə-tərəvəzi konteynerlə daşımağa başlayacağıq – yeni qaydalar

By Vüsal Rafiqoğlu
10.07.2021 4 Min Read

Sahibkarlar nəzərlərini Rusiya bazarından çəkə biləcəklərmi?

Azərbaycanda və qonşu ölkələrdə pandemiyanın təsirləri azaldıqca ölkədən kənd təsərrüfatı və digər qeyri-neft məhsullarının ixracı artır. Belə ki, bu ilin ilk 6 ayı ərzində Azərbaycanın ümumi ixracı 8,8 milyard dollar təşkil edib ki, bunun da 1,2 milyard dollarını qeyri-neft sektoru məhsulları təşkil edib. Nəticədə qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27,1 faiz artıb.

2021-ci ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz ixracı 306,4 milyon dollar, pambıq lifi ixracı 123 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 61 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53 milyon dollar, pambıq ipliyi ixracı 23 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 36 milyon dollar, şəkər ixracı 19 milyon dollar, bitki heyvan mənşəli piylər və yağlar ixracı 16 milyon dollar, spirtli və spirtsiz içkilərin ixracı 6,8 milyon dollar və çay ixracı 4,2 milyon dollar təşkil edib.

Bu ilin iyun ayı ərzində Azərbaycanın ümumi ixracı 1,3 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 255 milyon dollar təşkil edib. İyun ayında  ticarət saldosu müsbət 400,5 milyon dollar təşkil edib. Xatırladaq ki, ötən ilin eyni ayında xarici ticarətdə mənfi göstərici qeydə alınmışdı.  Qeyri-neft sektoru üzrə ixrac ötən ilin iyun ayı ilə müqayisədə 33.7 faiz və ya 64.2 milyon dollar çoxdur.

Şəmkirli iş adamlarının Rusiyadakı uğur hekayəsi - “Meyvə-tərəvəz ticarəti  əsas peşəmizdir” - Modern.Az Azərbaycan və dünya xəbərləri

2021-ci ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracın tərkibində yeyinti məhsullarının həcmi 112,2 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 142,7 milyon dollar təşkil edib. Bu isə o deməkdir ki, iyun ayında yeyinti və qeyri-yeyinti məhsullarının ixracında artım müşahidə edilib. Yeyinti məhsullarında 11,8 faiz, qeyri-yeyinti məhsullarının ixracında isə ötən ilin eyni ayı ilə müqayisədə 58,1 faiz artım qeydə alınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən yeyinti məhsullarının iyun ayı üzrə artımını şərtləndirən əsas hərəkətverici qüvvələr tərəvəz, meyvə, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları, heyvan və bitki mənşəli piylər, yağlar və onlardan alınan məhsullar, hazır yeyinti piyləri, heyvan və bitki mənşəli mumlar, yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrin qabıqları və ya qovun qabıqları və s. təşkil edib. Qeyri-yeyinti məhsullarının tərkib hissəsində əsas drayver rolunu isə filizlər, şlaklar və kül, gübrələr, pambıq, qara metallar, plastmassa və onlardan hazırlanan məmulatlar, mis və ondan hazırlanan məmulatlar, yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa onların hissələri və ləvazimatları şərtləndirib.

Onu da qeyd edək ki, Azərbaycanın qeyri-neft ixracının mühüm bir hissəsi yalnız bir ölkəyə – Rusiyaya reallaşır. Xüsusilə kənd təsərrüfatı məhsullarımızın 90 faizdən yuxarısı şimal qonşumuza ixrac olunur. Ötən ilin dekabrından Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Azərbaycandan pomidor və alma idxalına tətbiq etdiyi qadağa hələ də qismən də olsa davam etməkdədir. Belə ki, axırıncı dəfə iyunun 30-da “Rosselxoznadzor” iyulun 1-dən etibarən Azərbaycanın 11 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib. Qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Beləliklə, indiyədək  ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 152 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

İdxal azalır, ixrac artır » Kaspi.azAzərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Rusiyanın qadağası Azərbaycandan pomidor və alma ixrasında kəskin azalmaya səbəb olub. Son 3 ildə qeyri-neft ixracında ilk yeri tutan pomidor indi 2-3-cü yerlərdə qərarlaşıb. Bu göstəriciyə də aprel ayından etibarən Rusiyanın qadağalarının yumşaldılması nəticəsində nail olunub. Bunun cəmi 19 min 516 tonu üç ayda – yanvar-martda ixrac edilibsə, apreldə ixracatın həcmi 36 min 674,22 tona, mayda isə 76 min 37,68 tona çatıb.

Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 86,999 milyon dollar dəyərində 76 037,68 ton pomidor ixrac edib. Bu isə o deməkdir ki, ixrac edilən pomidorun həcmi ötən illin eyni dövrü ilə müqayisədə 27,5 faiz azalıb. Dəyər ifadəsində isə xaricə göndərilən pomidorun həcmi 29,3 faiz azalıb.

Qeyd edək ki, bu il pomidor ixracının ümumi ixracdakı payı 1,17 faiz, qeyri-neft ixracındakı payı isə 9,59 faiz təşkil edib. Bu ötən il ilə müqayisədə müvafiq olaraq 0,6 faiz bəndi və 7,47 faiz bəndi azdır. İxrac olunan pomidorun bir kiloqramının qiyməti ortalama 1,14 dollara (1,94 manat) bərabər olub.

Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin tətbiq etdiyi yoxlamalar nəticəsində bir sıra Azərbaycan şirkəti bu il Rusiyaya pomidor ixrac edə bilməyib. İyunun 15-dən tarixindən 31 pomidor və 24 alma istehsal edən Azərbaycan şirkətinə dəmiryol vaqonları ilə Rusiyaya məhsul tədarük etməyə icazə verilib. Bu ilin 1 oktyabr tarixindən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçidi nəzərdə tutulur.

Təcrübə göstərir ki, kənd təsərrüfatı məhsullarının ixracında bir ölkəyə fokuslanmaq ciddi təhdidlər formalaşdırır. Bu ölkənin Rusiya kimi beynəlxalq səviyyədə etibarsız tərəfdaş imici qazanmış bir ölkə olması isə kənd təsərrüfatı istehsalçılarımız üçün ikiqat təhdid deməkdir. Buna görə də aqrar istehsalçılar, həmçinin ixracatçı şirkətlər Rusiyadankənar bazarlara çıxış istiqamətində fəaliyyətlərini gücləndirməlidirlər. Dövlət bununla bağlı ciddi dəstək mexanizmləri tətbiq edir: xarici bazarlara çıxış üçün zəruri sənədlər, onların əldə olunması qaydası, nəqliyyat-logistika əlaqələrinin qurulması, xarici bazarların öyrənilməsi, həmçinin ixracatçılara müvafiq təlimlərin təşkil edilməsi, hətta xaricdən sifarişlərin alınaraq ixracatçılara çatdırılması kimi çoxsaylı istiqamətlərdə bir neçə qurum sahibkarlara pulsuz xidmət göstərir. Bundan əlavə, sahibkarlara xarici bazarlara çıxarmağa imkan verən keyfiyyətdə məhsul istehsalında da dövlət tərəfindən dəstək verilir. Xaricə qeyri-neft məhsulu çıxaran sahibkarlara həm də ixrac təşviqi ödənilir. Bütün bunların olması fonunda sahibkarların nəzərlərini Rusiyadankənar bazarlara yönəltməsi, ixracda bir deyil, bir neçə ölkəyə fokuslanmaları son dərəcə vacibdir. Qısa müddətdə ixrac bazarlarını diversifikasiya etməyən sahibkarların ötən qış pomidor istehsalçıları kimi öz məhsullarını dəyər-dəyməzinə satmaq məcburiyyətində qalmaları çox realdır…

“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentin uğurlu siyasi gedişi – dövlətlərlə ikitərəfli münasibətləri gücləndirmək və…

Next

Türkiyəli məşhur ifaçı: “Bu yaxınlarda Şuşaya gedəcəyəm” – FOTO/VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv