Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Qəzetçiliyin yaranma tarixi və milli mətbuatımız

By Vüsal Rafiqoğlu
17.07.2021 3 Min Read

Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Düşündük ki, belə bir gündə dünyada ilk mətbuat orqanlarının yaranma tarixinə nəzər yetirmək yerinə düşər… 

Əvvəlcə qeyd edək ki, dünyada ən qədim kütləvi informasiya vasitəsi qəzetdir. Araşdırmalar nəticəsində məlum olub ki, dünyada ilk qəzet bizim eradan əvvəl 59-cu ildə qədim Romada nəşr olunub. Bu, əl ilə yazılmış “Roma xalqının gündəlik xəbərləri” (“Acta diurna populi Romani”) adlı kağız vərəqə idi. Sözügedən vərəqələri ictimai yerlərdən asırdılar ki, xalq oxusun. Dünyada əl ilə yazılan ikinci gündəlik qəzet isə təxminən 1300 il əvvəl qədim Çində çap olunub. Həmin nəşrin adının “Paytaxt yenilikləri” olduğu qeyd edilir. Qəzetlərin müasir görünüşü XVI əsrdə formalaşıb. Adını “gazzetta” adlı xırda italiyan sikkəsindən götürən “qəzet” anlayışının özü elə həmin dövrdə məişətə daxil olub. Qəzet sözünün haradan meydana gəldiyi barədə müxtəlif fikirlər mövcud olsa da bu, sözün İtaliyanın  xırda pul vahidi “qaset” ilə bağlı olduğu ehtimalı üstünlük təşkil edir. Bir digər mənbədə isə bu adın kiçik İtaliya şirkətinin adından götürüldüyü göstərilir. Hesab olunur ki, informasiyanın toplanması üzrə ilk bürolar və “xəbər yazanlar” peşəsi məhz bu şəhərdə yaranıb.

1657-ci ildə İngiltərədə çıxan qəzetlərin birində ilk reklam təklifi dərc olunub, tezliklə II Karl sevimli itinin itməsi barədə şəxsi elan yerləşdirib, yarım əsr sonra isə Daniel Defo həftəlik “Dövlət işlərinin xülasəsi” qəzetini təsis etməklə, siyasi jurnalistikanın əsasını qoyub. Rusiyada isə ilk qəzet “Kurantı” adlanıb və onun günümüzə qədər saxlanmış ən qədim nüsxəsi 1621-ci ilə aiddir. İlk çap qəzeti isə birinci Pyotrun vaxtında, 1702-ci ildə Rusiyada satışa çıxarılıb və “Vedemosti” adlanıb. Dünyada müntəzəm nəşr edilən ilk qəzet isə 1609-cu ildə Almaniyada nəşr olunan “Zaytunq” adlı mətbu orqandır.

Azərbaycanda ilk mətbu orqan 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə çap olunan “Əkinçi” qəzetidir. Ayda iki dəfə nəşr olunan qəzet 300-400 tirajla çapdan çıxırdı. Qəzetin nəşri bütün Qafqazda geniş əks-səda doğurdu. Mənbələrdə göstərilir ki, qəzetin nəşri üçün Həsən bəy Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətizdirib və xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail olub. Yuxarıda da qeyd etdiyimiz kimi, “Əkinçi”nin nəşri ilə həm də milli mətbuatımızın əsası qoyuldu. “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundzadənin məqalə və digər yazıları dərc olunub. Məhz bu kimi müəlliflərin köməyi ilə “Əkinçi”nin səhifələrində elm və texnika, kənd təsərrüfatı, mədəniyyət sahələrindəki yeniliklərə geniş yer verilib.

İlk vaxtlar qəzetin bütün redaksiya heyəti bir adamdan ibarət olub. Belə ki, Həsən bəy Zərdabi həm naşir, redaktor, həm də korrektor və mürəttib olub. Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədilə “Əkinçi” əvəzsiz iş gördü. “Əkinçi” Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə də oxuyurdular. Hənifə xanım Abayeva öz xatirələrində “Əkinçi”nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı: “Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi… Qəzetin ilk abunəçiləri, onu birincilər sırasında salamlayanlar Omskdan, Tümendən, Çistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər”. “Əkinçi”nin sorağı Londona da gedib çıxmışdı. Bakıya gələn bir fransız müxbiri isə H.Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə getmiş və demişdir: “Siz həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb qəzetdə işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiniz”.

“Əkinçi”nin 1877-ci ildə nəşr olunan 20-ci sayının ilk səhifəsində belə bir elan vardı: “Biz xəstə olduğumuza görə ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxması məlum deyil”. Məhz bu elanın çap olunduğu saydan sonra “Əkinçi” qapadıldı. Burada azərbaycanlı əhaliyə düşmən münasibəti ilə seçilən yeni Bakı qubernatoru Ruzinin də rolu vardı. Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı işıq üzü görmüşdü ki, bu da cəmi 56 say edir.

Mənbələrdə göstərilir ki, Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin vəziyyəti barədə düzgün təsəvvür yaratmaq üçün Avropa mətbuatı, xüsusilə Londonda çıxan “Tayms”la öz qəzetini müqayisə edib. Böyük ədib yazırdı: “Dünyada hər qəzeti beş, ya on adam inşa edir: onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm… Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa (nəşr etməyə) adamı yoxdur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İşığına qovuşan Kəlbəcər – VİDEO

Next

Boşanmalara əsas səbəb nədir?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv