Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənistandan ikibaşlı oyun – Düşmən Zəngəzura görə plan qurub

By Vüsal Rafiqoğlu
27.07.2021 3 Min Read

Tez-tez Fransanı, xüsusilə də 44 günlük II Qarabağ müharibəsi vaxtı və postkonflikt mərhələsində Minsk Qrupunun həmsədr üzvü olan ölkənin səfirini Azərbaycanın əleyhinə açıqlamalar verməyə vadar edən Ermənistan höküməti və lobbisi özünə yeni “partnyor” tapıb. ATƏT səviyyəsində verilən mandtadan 30 il ərzində münaqişənin həll edilməsindən başqa bütün məqsədlər üçün istifadə etməyi məharətlə bacaran həmsədrlər Azərbaycanın regiondakı reallığı dəyişməsindən heç də xoşbəxt görünmürlər.

Azərbaycan Ordusunun BMT Təhlükəsizlik Şurasının qətnamələrini güc yolu ilə həll edərək işğala son qoyması, beynəlxalq təşkilatların yarıtmaz fəaliyyətlərini ifşa etməklə yanaşı onların ermənipərəst mövqeyini də ortaya qoydu. Artıq Azərbaycan dostunu da, düşmənini də yaxşı tanıyır. Lakin II Qarabağ savaşından sonra Cənubi Qafqaz regionunda mövcudluğu sual altında düşən Ermənistanın növbəti dəfə xilaskarına çevrilən Rusiya (10 noyabr üçtərəfli bəyanatının vasitəçi tərəfi) İrəvandan ard-arda xəyanət addımları görməkdə davam edir.

Ayırdığı 2.6 milyard avro ilə iqtisadi və siyasi böhran girdabında çabalayan Ermənistana sanki “oksigen balonu” qoşan Avropa İttifaqı faktiki olaraq bu addımla rəsmi İrəvanı satın aldı. Bunun bariz təsdiqi olaraq Aİ tərəfindən Ermənistana ayrılan bu qrantdan sonra əsasən anti-Rusiya mövqeyi ilə seçilən, Qərb mərkəzləri ilə əməkdaşlıq edən şəxslərin istər ölkə idarəçiliyində, istərsə də hərbi rəhbərlikdə vəzifəyə təyin edilməsi, əvəzində rusiyapərəst şəxslər işlərindən uzaqlaşdırılması faktları Ermənistanın müharibə vaxtı Rusiyadan göndərilən tonlarla silah-sursat yardımını asanlıqla unutduduğunu deməyə əsas verir.

Lakin Ermənistanın Rusiyaya xəyanəti bununla da kifayətlənəcək kimi görünmür. Belə ki, iyulun 26-da ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd Geğarkunik vilayətinə (əsasən Göyçə mahalını əhatə edən tarixi Azərbaycan ərazisi – S.L.) səfər edib. Kəlbəcərlə sərhəddəki “hərbi hissənin komandiri general-mayor Araik Arutyunyan Amerika səfirinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Bundan sonra sərhədin Yuxarı Şorja hissəsinə səfər təşkil edilib.

Səfir Treysi  ABŞ-ın Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını bir daha diqqətə çatdıraraq rəsmi Vaşinqtonun sərhəd demarkasiyası zamanı güc tətbiqini rədd etdiyini vurğulayıb. Səfir həmçinin ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyə ciddi şəkildə sadiq qaldığını bildirib. O qeyd edib ki, ABŞ tərəfləri ən qısa zamanda Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağırır.

Əslində isə Nikol Paşinyan rejimi bu dəfə ABŞ-ın İrəvandakı səfirini Azərbaycanla sərhəd gərginliyi olan bölgələrə aparmaqla ikibaşlı oyun oynamaq niyyətindədir. Amma Paşinyan bunun çox ciddi səhv olduğunun fərqində də deyil. Sərhəddəki vəziyyəti gərgin saxlamaqla “münaqişə bitməyib” abu-havası yaratmağa çalışan Ermənistan rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan ABŞ səfirini Azərbaycanla sərhəddə apararaq güya Ermənistan ərazilərinin işğal edildiyini, həmin ərazilərin əslində onlara məxsus olduğunu və təcavüzkar tərəfin Azərbaycan hərbiçiləri olduğu görüntüsünü yaratmaqla Qərb qüvvələrini sərhədlərinə yerləşdirməyə çalışırlar.

Bunun davamı kimi ötən gün Ermənistan tərəfindən Laçın dəhlizi istqamətində döyüşlərin getdiyi barədə verilən dezinformasiya da məhz bu məqsədə xidmət edir. Xüsusilə orada Rusiya sülhməramlılarının gərginliyə müdaxilə etməməsi ilə bağlı ifadələri Ermənistanın Qərb planının tərkib hissəsi idi. Belə ki, bununla İrəvan demək istəyir ki, Rusiya sülhməramlı kontingenti missiyasının öhdəsindən lazımınca gələ bilmir, acizdir. Və bununla da Ermənistan Qərb qüvvələrinin onları bölgədə əvəz etməsi üçün bir zəmin hazırlayırlar.

Heç şübhəsiz ki, bu addımı İrəvan tərəfindən Rusiyaya edilən növbəti xəyanət də adlandırmaq olar. Çünkü 10 noyabr bəyanatı ilə II Qarabağ müharibəsinin bitdiyini elan edən tərəflərdən və bu atəşkəs sazişinin imzalanmasının əsas iştirakçılarından olan Rusiya höküməti son zamanlar istər ikitərəfli görüşlərdə, istərsə də Mariya Zaxarova və Peskov səviyyələrində edilən açıqlamalarla münaqişənin bitdiyini, regionda yeni reallığı qəbul etdiklərini və hər hansı bir status-kvodan, münaqişədən artıq söhbətin getməsinin mümkünsüzlüyü ilə bağlı mesajlar verməkdədirlər.

Lakin bütün bunların fonunda Ermənistan hakimiyyətinin üçtərəfli bəyanatların şərtlərinə zidd hərəkət edərək regionda gərginliyi, müharibə təhlükəsini saxlamaq cəhdləri onların Minsk Qrupunun digər iki üzvü olan Fransa və ABŞ ordusunu regiona gətirmək istəyindən xəbər verir. Şübhəsiz ki, bu vəziyyət Azərbaycanın, Türkiyənin maraqlarına uyğun olmadığı kimi Rusiyanın da planlarınına qarşı çıxmaqdır. O ki qaldı, səfirin Azərbaycanla sərhəddə dediklərinə, belə aydın olur ki, ABŞ Zəngəzurda peyda olmaqda maraqlıdır.

Ermənistan rəhbərliyi bu addımla eyni zamanda Azərbaycan və Rusiyanın ortaq marağı olan Zəngəzur dəhlizinin açılması prosesinə, region üçün yeni nəqliyyat və logistika imkanlarına əngəl olmağa çalışır, həm də daxili auditoriyasını inandırmağa çalışır ki, müstəqil siyasət yürüdür, Moskvadan heç bir asılılığı qalmayıb. Amma iyulun 20-də Moskvada baş tutan Rusiya və Azərbaycan prezidentləri arasındakı görüş də bir daha təsdiq etdi ki, Moskva bu məsələdə Bakının mövqeyini dəstəkləyir və regionun inkişafı və bölgəyə kənar qüvvələrin gəlməməsi üçün Azərbaycanın yaratdığı reallığı qəbul edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərdəbildə milli fəal tutuldu

Next

Füzuli-Şuşa tuneli erməniləri heyrətləndirdi – FOTOFAKT

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv