Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan üçün qorxudan rəqəm – 6 milyonumuz xəstələnməsə…

By Vüsal Rafiqoğlu
27.08.2021 4 Min Read

“Ya hamı xəstələnməlidir ki, virusdan birdəfəlik qurtulaq, ya da…”

İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Xəstə sayının hər keçən gün artmasına baxmayaraq, Operativ Qərargah sərt karantinə keçilməyəcəyini anons edib ki, bu da bəzi iddialara səbəb olub. Bildirilir ki, hökumət sərt məhdudiyyətlərə o səbəbdən getmir ki, həm vaksinasiya, həm də kütləvi xəstəliklə immunitet yaransın.

Müxtəlif modellərə görə, kollektiv immunitet əhalinin 60-80 faizi onu əldə etdikdə formalaşır. Yəni cəmiyyətin özünü təhlükəsiz hiss etməsi üçün azərbaycanlıların 6-8 milyonu immunitet əldə etməlidir. Koronavirus testləri ilə bağlı müəmma da var. Bəzi hallarda xəstəni sağlam kimi göstərir və ya əksinə. Bu hansı hallarda mümkündür? Mövzu ilə bağlı həkim-mütəxəssislərin fikrini öyrəndik.

Həkim-infeksionist Gülnarə Əhmədova deyib ki, PCR testindən cavab səhv çıxa bilməz: “Test o zaman səhv çıxır ki, bəzən xəstələr boğazını perekislə təmizləyir, ondan sonra test verməyə gedir. Bu zaman səhv çıxa bilər. Bir də virusun burunda, boğazda qalma müddəti var. O müddət keçəndən sonra virus orada tapılmaya bilər. Ona görə həkimə müraciət etmək lazımdır ki, bilsin xəstəliyin neçənci günüdür və düzgün müalicə yazılsın”.

Gülnarə Əhmədova 

G.Əhmədova hökumətin qapanmalara gedilməməsi məsələsinə də fikir bildirib: “Mən əvvəldən də demişdim, bütün insanları buraxmaq lazımdır, hamı xəstələnməlidir. Onda immunitet yaranacaq. Sərt qapanmalara getməklə heç nə əldə olunmayacaq, bu, mübarizə üsulu deyil. Yəni həm təbii immunitet yaranır, həm də insanlar peyvənd olunmağa cəlb olunur. Bu formada virusla mübarizə aparmaq daha məqsədəuyğundur”.

G.Əhmədova əlavə edib ki, insanlar yenə də simptom olan zaman məsuliyyətsiz yanaşır: “Son günlər xəstələr gəlir, deyirlər ki, onlarda korona deyil, sadəcə, soyuqdəymədir. İnadkarlıq edirlər, analiz vermək istəmirlər. Ona görə də səhv nəticələr olur. Ilkin simptomlar başlayanda  ”yaxma” götürülməlidir. Xəstə gözləyir, bir həftə keçəndən sonra ətrafdaklar məcbur edəndən sonra test verməyə gedir, bu zaman da nəticə səhv çıxır. Əksəriyyət hesab edir ki, onlarda soyuqdəymədir. Ağırlaşmalar da ona görə olur. Biri də gəlir ki, “qarnım pozulub”. Deyirsən, bu koronanın simptomudur, deyir “yox, yüz dəfə belə olmuşam”. Elə xəstələr də var ki, peyvəndin 5-ci ayı tamam olub, yoluxublar. Ona görə də qorunmaq lazımdır, yoluxub sağalanlar da, peyvənd olunanlar da özlərini qorumalıdırlar”.

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Yoluxma ilə bağlı kifayət qədər çox yüksək rəqəmlər açıqlanır. Bunlar, sadəcə olaraq, rəsmi qeydiyyata düşən şəxslərlə bağlı rəqəmlərdir. Təqribən bundan beş dəfədən çox qeyri- rəsmi olaraq xəstələnib sağalanlar var. Bu şəxslər də qeydiyyata düşmədiyi üçün rəsmi rəqəmlərdə öz əksini tapmır. Əslində bundan da çox immuniteti olan şəxslər var, yəni bu şəxslərdə təbii immunizasiya baş verib. Bundan başqa, süni immunizasiya, yəni peyvənd vasitəsilə də immunitet yaradılır. Peyvənd olunanların sayı təqribən iki milyon yarımdır. Söhbət hər iki doza peyvənd olunanlardan gedir. Hazırda yoluxanların əksəriyyəti yoluxub sağalmayanlardı və peyvənd olunmayanlardı. Peyvənd olanların içində də yoluxanlar kifayət qədər çoxdur. Amma onlar üçün xəstəxana şəraiti tələb olunmur. Hazırda yoluxma sayı çoxdur. Aktiv xəstələrin sayı əsasən virusla təmasda olmayanlardır. Operativ Qərargahın sərt karantin rejiminə keçməməsi ilə bağlı onu deyə bilərik ki, burada sərt karantin rejiminin, məhdudiyyətlərin tətbiqi aktiv xəstə sayına əsasən deyil,  xəstəxana şəraiti tələb olunanların sayı ilə əlaqədardır. Yəni xəstəxana şəraiti tələb olunan xəstələrin sayı kifayət qədər çox olarsa, bu da xəstəxanaların dolmasına səbəb olur və səhiyyə sistemi yüklənir. Çünki ölkədə yalnız koronavirus xəstələri deyil, başqa ağır xəstələr də var. Buna görə dövlət məcburi sərt qapanmalara gedir ki, xəstəxanalarda yerlərdə boşalmalar olsun. Yəni sərt karantinə və məhdudiyyətlərə gedilməməsinə səbəb gündəlik yoluxma sayı ilə də bağlı deyil. Bizdə modul tipli xəstəxanaların, bildiyimə görə, hələ ehtiyatda olanları var və rayonlarda bir neçə gün bundan öncə bəzi modul xəstəxanalar açıldı. Ehtiyatda saxlanılan modul tipli xəstəxanalar bir neçə gün öncə açılmağa başladı və Bakı şəhərində də bu, əsas iki modul xəstəxana- Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən xəstəxanası və ”Yeni klinika”dır. Hər ikisində də yerlər artıq dolub. Ona görə də “Semaşko” da COVİD xəstələri üçün  açıldı. Xəstəxana şəraitində vəfat edənlərin sayı əvvəlki qədər deyil. Yəni karantinə getməmək üçün əsas səbəb budur. Xəstəxana şəraiti tələb olunan xəstələrin sayı əvvəlki qədər çox deyil, burada həm peyvəndləmə  rol oynayır, həm də əvvəldən yoluxub sağalanların da əhəmiyyəti çox böyükdür. Düzdür, ağır xəstələrin sayı da çoxdur. Amma bunların əksəriyyəti evdə ağırlaşıb, sonra müraciət edənlərdir. Evdə 5-6 gün müalicə alırlar, ağırlaşmış halda xəstəxanalara müraciət ediblər. Bu da ağırlaşmış xəstələrin və ölümlərinin sayının artmasına səbəb olur”.

Azərbaycanlı alim: "Bizim səhiyyə yeni virus pandemiyasına hazırdırmı?"

 Nuran Abdullayev 

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev isə vaksinlərin elmi nəticələri barədə məlumat verib: “İsraildə aparılan və uzun zamandır bitməsini gözlədiyim elmi tədqiqatın ilkin nəticələri artıq hazırdır. Bu tədqiqatın nəticəsi pandemiya dönəmində virusla mübarizənin elmi əsaslı olmasının vacibliyini bir daha özündə əks elətdirir. Bu tədqiqatda ilk dəfə olaraq virusa yoluxub sağalanlarla, sadəcə, BionTech/Pfizer peyvəndini alanlar müqayisə edilib. Nəticəyə görə, 6-8 ay öncə sadəcə peyvənd alanlarda “Delta” variantına yoluxma riski xəstəliyə tutulub sağalanlarla müqayisədə 13 dəfə çoxdur. Tədqiqatın digər önəmli nəticəsi odur ki, xəstəliyə yoluxub sağalanlara tətbiq edilən BionTech/Pfizer peyvəndindən sonra yüksək qoruyuculuq müşahidə edilib. Təəssüf ki, peyvənd alanlar arasında xəstəliyə yoluxduqdan sonra ağır kliniki gedişatlara da rast gəlinib”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Orqan köçürülməsi qanuniləşdi – qiymətlər…

Next

Həbsdəki sabiqlər milyonlarla ziyanı ödədi – bəs dövlətin imici?

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv