Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlər nə yerdədir?

By Vüsal Rafiqoğlu
30.08.2021 2 Min Read

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 81 km təşkil edir. Dövlətimizin başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Onun sözlərinə görə, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub: “Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi Göygöl rayonunun Toğanalı kəndindən keçməklə inşa edilir. Layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 900 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır. Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara (serpantin) əlavə özül əsaslı istinad divarları tikilsə belə qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Mövcud yoldan istifadə edərkən Murovdağ zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda maillik 16-28 % arası dəyişir.

Əgər yol 7 % mailliklə tikilsə, mövcud 16,5 km-lik yolun uzunluğunun dolaylarla daha 15 km uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31,5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “3 N-li Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir. Hazırda yolun müəyyən hissələrində layihə-axtarış, geologiya və torpaq işləri aparılır. Belə ki, tikinti norma və standartlarına uyğun olaraq təməl üçün materialların təmin edilməsi, ağır vərdənə ilə əsasın tələb olunan kipliyə çatdırılması və torpaq yatağının səth sularından qorunması üçün torpaq küvetlərin çəkilməsi işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və 15 – 21,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib”.

A.Nəcəfli əlavə edib ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 2024-cü il ərzində tam olaraq tikintisinin yekunlaşdırılması nəzərdə tutulur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yazıçılar Birliyinin növbəti qurultayı oktyabrda Şuşada keçiriləcək

Next

Milli Qəhrəmanın şəhid olduğu yerə onun xatirə lövhəsi vuruldu – FOTO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv