Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Nazirliklərin bəziləri Qarabağa köçürülə bilər

By Vüsal Rafiqoğlu
01.09.2021 3 Min Read

Bu, həm Qarabağda Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsi, həm də paytaxtın əlavə yükdən azad edilməsi baxımından əlverişli olar…

Azərbaycan dövlətinin diqqəti hazırda demək olar ki, bütünlüklə işğaldan azad olunmuş ərazilərə – Qarabağa yönəlib. Bu ərazilərdə başladılan genişmiqyaslı bərpa-quruculuq işlərinə dövlətin çoxsaylı qurumları cəlb olunub: avtomobil, dəmiryollarının, elektrik, qaz, su təchizatı xətlərinin çəkilməsi, hava limanlarının tikintisi, yaşayış məntəqələrinin bərpası və sair istiqamətlərdə böyük layihələr icra olunur. Bu baxımdan, hazırda Azərbaycanın nəbzi Qarabağda vurur desək, yəqin ki, yanılmarıq.

Ermənistanın vandallığı üzündən işğal altında olan ərazilərdəki dağıntıların miqyası o qədər böyükdür ki, yaxın və ortamüddətli dövrdə bu vəziyyətin davam edəcəyi gözlənilir. Bölgə ilə intensiv əlaqələrin qurulması, icra olunan layihələrə nəzarətin təşkili hər gün Bakıdan Qarabağa, azad olunmuş ərazilərə yüzlərlə səfərlərin reallaşması deməkdir. Aydın məsələdir ki, belə uzaqdan nəzarətlər icra prosesini yetərincə sürətli və keyfiyyətli idarə etmək çox çətin, bəlkə də mümkünsüzdür. Bu baxımdan, mərkəzi icra hakimiyyəti orqanlarının bir hissəsinin Qarabağa köçürülməsi zərurətə çevrilir. Ən azından tikinti-bərpa işlərində rolu və iştirakı yüksək olan bir neçə nazirlik, komitə, digər dövlət qurumları işğaldan azad edilmiş ərazilərə köçsə, bu, həm çevik idarəetmə baxımdan, həm gələcəkdə məskunlaşmanın sürətlənməsi və keyfiyyətli olması baxımdan, həm Qarabağda Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsi, həm də paytaxtın əlavə yükdən azad edilməsi baxımından əlverişli olmazmı?

Prezident İlham Əliyev vaxtaşırı Qarabağa səfərlər edir. Ölkə başçısı dövlətin əsas prioritetinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin olduğunu göstərir. Diqqət Qarabağadı yəni. O ərazilərdə, rayonlarda iş görən nazirliklərin, komitələrin, dövlət agentliklərinin baş ofislərinin elə həmin yerə köçürülməsi mümkündürmü? Düzdür, bu, müəyyən xərclərin yaranması demək olacaq: İnfrastruktur qurulmalıdır. Lakin nəzərə alsaq ki, bərpa uzun illər tələb edəcək, onda bu müddətdə Bakıdan ediləcək səfərlərə çəkiləcək xərclərin daha böyük maliyyə sərfi tələb edəcəyini söyləyə bilərik.  Həmin xərclərin bir hissəsini əhatə edəcək maliyyə vəsaiti ilə azad olunmuş ərazilərdə – Füzuli, Zəngilan, Cəbrayılda operativ qaydada administrativ şəhərciyin salınması kifayət qədər realdır.

Ermənilərin Bakı, Sumqayıt və Gəncəyə qayıtmasına razılıq verməliyik” –  Natiq Cəfərli » Korrupsiya.com

Natiq Cəfərli

İqtisadçı-ekspert, REAL Partiyası Aparatının rəhbəri Natiq Cəfərlinin sözlərinə görə, doğru iş aparılarsa, işğaldan azad olunmuş ərazilər Azərbaycan iqtisadiyyatının drayverinə çevrilə bilər: “Ən azı yaxın onillikdə bu bölgənin bərpası Azərbaycan üçün böyük fürsətlər yarada bilər. Bu baxımdan, nəinki ayrı-ayrı dövlət qurumlarının, bir sıra ali təhsil ocaqlarının da azad olunmuş ərazilərə köçürülməsi mümkündür. Bunun üçün sadəcə, ilk növbədə idarəetmənin strukturu qurulmalıdır. Yəni Prezidentin fərmanı ilə yaradılan 14 iqtisadi rayon arasında ərazisinə görə ən böyüklərindən biri Qarabağ iqtisadi rayonu, digəri Şərqi Zəngəzurdur. Ölkədə rayonlar üzrə inzibati bölgü ləğv edilərək, iqtisadi rayonlar üzrə inzibati bölgüyə keçilməlidir. Yəni regional idarəetmə strukturu qurulmalıdır. Bundan sonra bir sıra mərkəzi qurumların işğaldan azad olunmuş ərazilərə köçürülməsi təmin edilə bilər. Məsələn, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, digər ali icra orqanları, universitetlər və sair. Bu köçürülmə azad olunmuş ərazilərdə ciddi canlanma yarada bilər. Bizim qarşımızda duran əsas vəzifə yaxın 10 ildə 1,5 milyon nəfərin azad olunmuş ərazilərə qayıdışını təmin etməkdir. Bu qədər əhalinin işlə təmin edilməsi ilə yanaşı, onların bölgədə yaşamağa stimullaşdırılması da vacibdir. Qeyd etdiyim köçürmə belə stimullaşdırıcı amillərdən biri ola bilər. Bu, həm də Bakının yükünü azaldacaq. Yenə də qeyd edirəm ki, bütün bunlar inzibati-ərazi bölgüsü prinsiplərini dəyişib rayon bölgüsündən regional bölgüyə keçiddən sonra effekt verə bilər”.

Elşad Musayev: İllərin təcrübəsi göstərir ki, Cəmil Həsənli öz maraqlarını  çox yaxşı güdür

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Qarabağda həyata keçirilən böyük quruculuq işləri çevik idarəetmə və rəhbərliyin olmasını tələb edir: “Quruculuq işləri ilə yanaşı əhalinin öz evlərinə qaytarılması prosesi də getməlidir. Düşünürəm ki, ilkin mərhələdə ən azı ayrı-ayrı qurumların azad olunmuş ərazilərdə filiallarının yaradılması zərurəti var. Çünki Bakıdan prosesin idarə olunması müəyyən çətinliklər yarada bilər. İndiyədək, bildiyiniz kimi, hüquq-mühafizə orqanlarının azad olunmuş rayonlar üzrə şöbələri fəaliyyətə başlayıb. Böyük ehtimalla, ölkə rəhbərliyinin qərarı ilə bərpa prosesində iştirak edən digər qurumların da yerli şöbələri yaradılacaq. Mərkəzi aparatların bölgəyə köçürülməsi isə yəqin ki, əhalinin yerləşməsi ilə eyni vaxtda mümkün ola bilər”.

DÜNYA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ölkədə ciddi bahalaşma

Next

Fazil Məmmədov “borc içində” batır

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv