Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Banklar kredit və əmanət faizlərini artıracaq? – ŞƏRH

By Vüsal Rafiqoğlu
21.09.2021 3 Min Read

Məlum olduğu kimi, sentyabrın 17-də son 5 il ərzində ilk dəfə Mərkəzi Bank tərəfindən faiz artımına gedilib. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6,25 faizdən 6,5 faizə qaldırılmasına qərar verib. Bununla da, dəhlizin aşağı həddinin 5,75 faizdən 6 faizə, yuxarı həddinin isə 6,75 faizdən 7 faizə yüksəldilməsi təsdiq edilib.

Mərkəzi Bank qısamüddətli maliyyə vəsaitlərinin dəyərini müəyyənləşdirməklə iqtisadiyyatda daha uzunmüddətli faiz dərəcələrinin formalaşmasına təsir göstərir. Məhz, bu faizlərlə əhaliyə və iqtisadiyyata kredit verilir.

Mərkəzi Bank siyasət faiz dərəcəsini azaltdıqda iqtisadiyyatda faizlər aşağı düşür və bank müştərilərinin ucuz kreditlərə çıxışı, onların investisiya və istehlak aktivliyi artır. Lakin, bu, eyni zamanda pul kütləsinin artırmasına və inflyasiyaya da səbəb olur. Yəni, nəticədə istehlak bazarında qiymətlər artır.

Digər tərəfdən Mərkəzi Bankın siyasət faiz dərəcəsini artırması iqtisadiyyatda faizlərin artmasına da səbəb ola bilir. Nəticədə kredit resursları bahalaşmaqla istehlak və investisiya aktivliyi də azala bilər. Lakin, bu qərar pul kütləsini azaltmağa imkan verməklə inflyasiyanın da qarşısını alır, dolayısıyla qiymət artımının qarşısı alınır.

Bir növ Mərkəzi Bank tərəfindən uçot dərəcəsi ilə bağlı verilən qərarlar qeyd edilən və faiz dərəcəsindən asılı olan prosesləri nəzarətdə saxlamağa hesablanıb.

Siyasət faiz dərəcəsi ilə bağlı son dəyişikliyin banklar tərəfindən əhaliyə verilən kredit faizlərinə və maliyyə institutlarının əmanətcəlbetmə siyasətinə təsirlərini Oxu.Az-a şərh edən iqtisadçı Ruslan Atakişiyev bildirib ki, bu qərarlar xüsusilə kommersiya banklarının, ümumiyyətlə, fəaliyyət göstərən bütün bankların, o cümlədən bank olmayan kredit təşkilatlarının və müxtəlif maliyyə institutlarının Mərkəzi Bankdan maliyyə vəsaitini almaq imkanlarının məhdudlaşdırılması və ya artırılması ilə bağlı olur.

Banklar kredit faizlərini artıra bilər?

İqtisadçının sözlərinə görə, Mərkəzi Bank uçot dərəcəsini artırmaqda o zaman maraqlı olur ki, ölkədə fəaliyyət göstərən maliyyə institutları alternativ maliyyə mənbələri cəlb etsinlər:

“Alternativ maliyyə mənbələri dedikdə, Mərkəzi Bankdan kənar maliyyə mənbələri nəzərdə tutulur. Hazırda maliyyə institutlarının bu mənbələrdən vəsaiti cəlb etməsinə üstünlük verilir. Kənar maliyyə mənbələrinə əhalinin əmanətləri, müxtəlif maliyyə təşkilatlarının kreditləri və digər vəsaitləri daxildir.

Mərkəzi Bank bu yolla yığımların, əldə olan vəsaitlərin daha çox dövriyyəyə cəlb olunmasında maraqlıdır. Lakin iqtisadiyyatın genişləndirilməsi və kapital çatışmazlığı problemi yarandığı zaman banklar kənar mənbələrdən vəsait cəlb etməkdə çətinlik çəkirsə Mərkəzi Bank faiz dərəcələrini aşağı salmaqla bu boşluğu öz vəsaiti hesabına doldurmağa çalışır. Ümumiyyətlə, Mərkəzi Bankın faiz dərəcələrini aşağı salması mövcud faiz dərəcələrinə bu və ya digər şəkildə təsir göstərir, lakin hazırki vəziyyətdə Azərbaycanda mövcud bazarın məhdudluğu və digər məsələlər faiz dərəcələrinə böyük şəkildə təsir göstərə bilmir”.

“Hazırda ölkədə faiz dərəcələrinin artılmasına rəvac verəcək vəziyyət yoxdur”

Onun sözlərinə görə, uçot dərəcəsinin artırılması faiz dərəcəsinin artmasına gətirib çıxarmayacaq, hazırda uçot dərəcəsi artırılmasında məqsəd bankların Mərkəzi Bankdan kənar vəsaitlərə və əhalidən yığımlara yönəldilməsidir.

Bəs, banklar daha çox vəsait cəlb etmək üçün əmanətlərə görə faizləri artıra bilərmi?

Mütəxəssis qeyd edib ki, banklar öz əmanətçilərindən vəsait cəlb edən zaman faiz dərəcələrini fərqli müəyyən edə bilərlər:

“Bu zaman 100 000 manata qədər olan əmanətlərin sığortalanması, eləcə də bu məbləğdən yuxarı olan əmanətlərin sığortalanması məsələsi də əmanətlər üzrə faiz dərəcələrinə təsir göstərə bilər. Hazırda bankların əmanətləri üzrə faiz dərəcələri ortalama 16,5 – 17 faiz civarında formalaşıb və bundan daha çox faiz artımına getmək sərfəli hesab edilmir. Digər tərəfdən ümumi bazarda artım olmalıdır, təkcə bir bankın qərarı ümumi artıma təsir edə bilmir”.

Xatırladaq ki, siyasət faiz dərəcəsi ilə bağlı artım bundan əvvəl 2016-cı il sentyabrın 14-də edilib və uçot dərəcəsi 9,5 faizdən 15 faizə qaldırılıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Next

Laboratoriyada kofe hazırlanacaq?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv