Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Bir məktubun izi ilə – VİDEO

By Vüsal Rafiqoğlu
21.09.2021 4 Min Read

İvanovka sakinlərinin şikayətini REAL TV yerində araşdırdı

“Sənsiz, Tanrım, biz heç nə edə bilmirik. Yalnız səninlə, yalnız səninlə”.

İşin rəsmi yanı bir tərəfə, əslində, biz İvanovkaya biçin öncəsi buğda sahəsinin ortasında diz çökərək Tanrıya yalvaran bu ağsaqqalların çağırışı ilə getmişdik. İvanovkada 10-15 il qabaq çəkilmiş bu videonun baş qəhrəmanlarının bəziləri bəlkə də həyatda yoxdur. Amma onların astral ruhu həm iqtisadi, həm mənəvi, həm də sosial baxımdan bir tolerantlıq örnəyi kimi İvanovka ilə fəxr edən bütün Azərbaycanı ayıq olmağa çağırırdı: bir vaxt əməyin təntənəsinə nümunə kimi göstərilən kənd tezliklə boşala bilər, çünki kəndin torpaqları və iş yerləri oğurlanıb.

Bununla bağlı redaksiyamıza çox sayda müraciətlər olurdu, məktublar gəlirdi və biz nəhayət ki, İvanovkaya yollana bildik. Çox sayda qapını döydük, çox evlərdə dərdləri dinlədik və rəsmi qurumlardan cavablar almağa çalışdıq.

Aydın oldu ki, kəndin 5 min hektar taxıl sahəsi heç bir hüquqi əsası olmadan və o torpağın həqiqi sahiblərindən – kənd camaatından icazə alınmadan artıq üç ilə yaxındır ki, hansısa iş adamına icarəyə verilir. Buna paralel olaraq, kənddə olan fermalar dağıdılıb – inəklər, qoyunlar yoxa çıxıb, kolxozun bütün Bakıda məşhur olan pendirinin, o cümlədən qaymağının, kəsmiyinin istehsalı dayanıb. Bu isə kənddə böyük işsizliyə səbəb olub ki, biz də REAL TV olaraq bu problemlərin hər birinə ayrıca reportaj həsr etməyə qərar verdik.

Əslində, bu problemlərdən hər həs danışırdlı, kəndə girən kimi rastımıza ilk çıxan 65 yaşlı Boris Yadıgin tamamilə başqa problemə görə bizə müraciət etsə də, daha sonra kəndin torpaqlarının hansısa Vidadi Əliyev tərəfindən ələ keçirilməsindən bəhs etməyə başladı:

“Vidadi Əliyev sponsor kimi gəlib, alıb bütün torpağımızı, bizim buğdamızı daşıyıb. Mənim 65 yaşım var. Mən həyatımı bu İvanovkaya qoymuşam. İşləmişəm. Bizim donuz fermalarından heç nə qalmayıb. Burda da elədir, inək tövlələri hamısı boşdur. Sizdən xahiş edirəm, gedin öz gözünüzlə görün. İvanovkadan heç nə qalmayıb”.

Eyni sözü bu kənddə anadan olmuş və böyümüş Qarabağ qazisi Adil Cabbarov da deyir. Onun sözlərinə görə, son üç ildir əkin sahələrinin özəl investora icarəyə verilməsi kəndin sakinlərini işsiz qoyur:

“Götürüb torpaqlarımızı da veriblər arendaya qeyri-bir şəxsə. Hansı ki, bura aidiyyəti olan adam deyil. İnvestor deyib, gətirib. Üç ildir bu adam əkir. Yaxşı, bu adam gəlib investor kimi əkirsə, bunun bizə nə xeyri var?”

Kolxoz rəhbərliyinə yaxın olan, elə buna görə də adlarının çəkilməsini istəməyən bəzi sakinlərin dediyinə görə, imzalanmış müqaviləyə görə, sahələrdən götürülən məhsulun 60 faizi investora, 40 faizi isə kolxoza çatmalıdır. Elə həmin mənbələrin verdiyi məlumatdan aydın olur ki, bu il İvanovkada hər hektardan 3 ton məhsul götürülüb. Yəni kəndin buğda sahələrindən təxminən 15 min ton taxıl götürülüb. Bir tonun orta topdansatış qiymətinnin 400 manat olduğu nəzərə alınarsa, İvanovkadan bu il 6 milyon manatlıq buğda yığıldığını və həmin məhsulun 3,6 milyon manatlığını kənd camaatının investor kimi tanıdığı Vidadi Əliyev aparıb.

Kənddən çıxarılmış həmin vəsaitlə kəndin 1200 sakininə 12 ay minimum əmək haqqı qədər, yəni 250 manat manat maaş vermək olar. Amma sakinlərin dediyinə görə, kolxozda maaşlar çox aşağıdır. Kolxozun xorunda işləyən Tatyana Minnikova deyir ki, kolxozda aylıq maaş 50 manatı keçmir. O, özü kolxozun xorunda işləyir, şeirlər yazır və buna görə ayda 15 manat alıb. Şuşada keçirilən “Xarı bülbül” festivalında iştirak etdiyi üçün avqust ayında Tatyana xanımın maaşını artırıb 37 manat yazıblar. İvanovka xoru Şuşada sözlərini Tatyana Minnikova yazmış mahnının ifa ediblər. Şairə xanım kənddə yaranmış vəziyyəti maddi-texniki bazanın dağıdılması ilə izah edir:

“Olan əmlakın hamısı hara yox olub, bilmirəm. Tək qalan torpaqdır. Onu da insanların xəbəri olmadan, kolxozun nizamnaməsinə hansısa düzəlişlər ediblər, kolxoz iclası olmadan hansısa sahibkara veriblər. Torpağı veriblər, bizim faktiki olaraq heç nəyimiz yoxdur”.

İvanovkada maaşların 50 manat ətrafında dəyişdiyini hələ 2013-cü ildə kənddən reportaj hazırlamış Rusiya nəşri “Kommersant” da bildirir. O vaxt kolxozda 800 adam işləyirmiş ki, bunun 100 nəfəri əkinçilikdə, 120 nəfəri heyvandarlıqda işləyirmiş. 200 nəfər isə üzümçülükdə işləyirmiş.

Hazırda sadalanan bu üç sahədən yalnız üzümlük qalıb, orda da daimi iş yoxdur. REAL TV-nin çəkiliş qrupu İvanovkada olanda sakinlər deyirdi ki, investor, yəni Vidadi Əliyev günü 15 manatdan üzüm yığmağa adam axtarır. Yəni kəndin 300-400 hektar üzüm sahəsi də onun əlinə keçib.

Yaxşı kimdir bu, 17-ci əsr fransız yazıçısı Şarl Perronun “Çəkməli pişik” əsərinin baş qəhrəmanı kimi hər yerdə peyda olan investor Vidadi Əliyev? Niyə “Çəkməli pişik”dən fərqli olaraq o hər yerdə özünü farsların şər tanrısı Əhrimən kimi apararaq zəhmətkeşlərin son ümidi olan əmək hüququnu əlindən alır?

REAL TV-nin çəkiliş qrupu bu suallara cavab tapmaq üçün kolxozun rəhbərliyi ilə görüşməyə can atdı. Sən demə, 2015-ci ildən kolxozun iki sədri varmış, kolxozun nizamnaməsinə dəyişiklik ediblər və kolxoz ənənəvi sədrini kolxozun icra şurasının sədrinə çeviriblər, ona nəzarət üçünsə müşahidə şurası yaradıblar. Müşahidə Şurasının sədri Olqa Jabina Real TV-nin çəkiliş qrupu ilə söhbətində kənddəki narazılıqları pandemiya dövrü ilə izah etdi. Onun sözlərinə görə, sakinlərin narahatlığına səbəbə olan bütün məsələlərin müzakirəsi, o cümlədən kolxozun icra şurasının sədrinin işinə qiymət verilməsi yalnız kolxozçuların ümumi iclasında olmalıdır, Müşahidə Şurasının belə bir səlahiyyəti yoxdur. Pandemiya ilə bağlı kolxozçuların ümumi iclası isə artıq iki ilə yaxındır ki, keçilmir:

“Hər il bizdə kolxozun hesabat iclası olur. Hesabat iclasında bizdə min adam yığışır. Bizim çox böyük Mədəniyyət evimiz var. 700-1000 adam mütləq gələcək. Məgər kimsə buna görə məsuliyyət daşımaq istəyər. Bizdə kütəlvi iclaslar axı qadağandır? Buna görə bizdə bu il hesabat iclası olmad. Adətən hər il kolkoz sədri kolxozçular qarşısında hesabat verir. Pandemiyaya görə. Əgər icazə olsaydı, kim keçirməzdi?”

Nizamnaməyə görə, icra şurasının direktorunun qərarları müşahidə şurası tərəfindən təsdiqlənir. Olqa Cabina kəndin torpaqlarının icarəsi barədə icra şurasının heç bir qərarının olmadığını bildirir. O, Müşahidə Şurasının yalnız əməkdaşlıq barədə qərarı təsdiqlədiyini deyir və bu kimi suallarla kolxozun icra şurasının direktoru Vasili Novoseltsevə müraciət etməyi məsləhət görür. Çəkiliş qrupunun Novoseltsevlə görüşmək niyyəti baş tutmadı və o, kənddən çox uzaqda su problemləri ilə məşğul olduğunu dedi, daha sonra telefonuna zəng çatmadı.
Novoseltsevlə İvanovka ilə bağlı növbəti reportajlarımızda da əlaqə qurub danışdırmağa çalışacağıq. Amma Azərbaycanın rəsmi orqanlarının danışdırmalı olduğu bir nəfər də unudulmamalıdır – sirli investor Vidadi Əliyev. Yəqin ki, orqan işçiləri ondan nəyə arxalanıb Azərbaycanın ən iri və örnək kəndinin torpaqlarını ələ keçirməsinin sirrini soruşacaqlar.

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiyada qırğın törədənin anası danışdı: Mən ideal uşaq böyütmüşəm

Next

Dağıstanda hoteldə güclü yanğın olub: Ölən və xəsarət alanlar var – FOTO/VİDEO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv