Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İlham Əliyev İranı ifşa etdi: Tehran nəticə çıxarmalıdır – TƏHLİL

By Vüsal Rafiqoğlu
27.09.2021 3 Min Read

Azərbaycan dəfələrlə İrana dost əlini uzadıb, mehriban, heç bir problem olmadan normal qonşuluq münasibətlərində əlaqələrin inkişafına çalışıb.

Ancaq qarşı tərəf adekvat münasibət sərgiləməkdənsə, münasibətləri gərginləşdirən addımlar atıb, Azərbaycanı az qala öz ərazi subyekti kimi nəzərdən keçirib.

Müstəqilliyin ilk illəri və ondan sonrakı periodda Tehran-Bakı münasibətlərində əsas xətt iqtisadi əməkdaşlığın prioritetlərinə söykənib, siyasi münasibətlərdə isə soyuqluq müşahidə edilib.

İran bu müddətdə Azərbaycanda casus şəbəkəsi belə formalaşdırmışdı, Bakının onlara qarşı tədrici tədbirləri sistemli fəaliyyətə çevrildi, İran Azərbaycandakı hücrələrini gün getdikcə itirdi.

İran getdikcə, azğınlaşdı, Azərbaycanın İsraillə münasibətlərinin inkişafını həzm edə bilmədi, hiddətindən və qısqanclığından doğan aqressiyanı müxtəlif üsul və formalarla, ayətullahların dili ilə gündəmə gətirdi. Utanmadan, çəkinmədən, İslam prinsiplərinin altına sığınaraq Azərbaycana qarşı işğalçılıq həyata keçirən Ermənistana nəfəs verdi, onu Azərbaycana qarşı cəbhədə əsas müttəfiq kimi nəzərdən keçirdi.

Ta o zamana qədər ki, Vətən müharibəsi başladı və Azərbaycan ordusu 44 gün ərzində Ermənistanın işğalındakı əraziləri azad etdi, bu zaman Tehranın fəaliyyəti yeni fazaya daxil oldu.

Azərbaycanın qələbəsinin regionda qüvvələr və siyasi güc nisbətində dəyişiklik yaratdığı Tehranda böyük narahatlıqla izlənilirdi, may ayından etibarən isə Azərbaycanın Ermənistanla dövlət sərhədinin müəyyənləşdirilməsi siyasəti İranın mərkəzinə ağırlıq çökdürdü.

Tehran işğaldan azad edilmiş ərazilərin bir qismində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olan bölgələrə təyinatı məlum olmayan nələrsə daşıdı.

Prezident İlham Əliyev hələ bu ilin iyulunda nəzakət qaydalarına söykənərək İranın adını çəkmədən demişdi ki, Azərbaycan balansında olan müxtəlif texniki vasitələr, peyk vasitəsilə həmin ərazilərdə baş verənləri izləyir.

Tehran bundan da dərs çıxarmır, əksinə hiddəti şiddətlənir, Azərbaycana hörmətsizliyini davam etdirir.

Prezident İlham Əliyev Vətən müharibəsinin ildönümü ilə bağlı “Anadolu” agentliyinə müsahibəsində İrana dəfələrlə xəbərdarlıq olunmasından, Tehranın isə müxtəlif aldadıcı adlar altında fəaliyyət göstərməsindən bəhs edib.

Yəni, İran Qarabağa göndərdiyi öz yük avtomobillərini düz-əməlli də maskalamayıb, özünü aşkar şəkildə ifşa edib.

İlham Əliyev bu barədə danışarkən deyib: “Bizə məlumat gəlirdi ki, İran TIR-larına ermənicə yazılar yapışdırmağa çalışırlar. Yəni, belə saxtakarlığa əl atdılar, bizi aldatmağa çalışdılar. Bunu elə səriştəsizliklə etdilər ki, avtomobilin üzərində yazılar farsca, aşağı hissədə isə ermənicə idi”.

Bu sitat İlham Əliyevin İran haqqında geniş şəkildə ifşaedici məlumatlarından bir parçadır.

İlham Əliyev ilk dəfədir ki, İran haqqında bu qədər açıq danışır və faktlarla ortaya mövqe qoyur.

Görünür ki, İran Azərbaycanın müdafiə qabiliyyətinin gücünü, özünə qarşı təhdidlərin istənilən üsulla ala biləcəyini hesablamamışdı, ona görə də, axırda özü dalana dirəndi.

Azərbaycan polisinin və gömrükçülərinin Gorus-Qafan yolunda İran TIR-larını yoxlamasından da Tehran nəticə çıxarmadı, qəfil yadına düşdü ki, ordusu üçün yeni poliqon Azərbaycanın sərhəd zonalarıdır.

Etsin, amma Azərbaycanı hədələmək formasında təlim keçirilməsi Tehranın əsl məqsəd və niyyətlərini ortaya qoyur.

Azərbaycan özü də İrana tək cavab verə bilər, lakin nəzərə alaq ki, Bakının müttəfiqləri də çoxdur, hətta strateji partnyorluq səviyyəsinə qalxan əlaqələrin xarakteri bəzən hərbi ittifaqı belə gündəmə gətirir.

İran isə təkdir, onun ən böyük müttəfiqi özünün maliyyələşdirdiyi “Hizbullah”dır, bu isə ona regionda heç bir üstünlük vəd etmir. Rusiya ilə əlaqələrində rəqabət mövcuddur, sanksiyalar girdabında boğulur.

Belə olan təqdirdə, sual olunur, İran, bu, sizə lazım idimi? Hədələrin, əzələ nümayişinin axırı nə oldu?

Axırda çarəsiz qaldı, tonu yumşaldı, Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşü barədə razılıq əldə olundu. İran artıq dalana dirəndiyini görüb belə razılığa “imza atdı”. Bunu demək üçün digər səbəb:

Ardınca İran Prezidenti İbrahim Rəisi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Tehrana dəvət etdi. Hədədən sülhə doğru qəfil və sürətli keçidinin bir səbəbi də Azərbaycanın Gorus-Qafan yolundakı məlum yoxlamalardan sonra İran üzərində iqtisadi təzyiq aləti qazanması idi.

Bəs proseslərin axırı necə olacaq?

İlham Əliyev müsahibəsində deyib ki, artıq İran Qarabağa TIR göndərə bilmir, bundan sonrakı nəticələrin hansı formada olacağı Tehrandan asılıdır:

1. İran çirkin əməllərindən əl çəkməlidir və Azərbaycanla münasibətlərdə Bakının həssasiyyətini nəzərə almalıdır,

2. Türkiyə də Azərbaycana dəstəkdir, Ankara indi Bakı-Tehran arasında vasitəçilik edir. Ankara Bakının maraqlarını üstün tutur,

Ona görə də Tehran seçim etməlidir: Məşhur ingilis dramaturqu və şairi Şekspirin ifadəsi ilə desək: “Ya olum, ya ölüm”….

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yaxın gələcəkdə Füzuli və Cəbrayıl şəhərlərinin baş planı təsdiqlənəcək

Next

Prezident İlham Əliyevin yürüşdə həyat yoldaşımın fotosunu daşıdığını görəndə çox təsirləndim – Nargül İbrahimli

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv