Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Azərbaycanın dövlət müstəqilliyinin banisi

By Vüsal Rafiqoğlu
03.10.2021 4 Min Read

Bu gün Ulu Öndərin Azərbaycan Prezidenti seçilməsinin 28-ci ildönümüdür

Şəxsiyyət zamandan uca olur, onu qabaqlayır, özü tarix yazır, ölkəsinin, millətinin, xalqının taleyüklü çətinliklərini dəf edir, gələcək nəsillər üçün vətəninin inkişaf yolunu göstərir. Ulu öndər Heydər Əliyev xalqımızın həyatında müstəsna rol oynayan, Azərbaycanın milli inkişaf konsepsiyasını tərtib edən, tarixi özü yazan əbədiyaşar şəxsiyyət-liderdir.

Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən sevilərək, təkidlə hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri, ən ağır məqamlarda daim xalqla birlikdə olması, cəsarət göstərərək 20 Yanvar hadisələrinə qiymət verməsi, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bu bölgəmizin düşməndən qorunması, 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edilərək, Kommunist Partiyasının fəaliyyətinin dayandırılması haqqındakı qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağının ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək və “Sovet Sosialist” sözlərinin oradan çıxarılması və sair kimi bir-birindən mühüm addımlar onun 1993-cü ildə xilaskarlıq missiyasını uğurla həyata keçirməsinə xalqın inamını daha artırırdı. Vəziyyət o qədər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə “rəhbərlik” edən “kor”qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər.

Heydər Əliyev o illərdə siyasətə qayıtmaq istəyində olmasa da, respublikanın ictimai həyatında ağılasığmaz ədalətsizliklər onun vicdanını həddindən artıq narahat edirdi. Odur ki, real vəziyyəti bir daha dərindən və hərtərəfli təhlil edən, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev qəlbi xalqın taleyi üçün narahat olan ziyalıların bir qrupunun – müstəqillik tarixinə «91»-lər kimi daxil olmuş ziyalıların müraciətini cavabsız qoymadı. Yeni Azərbaycan Partiyasının yaradılmasına və sədirlik etməsinə müsbət cavab verdi. Onun respublika ziyalılarının müraciətinə cavabı Heydər Əliyev şəxsiyyətinin əqidə manifestidir. Qısa bir müddətdə YAP özünü xalqa identifikasiya etməyi bacardı. Xalqını və dövlətini hər şeydən üstün tutan Dahi Liderin iyunun 9-da ulu öndər Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Onun bu seçimi çox siyasətçilərə müyəssər olmayan mənəviyyat seçimi idi, milli reallıqları fəlsəfi idrak səviyyəsində düzgün və analitik qiymətləndirməyin bariz nümunəsi idi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və bunula da ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı qoyuldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. 1993-cü il 3 oktyabr prezident seçkilərində xalqın 98,8 faiz səsini toplayaraq hakimiyyət olimpinin zirvəsinə yüksəlməklə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu.

Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Onun hakimiyyətə ikinci qayıdışından sonra cəmiyyətimizin bütün sahələrində – siyasi, iqtisadi və mədəni sferalarda baş verən cahanşümul transformasiya prosesləri Azərbaycan Respublikasının dünya birliyində tanınmasına və özünəlayiq yer tutmasına güclü impuls vermişdir. Təsadüfi deyildir ki, 2018 -ci il mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, 1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur: “Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan, demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.

Heydər Əliyev zəkasının danılmaz ən böyük xidmətlərindən biri də böyük quruculuq işlərinə başlamaq üçün ilk növbədə xalqına müstəqilliyin əsl mahiyyətini dərk etdirməsi, onun milli dövlətçiliyinə inamını və milli ruhunu qaytarması idi. Onun ictimai-fəlsəfi görüşlərinin formalaşdırdığı yeni dünyagörüşü sayəsində Azərbaycan xalqı tarixi yaddaş, vətən amalı, milli həmrəylik kimi milli dəyərlərdə yeni məna çalarları aşkarlaya bildi, ən önəmlisi isə özünün milli həyatını, öz dövlətçiliyini quran əsl Azərbaycan xalqı kimi dərk etdi. Xalq dərk etdi ki, yalnız nüfuzlu milli liderin ətrafında birləşməklə demokratikləşmə proseslərində fəal iştirak edə və öz milli inkişafının etibarlı təminatını yarada bilər.

Danılmaz faktr ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları və siyasi kursu əsasında inkişaf edir. Bəs nədən ibarətdir bu siyasi kurs?
Heydər Əliyev siyasi kursu – qlobal yanaşma ilə milli dəyərlərin vəhdətindən yoğrulmuş, özünə qədərki tarixi gerçəklikləri özündə əks etdirən və tarixi irsimizi əhatə edən zəngin dövlətçilik təlimi, siyasi-ideoloji baxışlar sistemidir. Eyni zamanda müstəqilliyini itirmək istəməyən dövlətlərin sürətli inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün sınaqlardan çıxmış bir modeldir. Məhz Azərbaycan bu modeli tətbiq etməklə dünya dövlətləri sırasında layiqli yer tutmuşdur. Ulu Öndərin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin hərtərəfli bacarıq və qabiliyyəti nəticəsində 44 günlük müharibə ilə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoyuldu. Bu gün isə işğaldan azad olunmuş torpaqlarımızda görülən işlərlə iqtisadi gücümüzün nəyə qadir olduğunu hamı görür. Bütün əldə edilmiş uğurlarımıza görə Heydər Əliyevin bizə miras qoyduğu siyasətə və dahi şəxsiyyətinin layiqli davamçıları Prezident İlham Əliyevə və Mehriban xanın Əliyevaya borcluyuq!

Sadiq Qurbanov,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Doğum günü olan şəhidlər – FOTO

Next

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv