Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Şou biznes

Məşhur reper haqqında bilmədiklərimiz – Leytenant İbrahimov necə Urana çevrildi?

By Vüsal Rafiqoğlu
07.10.2021 3 Min Read

ARANTV.AZ kulis.az-a istinadən xəbər verir ki, 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində rep musiqisi Azərbaycanda da yayılmağa başladı.

Anar Nağılbaz, Elşad Xose, Hüseyn Dərya kimi reperlərlə geniş kütlə toplayan bu musiqi janrına gənclər arasında maraq getdikcə artdı.

Qeyd edək ki, Azərbaycan dilində ilk repi 1983-cü ildə Milli Qəhrəmanımız, jurnalist Çingiz Mustafayev səsləndirib. Həmin repin adı “Dünənki keçdi” idi.

1993-cü ildə Anar Nağılbazın “Kasıbların mahnısı” adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırmışdı.

Uran, “İriçaplı” repinin klipində

Daha sonra vətənpərvər musiqi yarışmasında qalib gələn “Dəyirman” qrupu “Ya Qarabağ, Ya Ölüm” adlı mahnısı ilə populyarlıq qazandı.

Repə marağın artdığı o vaxtlarda yeni nəsil reperlər meydana çıxdı.

2000-ci illərdə “Mən də varam” kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdi.

Əsl adı İbrahim İbrahimov olan Uran 1983-cü il dekabrın 20-də Xaçmazda dünyaya gəlib.

Özünə “Uran” təxəllüsünü götürən reper müsahiblərinin birində bu adı niyə seçdiyini belə izah edir:

“Xüsusi məna kəsb etmir. Kimyəvi elementlər cədvəlində gözüm sataşıb, qısa və yaddaqalan olduğuna görə seçmişəm. Kimyəvi element kimi malik olduğu bəzi xüsusiyyətləri ilə xasiyyət oxşarlığım var. Amma bunun ad seçimimə təsiri olmayıb”.

Reper Uran

Uran ixtisasca artillerist-hərbçidir. O, 1997-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış, leytenant hərbi rütbəsi ilə məzun olmuşdu.

Onun ən sevilən, populyar treklərindən biri “Kor zabit” adlı repdir.

2005-ci ildə yayımlanmış bu rep həmin illərin ən çox sevilən nümunələrindən sayılır. Bir çox gəncin dilində əzbərə çevrilən “Kor zabit” Dəyirman qrupunun “Ya Qarabağ, ya ölüm” treki kimi rep musiqisi dinləyicisi olan gənclərdə vətənpərvərlik duyğusunu artırmaqda mühüm rol oynamışdı.

Uran ilk repini 1996-ci il martın 9-da yazıb. Özünün dediyinə görə, replə ilk tanışlığı Rusiya reperlərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü Mr.Ib olub.

2001-ci ilin mart ayından “M.T.Street” qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində olub.

Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub.

2001-ci ilin sonunda “M.S.Street” qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir.

Oktyabrın 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin “Şən və Hazırcavablar Klubunun” təqdimat gecəsində ilk çıxışını edib.

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur.

Uran “Maşın şou” verilişində

2004-cü ildə qrup dağılır və repçi ləqəbini Urana dəyişir.

Həmin il Space TV-də “Mən də varam” telemüsabiqəsinə qatılır və ikinci yeri tutur.

“British Council”in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

“Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur.

Azərbaycanın ilk rep-leyblı olan “Da Streetz”in tərkibinə daxil olur.

“Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

Artıq zirvələri fəth edən Uran 2010-cu il mayın 2-də Bakıda Türkiyənin bir nömrəli reperi Cəza ilə birgə konsert verir.

İki il sonra Cəza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Kompleksində eyni səhnəni bölüşür.

Daha sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Fanta Gənclik Festivalı”nın aparıcısı olub.

Uran həyat yoldaşı və qızı ilə birgə

Uran 2014-cü ilin avqustundan 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.

Yenidən Bakıya qayıdan Uran 2017-ci ildə “Maşın Şou” realiti-şousuna qatılır.

Dörd ildir Fransada yaşayır və yaradıcılığına orada davam etməkdədir. O, burada bir sıra yeni treklər yazıb, kliplər təqdim edib.

Azərbaycan Vətən müharibəsində qalib gəldikdən sonra Uran “Kor zabit – 2” repini yayımladı. Bu trek rep dinləyicilərinin böyük marağına səbəb oldu.

Uran ailəlidir, bir qızı var.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rayonlara leysan, Bakıya yağış yağacaq – PROQNOZ

Next

Zəfər xronikası: 7 oktyabr 2020-ci il Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi – VİDEO – FOTO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv