Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində Texniki Universitetdə tələbələrlə görüş keçirilib – FOTO

By Vüsal Rafiqoğlu
22.10.2021 3 Min Read

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə oktyabrın 22-də “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.

Azərbaycan Texniki Universitetində təşkil olunmuş görüşdə dövlət himni səsləndirildikdən sonra Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, universitetin Elm və innovasiya üzrə prorektoru Çetin Elmas və universitetin qazi tələbəsinin valideyni, Birinci Qarabağ müharibəsi iştirakçısı Sübut Mehdiyevin çıxışları ilə davam edib. Çıxışçılar Vətən müharibəsinin birinci ildönümünü yaşadığımız bu günlərdə belə silsilə tədbirlərin keçirilməsinin böyük önəm daşıdığına diqqəti çəkərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bizlərə tariximizin şanlı səhifəsi olan böyük zəfəri yaşatmış Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və gənc nəslin onlardan nümunə götürməsinin vacibliyini xüsusi vurğulamışlar.

Tələbələr və gənclər arasında qəhrəman qazi və hərbçilərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə açılış nitqlərinin ardınca dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsi zəfəri və xalqımızın sevincinin əks olunduğu videoçarx nümayiş olunub.

Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu və  bizi tarixi yurd yerlərimizə qovuşdurmaları barədə çıxış edib.

Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Şəhriyar İbrahimli, Fərahim Əmirli, Elvin Rəsulov və Elnur Abbasov çıxışları zamanı Vətən müharibəsi ilə bağlı təəssürat və xatirələrini tələbələrlə bölüşüblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə fəxr etdiklərini bildirib, vətənpərvər və mərd gənc nəslin yetişməsində müəllimlərin rolunu qeyd edərək, bu kontekstdə Texniki Universitetin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.

Çıxışların ardınca qonaq qazilərin tələbələrlə sual-cavab sessiyası baş tutub. Sual-cavab sessiyasında qəhrəmanlarımız uğurlarının ən başlıca səbəb olaraq xalqın və xüsusilə də gənclərin dəmir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsini vurğulayıblar.

Son olaraq universitetin tələbələri adından Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiyalar fakültəsinin fəal tələbəsi Eyvaz Məhəmmədli və Tələbə Gənclər Təşkilatının sədri Lalə Rüstəmova çıxış edərək qəhrəmanlarımıza təşəkkür edib, qazilərin Vətən müharibəsi zamanı şanlı Ordumuz tərəfindən nümayiş etdirilən vətənpərvərlik və birlik nümunəsi, əsgər və zabitlərimizin misilsiz şücaətləri ilə bağlı təəssüratlarını digər tələbələrlə də bölüşəcəklərini qeyd ediblər.

Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam etməkdədir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“AZCHEMCO” məhsulları bitki xəstəlikləri və zərərvericilərə qarşı tətbiq edilə bilər – FOTO

Next

Müdafiə naziri Kəlbəcər və Laçında hərbçilərə göstərişlər verdi – FOTO/VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv