Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Şuşada doğuldu, amma Şuşaya çata bilmədi – Qəhrəman şəhidimiz Şəhriyar Quliyev – VİDEO

By Vüsal Rafiqoğlu
24.10.2021 2 Min Read

Şuşada doğuldu, amma Şuşaya çata bilmədi. 3 yaşına kimi Ağdamın Xaçındərbənd kəndində yaşadı, amma o kəndin də azadlığını görmədi. Ən böyük arzusu idi, ata-anası ilə birgə evlərinə geri dönsün, sonra da Şuşanı ziyarət edib, doğulduğu torpağın həsrətini içinə çəksin. Lakin Şəhriyar Quliyev Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəldi. Onun arzusunu valideynləri çin etdilər. Onlar əməkdaşımız Ülkər Qasımqızı ilə birgə dədə-baba yurdu olan Ağdama gedib, daha sonra Şuşanı ziyarət etdilər.

Camal və Ramal hələ çox balacadır.Bu səbəbdən də onları özümüz ilə götürə bilmirik. Şəhid ataları kimi biz də onları analarına əmanət edib, yollanırıq Qarabağa. Yolumuz üzü Ağdamadır, qıyıq gözlü, sərt baxışlı Şəhriyarın 2 yaşına kimi yaşadığı “Xaçındərbənd” kəndinə. Tək deyilik, Şəhriyarı dünyaya gətirən ana, halal zəhməti ilə böyüdən ata, çiyin-çiyinə vuruşduğu səngər yoldaşı və 1 ildir ki tək qalan qardaşı da bizimlədir. 365,430,431

Ya Allah deyib, çıxdığımız bu yolun sonu bizi “Xaçındərbənd”ə qovuşduracaq. Həsrətdəndir nədir bilmirəm, yol heç bitmir. Qubardan ürəyi dağ boyda olan ana,atanın ürəyi elə indi də dağ boydadır, ancaq bu dəfə qürurdan. Axı yurda gedirik. Bayaqdan həsrətlə axtardığımız o lövhəni gördük deyəsən. Və biz artıq illərdir həsrətini çəkdiyimiz Xaçın gölünün düz üstündəyik.

Gecikmədən kəndə çatmalı,doğma yurdu tapmalıyıq. Çox az məsafə qalıb. Piyada qalxdığımız bu yolun üzərindəki evlərdən biridir ata yurdu,amma hansı?

Şəhid balasını 2 yaşında bu evdən güclə çıxarıb ana. Başı açıq, ayağı yalın qoynuna basdığı körpəsini o zaman düşməndən qoruya bildi.

Hələlik, sağ ol deyib, doğma yurd ilə vidalaşırıq. Lakin bu dəfəki ayrılıq bir balaca niskilli oldu. Yaşlı insanlar mina təhlükəsinə görə, illərdir bu torpaqda uyuyan doğmalarını ziyarət edə bilmədilər. Aldığı güllər əlində, bala dərdi ürəyində bir ana, cah-cəlallı yurdunu viran görən bir ata ilə Ağdama hələlik deyib, davam edirik. Bu dəfə yolumuz Zəfər yolu, istiqamətimiz isə Şuşadır.

Şuşa bizi günəşli qarşıladı. Düzlərində çiçək də bitirmişdi ki, şəhid anası toplasın.

Şəhriyar Şuşada doğulsa da, Şuşaya çatmadı. Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanan qəhrəmanımız Şuşanı döyüş yoldaşlarına əmanət edərək, şəhadətə yüksəlir.

Şəhid izli Cıdır düzündən ayrılıb, Yuxarı Gövhər Ağa məscidində bütün şəhidlərimizin ruhuna dua da etdik.

Şuşa qalasına getməsək, Xarı bülbülü görməsək olmazdı.

Və beləcə bizə ayrılan vaxt burada sona çatdı. Sağollaşmırıq, hələlik deyib, Şuşamızdan da ayrılırıq.(xəzərxəbər)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir

Next

Azərbaycanda evlənən hər 3 cütlükdən 1-i boşanır – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv